Keçmişdə sığınacaq istəmiş, daha sonra əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi ilə bağlı ərizə ilə müraciət etmək istəyənlərin nəzərinə

Asylsökande som har fått arbete och vill ansöka om arbetstillstånd – azerbajdzjanska

Əgər Siz sığınacaqla bağlı olan ərizənizə rədd cavabı almısınızsa və deportasiya və ya ölkə sərhədlərindən kənarlaşdırmağınız haqda qanuni qüvvəyə minmiş qərar varsa Siz bəzi hallarda İsveçi tərk etmədən iş icazəsi əldə etmək üçün ərizə ilə müraciət edə bilərsiniz. Əgər bir işə dair sığınacaqla bağlı olan səbəblərinizə ilk dəfə baxılıbsa və digər bir iş ilə bağlı deportasiya və ya ölkə sərhədlərindən kənarlaşdırmağınız barədə qərar varsa bu qayda Sizə də şamil olunur.

Sığınacaq istədiyiniz zaman ərzində əmək fəaliyyəti ilə məşğul olmaq üçün AT-UND abbreviaturası ilə qeyd olunan xüsusi iş icazəsi tələb olunur. Əgər sığınacaqla bağlı olan ərizənizə rədd cavabı almısınızsa və Sizə davamlı olacaq iş təklifi gəlibsə, Siz bəzi hallarda iş icazəsi haqda ərizə ilə müraciət edib və bununla da İsveçdə qalıb işləməyə davam edə bilərsiniz.

Xüsusi iş izni olan AT-UND ilə bağlı tələblər haqqında oxuyun

Sığınacaqla bağlı olan ərizəsinə rədd cavabı alan şəxslərə iş icazəsinin verilməsi üçün olan tələblər

İş icazəsinin alınması üçün aşağıdakılar tələb olunur:

  • Ərizəniz Miqrasiya Xidmətinə sığınacaqla bağlı qərarınızın qanuni qüvvəyə mindikdən sonra iki həftədən gec olmamaq şərti ilə daxil olmalıdır
  • Qüvvədə olan pasportunuzun olması
  • Sığınacaq istədiyniz zaman ərzində xüsusi iş izni olan AT-UND almısınızsa
  • Son dörd ay ərzində əmək fəaliyyəti ilə məşğul olmusunuzsa
  • Sizə ərizə ilə müraciət etdiyiniz gündən etibarən həmin Işəgötürən tərəfindən ən azı 12 (on iki) aylıq iş təklifinin edilməsi
  • Sizə təklif olunan əmək şəraitinin şərtləri ən azı İsveç kollektiv sazişinin səviyyəsində olmalı, və ya İsveçdə həmin sahə və peşənin standartlarına uyğun olmalıdırlar. Həmin əmək şərtlərinin sırasına əmək haqqından əlavə icbari tibbi sığorta, həyat sığortası, istehsal qəzaları və peşə xəstəliyi ilə bağlı sığorta və əmək pensiyası sığortasının olması daxildir. Əmək fəaliyyəti ilə məşğul olduğunuz son 4(dörd)  ay ərzində yuxarıda sadalanan tələblərə uyğun işləmiş olmalısız.
  • Natamam iş günü calışdıqda iş həcmi peşəniz üzrə kollektiv sazişin nəzərdə tutduğu əmək haqqına uyğun olmalı, yəni vergidən əvvəl ən azı 13000 (on üç min)  İsveç kronu təşkil etməlidir. Bu tələbə işlədiyiniz əvvəlki 4 (dörd) ay müddətində də cavab verməlisiz.

Qərar aşağıdakı hallarda qanuni quvvəyə minmiş hesab olunur:

  • Çıxarılan qərarla bağlı öz razılığınızı bildirib və buna dair xüsusi sənəd imzalamisizsa
  • Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul olunmuş qərar ilə rəsmi tanış olduğunuzdan 3 (üç)  həftə keçmişdirsə və siz qərarla bağlı apellyasiya məhkəməsinə müraciət etməmisizsə
  • Miqrasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qərar ilə rəsmi tanış olduğunuzdan üç həftə keçmişdirsə və siz Miqrasiya Xidmətinin Ali Məhkəməsinə müraciət etməmək qərarına gəlmisinizsə
  • Miqrasiya Xidmətinin Ali Məhkəməsi müraciətinizə yenidən baxılması üçün tələb olunan xüsusi icazəni vermirsə

İş icazəsini əldə etmək üçün mövcud olan tələblərin hamısına cavab verməlisiz. Tələblərə cavab vermək üçün eyni zamanda iki və ya bir neçə əmək fəaliyyəti ilə məşğul ola bilməzsiniz.

Belə ki, iş icazəsi pasportunuzun etibarlı olduğu müddətdən artıq verilə bilməz, həmin sənədin qüvvədə olduğu müddət bitmək üzrədirsə, onun əvvəlcədən uzadılması zəruridir.

Əgər pasportunuz sığınacaq prosesi ilə əlaqədar Miqrasiya xidməti tərəfindən Sizdən alınıbsa və hələ də geri qaytarılmayıbsa, ərizənizlə bərabər pasportunuzun nüsxəsini təqdim etməyinizə ehtiyac yoxdur.

İşəgötürənə qoyulan tələblər barədə ətraflı məlumat üçün ”İşəgötürənlər üçün” adlı başlığa baxın (ingilis dilində)

Tələblərə cavab vermirsinizsə

İsveçdə olduğunuz müddət ərzində iş icazəsi əldə etmək istədiyiniz halda yuxarıda göstərilən tələblərə cavab verilməlidir. Əks halda İsveçi tərk edib, öz vətəninizdən, yaxud yaşamaq icazəniz olan hansısa digər ölkədən ərizə ilə müraciət edib və həmin ölkədə müraciətinizlə bağlı qərarın çıxarılmasını gözləməlisiniz.

Əlavə məlumat üçün ”Ərizə ilə müraciət bu şəkildə olunur” başlığına baxın (ingilis dilində)

Sığorta ilə bağlı zəruri məqamlar

Sizin İsveçdə yaşadığınız müddət ərzində xəstəliklə və bədbəxt hadisələrlə bağlı meydana çıxan xərcləri ödəyəcək sığortanız olmalıdır.

Əgər yaşayış yeri üzrə qeydiyyatınız varsa İsveçin Dövlət Sosial Sığortası sizə də şamil olunur. Qeydiyyatınızın olmadığı halda özünüzün xəstəlik sığortası əldə etməyiniz zəruridir.

Sizin yaşayış yeri üzrə qeydiyyata alınmağınız üçün İsveçdə ən azı bir illik yaşayış icazəniz, habelə bir il və ya daha uzun müddət ərzində yaşamaq niyyətiniz olmalıdır.

”Yaşayış yeri üzrə qeydiyyat” haqqinda Vergilər idarəsinin rəsmi internet saytında olan məlumatı oxuyunexternal link, opens in new window

Ailəniz üçün icazə

Ailəniz sizinlə eyni zamanda icazə əldə edə bilər. Ailə üzvlərinə aşağıdakılar aiddir:

  • Sizin vətəndaş nikahında birlikdə yaşadığınız insan, ər/arvad yaxud qeydə alınmış partnyor.
  • Sizin və ya birlikdə yaşadığınız insanın 18 yaşına çatmamış övladı

Ailəniz aşağıdakı şəkildə ərizə ilə müraciət edə bilər

Əgər ailə üzvləriniz də İsveçdə sığınacaq istəyən şəxslərdirsə, sığınacaqla bağlı olan ərizələrinə qanuni qüvvəyə minmiş rədd cavabı aldıqdan sonra İsveçi tərk etmədən ərizə ilə müraciət edə bilərlər. Ərizə ilə müraciət qərarın qanuni qüvvəyə mindikdən sonra iki həftə ərzində olunmalıdır.

Hamınızın birlikdə müraciət etdiyiniz halda ailə üzvlərinizlə bağlı öz veb-ərizənizdə müraciət edə bilərsiz.

Əgər ailə üzvləriniz sizdən sonra ərizə ilə müraciət edəcəklərsə, bunu şəxsi veb-ərizələri vasitəsi ilə edə bilərlər (ingilis dilində)

İş icazəsinin alınması üçün aşağıdakı qaydada müraciət etmək lazımdır

1

İşəgötürən müraciət etməyə başlayır

Sizi İsveçdə işə götürən şəxs iş icazəsinin alınması üçün sizə əmək sazişi təklif etməkdən başlayır. Bunun üçün Işəgötürənə sizin adınız, soyadınız, təvəllüdünüz, vətəndaşlığınız, təhsiliniz və e-poçt ünvanınızla bağlı məlumat təqdim olunmalıdır.

Ərizənizlə bağlı qərarın çıxmasına qədər Sizi işə götürən şəxsə təqdim etdiyiniz e-poçt ünvanınızı vaxtaşırı yoxlamağınız zəruridir. İş icazəsi ilə bağlı müraciətinizə baxıldığı müddətdə Miqrasiya Xidməti sizinlə əlaqə yaratmaq üçün e-poçt ünvanından istifadə edəcəkdir.

İşəgötürənlər üçün məlumat (ingilis dilində)

2

Sizin elektron poctunuza məktub gəlir

İşəgötürən əmək sazişinin təklifi ilə bağlı olan sənədi tərtib etdikdən sonra Siz iş icazəsinin alınması üçün hansı addımların atılması ilə bağlı elektron poctunuza məktub alırsınız.

Özünüz haqqında ərizəni doldurun. Əgər ailə üzvlərinizin də yaşama icazəsinə ehtiyacları varsa, eyni zamanda onlar üçün də ərizə ilə müraciət edin.

Saziş təklifində “İşçinin əmək şəraitinin şərtləri” adlanan bəndi çox diqqətlə nəzərdən keçirib və orada göstərilənlərin bundan əvvəl Işəgötürənlə razılığa gəldiyiniz şərtlərə uyğun olmasına tam əmin olun.

Ailə üçün icazə barədə daha ətraflı oxuyun (ingilis dilində)

3

Əlavə olunacaq sənədlər

Ərizəniz ilə bərabər aşağıdakı sənədləri skanerdən keçirib yaxud şəkillərini çəkib göndərin:

  • Pasportunuzda şəxsiyyətinizlə bağlı məlumat olduğu səhifələrin nusxələri, fotoşəkil, imza, pasportun nömrəsi, verildiyi ölkənin adı, etibarlılıq müddəti, şəxsiyyəti təsdiq edən səhifədə yerləşən biometrik kod və öz vətəninizdən başqa digər ölkələrdə olan yaşayış icazəniz. Sığınacaq prosesi getdiyi müddət ərzində pasportunuz sizdən Miqrasiya Xidməti tərəfindən alınıbsa həmin sənədin surətini göndərməyinizə ehtiyac yoxdur.
  • Sizə Işəgötürən tərəfindən təqdim olunan əmək sazişinin təklifi ilə bağlı olan sənəd və müvafiq həmkarlar ittifaqının rəyi
  • son 4 (dörd) ay üçün ödənilən əmək haqqı ilə bağlı olan spesifikasiyalar

İş icazəsi pasportunuzun etibarlı olduğu müddətdən artıq verilə bilmədiyinə görə pasportunuzun etibarlılıq müddəti bitmək üzrə olarsa sənədiniz öncədən yenilənməlidir.

Eyni zamanda ailə üzvlərinizlə bağlı yaşama icazəsi əldə etmək üçün müraciət edirsinizsə

  • pasportlarında şəxsiyyətləri ilə bağlı məlumat olduğu səhifələrin nüsxələri, fotoşəkil, imza, pasportun nömrəsi, verildiyi ölkənin adı, etibarlılıq müddəti, şəxsiyyəti təsdiq edən səhifədə yerləşən biometrik kod və öz vətənlərindən başqa digər ölkələrdə olan yaşayış icazələri. Sığınacaq prosesi getdiyi müddət ərzində ailə üzvlərinizin pasportları onlardan Miqrasiya Xidməti tərəfindən alınıbsa həmin sənədin surətini göndərməklərinə ehtiyac yoxdur
  • nikah haqqında şəhadətnamənin və ya buna müvafiq olan sənədin surəti (evli və qeydə alınmış cütlüklərə aiddir)
  • vətəninizdə birgə yaşadığınızı sübuta yetirən sənəd (vətəndaş nikahında yaşayan cütlüklərə aiddir)
  • uşaq üçün olan doğum haqqında şəhadətnamə
  • uşağın İsveçə köçməsi ilə bağlı onu müşayiət etməyən valideynin və ya qanuni nümayəndənin razılıq ərizəsi

Sənədlər attestasiyadan keçmiş tərcüməçi tərəfindən isveç və ya ingilis dillərinə tərcümə edilmiş olmalıdırlar. Orijinal sənədlərin surəti də göndərilməlidir.

İsveçin hüdudlarından kənarda olan və yaşamaq icazəsinin əldə edilməsi üçün ərizə verən ailə üzvləri həmin icazənin verilməsi ilə bağlı xüsusi oturum vəsiqəsi üçün İsveç səfirliyinə yaxud Baş konsulluğa müraciət edə bilərlər.

Ailə üzvləri üçün olan icazələr barədə burada oxuyun (ingilis dilində)

Əvvəllər çalışdığınız yerdə əmək fəaliyyətinizi davam etdirmək məqsədi ilə iş icazəsinin alınması ilə bağlı ərizə ilə müraciət etmək istəyirsinizsə

  • Əvvəlki icazə dövrundə ödənilən əmək haqqı və tutulan vergilər haqqında arayiş və ya illik gəlirlərin deklarasiyasi ilə bağlı əsas
  • Bu il ərzində aldığınız ödənilən əmək haqqı ilə bağlı olan spesifikasiyalar (verildiyi halda)

4

Dövlət rüsumunu ödəyib müraciətinizi göndərin

Əksər hallarda müəyyən dövlət rüsumu ödənilir. Ödənişi Visa yaxud Mastercard vasitəsi ilə həyata keçirə bilərsiniz. Rüsum ödənildikdən sonra ərizənizi göndərə bilərsiniz. Ərizənizlə bağlı rüsumu ödədikdən sonra elektron poçt vasitəsi ilə müraciətinizin çatdırılmasını təsdiq edən məktub alırsız. Əlavə məlumata ehtiyac olarsa Miqrasiya Xidməti sizinlə əlaqə saxlayacaq.

Iş icazəsi ilə bağlı olan rüsumlar (ingilis dilində)

5

Miqrasiya xidməti müraciətinizə baxır

Iş icazəsi ilə bağlı müraciətiniz, ölkədə yaşamaq üçün olan icazənin etibarsız sayıldiğı gündən əvvəl daxil olarsa, qərarın çıxarılmasını gözlədiyiniz müddətdə iş fəaliyyəti ilə məşğul olma hüququna maliksiniz.

Miqrasiya Xidməti tərəfindən müraciətinizlə bağlı qərarın çıxarılması ücün tələb olunan sənədlərin və tam doldurulmuş ərizə-anketinin təqdim olunmasi zəruridir. Bu da o deməkdir ki, tələb olunan sənədlər əvvəlcədən təqdim olunduqda və ərizənizi hansısa sənədlə tamamlamaq lazım olmadıqda, müraciətinizə baxılma müddəti qısaldılır. 

Diqqətinizə çatdırırıq ki, bəzi hallarda, tələb olunan sənədlərin və ərizə-anketin təkmil olmasına baxmayaraq Miqrasiya xidmətinin arayışınızı əlavə araşdırmağına ehtiyacı ola bilər.

Iş icazəsi ilə bağlı olan müraciətə baxılma müddəti (ingilis dilində)

6

Ölkədə yaşamaq icazəsi ilə bağlı olan vəsiqə üçün əsas

Əgər sizə 3 (üç) aydan artıq olan müddətə icazə verilirsə siz ölkədə yaşamaq icazəsi ilə bağlı vəsiqə əldə etmiş olursunuz. Fotoşəkiliniz və əl izləriniz olan vəsiqə, sizin Isveçdə qalmaq icazənizin olduğunu sübuta yetirən bir sənəddir. Məhz buna görə Miqrasiya idarəsində  fotoşəkilinizin çəkilməsi və əl izlərinizin götürülməsi üçün tezliklə qəbul vaxtını təyin edin. Fotoşəkiliniz və əl izləriniz qorunub saxlanıla bilmədikləri üçün Siz bunu əvvələr yaşamaq icazəsi ilə bağlı vəsiqənizin olmasına baxmayaraq etməlisiniz.

Ölkədə Yaşamaq icazəsi ilə bağlı vəsiqə barədə oxuyun (ingilis dilində)

Miqrasiya idarəsində fotoşəkilinizin çəkilməsi və əl izlərinizin götürülməsi ücün qəbul vaxtını təyin edin (ingilis dilində)

7

Siz çıxarılan qərarı alırsınız

Siz qərarın çıxarılması ilə bağlı elektron poçt vasitəsi ilə məktub alırsınız. Ondan sonra qərarın özü sizin qeydiyyat unvanınıza göndərilir. Eyni zamanda Sizi işə götürən şəxs poçt vasitəsi ilə qərarla bağlı məlumatlandırılır. Yaşamaq icazəsini təsdiq edən vəsiqə hazır olunduqdan sonra qeydiyyat unvanınıza təxminən bir həftə ərzində çatdırılır.

Ölkə hüdüdlarından kənara çıxarılma yaxud deportasiya haqda olan qərar qüvvədə olaraq qalır

Əgər sığınacaqla təmin edilməyiniz haqda müraciətinizə rədd cavabı verilibsə və Isveçin hüdudlarından kənara çıxarılmaqla və ya deportasiya ilə bağlı müəyyən bir qərar varsa, həmin qərar iş icazəsi ilə əlaqədar müraciətinizin olunmasına baxmayaraq qüvvədə olaraq qalır. Yalnız müəyyən hallarda Miqrasiya xidməti vətəninizə qayıdışla bağlı gedən hazırlıq prosesini iş icazənizlə bağlı müraciətinizə cavab alana qədər dayandıra bilər.

Əgər sizin İsveçdə yaşamaq və iş icazəniz varsa, icazənizin qüvvədə olduğu müddət ərzində siz İsveçdə qala bilərsiniz. İsveçin hüdudlarından kənara çıxarılma yaxud deportasiya ilə bağlı qərarın olduğu halda isə həmin qərar etibarlı olduğu gündən və ya qərarın ləğv edilməsinə qədər 4 (dörd) ilədək olan müddət ərzində qüvvədə olmağa davam edir. Məhz buna görə icazənizin müddətinin uzadılması ilə bağı əvvəlki icazənizin müddətinin bitməsindən əvvəl ərizə ilə müraciət etməlisiniz. Ərizəniz ilə icazənin müddəti bitdikdən sonra müraciət edirsinizsə işinizə qərarın həyata keçirilməsinə maneələrin olduğu hal kimi baxılacaq və beləliklə də icazənizin verilməsi üçün sizə digər və daha sərt şərtlər qoyulacaq.

 
Miqrasiya Xidməti ərizənizə rədd cavabı verirsə

İş icazənizlə bağlı rədd qərarı haqda şikayət verə bilərsiniz. Şikayət ərizəniz Miqrasiya Xidmətinə qərarı aldığınızdan sonra 3 (üç) həftədən gec olmamaq şərti ilə daxil olmalıdır. Əgər Sizə iş icazəsi verilmirsə İsveçin hüdudlarından kənara çıxarılmağınız və ya deportasiya olunmağınızla bağlı qərar etibarlı hesab olunur.

”Qərardan sonra” başlığını oxuyun (ingilis dilində)

Əgər siz veb vasitəsi ilə müraciət etmirsinizsə

Əgər Siz internet vasitəsi ilə müraciət edə bilmirsinizsə ”İsveçdə iş fəaliyyəti ilə məşğul olmaq haqqında ərizə” adlanan anketi doldurmalısınız – İsveçdə olanlar üçün 151011 saylı ərizə-anket nəzərdə tutulur. Əgər İsveçdə olan ailə üzvlərinizin də yaşamaq icazəsinə ehtiyacları varsa, onların hər biri ayrı-ayrılıqda ərizə ilə müraciət etməlidir. Hansı sənədlərin əlavə olunacaqları barədə ərizə-anketdə məlumat göstərilmişdir.

Application for Swedish work permit – for applicants currently in Sweden, form number 151011 (ingilis dilində)PDF 

Application for permit for family members of employees, visiting researchers, athletes and self-employed persons, form number 13301 (ingilis dilində)PDF

Ərizə aşağıdakı ünvana göndərilir:

Migrationsverket
Box 3100
903 03 Umeå

Əksər hallarda siz müəyyən bir rüsum ödəyirsiniz.

Rüsumlar və ödəniş qaydaları haqqında oxuyun ((ingilis dilində)


Last updated: 5 December 2017

Was the information on this page helpful to you?