The Swedish Migration Agency logotype

LGBT insanları və sığınacaq istəyənlər üçün

För dig som är hbtq-person och söker asyl – azerbajdzanska

Əgər cinsi oriyentasyanıza, cinsi kimliyinizə, cinsiyyət ifadənizə və ya müəyyən bir sosial qrupa mənsub olmanıza görə təqib olunursanız ve bu səbəbdən əsaslı bir qorxu varsa, qaçqın sayıla bilərsiniz və İsveçdə qorunma hüququnuz ola bilər. Bu məsələyə Qaçqınlar Konvensiyasında, İsveç qanunlarında və EU qaydalarında deyinilməkdədir.

Sığınacaq üçün müraciət və qaydalar

Təqib, həyatınıza və ya sağlığınıza təhdid ola bilər. Mövcud qanunlar və qaydalar və ya insanların fikirləri, cinsi oriyentasyanıza görə sizi ciddi şəkildə incitəbilər. Məsələn, cəzalandırılmak və ya məktəbə qebul edilməmə cezası kimi, işə düzələ bilməmək, tibbi yardım ala bilməmək kimi, geniş bir şəkildə ayrıseçkiliyə məruz qalmış ola bilərsiniz.

Etnik mənsubiyyətinizdən, dininizdən, cinsiyyətinizdən və cinsi oriyentasyanızdan ötürü təqib edilmək qorxusu içində qalaraq özünüzü ifadə etmək, siyasi fikir beyan etmək və siyasətlə meşğul olmaq hüququndan məhrum edilməniz, size İsveçdə qalma hüququnu verə biləcək nümunələrdir.

Təqiblərin, vətəninizin hakimiyyətindən gəldiyinin yaxud ailənizin və ya digər insanların sizi təhdid etdiyinin fərqi yoxdur. Migrasiya İdarəsi gələcəkdə vətəninizə qayıtdığınız halda sizə qarşı nə baş verə biləcəyini və orada olan dövlət orqanlarının sizi, risk olduğunu söylədiyiniz təqiblərdən qorumaq imkanı olub olmadığını və ya bunu istəyib istəmədiyini araşdıracaq.

Migrasiya İdarəsi sizi şəxsiyyət sənədlərinizdə olan ad, doğum tarixi və qanuni cinsiyyətinizlə birlikdə sığıncaq istəyən şəxs kimi qeydiyyata alacaq. İsveç qanunları, sizi başqa bir adla qeyd etməyə icazə vermir, ancaq adınızı deyişdirmək arzunuz bunu bildirdiyiniz təqdirdə qeyd ediləcəkdir.

İstintaq

İsveç Migrasiya İdarəsi tərəfindən, korunmağa ehtiyacınız olup olmadığını öyrənmək və buna görə İsveçdə yaşayış icazəsi ala bilməyiniz üçün qərar alınma ərəfəsində, həyat problemlərinizin nə olduğunu və vətəninizə qayıtmaqdan niyə qorxduğunuzu anlamaq üçün bir araşdırma yapılır. Əgər səbəb, cinsi oriyentasyanız, cinsinizi dilə gətirməyiniz və ya cinsiyyət kimliyinizdirsə, ən qısa zamanda bizə məlumat verməyiniz vacibdir.

Sığınacaq üçün necə müraciət etmək barəsində daha çox oxuyun.

İsveç Miqrasiya İdarəsi, əvvəllər heç görüşmədiyiniz bir şəxsə bu cür şeyləri söyləmənin çətin ola biləcəyini bilir. Hətta bəlkə də bu barədə ilk dəfə biriylə danışmış olacaqsınız və hər kəsin şəxsi və özəl məsələləri dilə gətirəndə yaşadığı hislər fərqli olabilər. Sizi sığınacaq istəməyə məcbur edən səbəblər barəsində bizə mümkün olduği qədər geniş məlumat verməyiniz vacibdir. Migrasiya İdarəsinə yaşadığınız problem haqqında daha ətraflı danışsanız düz qərar verməsi üçün bir o qədər yaxşı olar. Araştırmacı (müstəntiq), cinsi oriyentasyanız, cinsiyyət ifadəniz və ya cinsi kimliyiniz, bu barədə düşüncələriniz və hissləriniz haqqında, ailəniz, dostlarınız və yaşadığınız cəmiyyət ilə münasibətləriniz barədə suallar verəcəkdir. Sirr saxlama vəzifəmiz vardır və bizə anlatdıqlarınız məsələlər, davanızla əlaqəsi olmayan insanlara söylənməyəcəkdir.

Araştırmayı yapan məmur, dediklərinizi başa düşməyirsə və ya məmurun soruşduğu suallar xaricində anlatmaq istədiyiniz məlumatlar varsa, bu barədə ən qısa müddətdə xəbərdarlıq etməlisiniz. İşinizdə qərar verilən günə qədər gözləməyin.

Sığınacaq alma prosesində özünüzü rahat hiss etmədiyiniz təqdirdə tərcüməçinin, məmurun və köməkçinin cinsi ilə bağlı istəklərinizi bildirmək imkanınız var və Miqrasiya İdarəsi istəklərinizlə əlaqəli sizə kömək etməyə çalışacaqdır. 18 yaşdan yuxarı olan şəxsləri, köməkçi və məmurlar digər ərizəçilər olmadan təkbaşına qarşılayabilər. Lazım gördüyünüz təqdirdə ise LGBT-li insanların vəziyyətini başa düşen bir məsləhətçi istəyə bilərsiniz.

18 yaş altında olanlar üçün

Miqrasiya İdarəsi sığınacaq istəyən bütün uşaqları dinləyip onların burada qorunmasına ehtiyac olub olmadığını öyrənməlidir. Buna görə İsveç Miqrasiya İdarəsinə vətəninizdəki həyatınız və geri qayıtdığınız təqdirdə baş verəcək şəylər barədə düşüncələrinizi danışmağınız çox vacibdir. Əgər siz 18 yaşdan kiçiksinizsə və sizinlə birlikdə İsveçdə qəyyumlarınız varsa, Miqrasiya İdarəsi qəyyumlarınız iştirakı olmadan sizinlə danışmaq istədiyini soruşmalıdır. Əgər İsveçdə valideynləriniz yoxdursa, sizinlə söhbətə rəhbər kömək ədər. Valideynləriniz və ya rəhbəriniz otaqta olmadan məmurlə danışmaq istəyirsinizsə, bunu deməyiniz vacibdir.

Tərcüməçi

İsveç dilində və sizin ana dilinizdəki sözlər və anlayışlar fərqli mənaları verə bilər. Ən başlıcası, öz hisslərinizi və yaşadıqlarınızı təsvir etməyiniz və qorxmağınızın nə ilə əlaqəli olduğunu izah etməyinizdir.

Tərcüməçiyi başa düşmürsünüzsə və ya tərcüməçinin ifadə etdiyiniz her şeyi tərəfsız tərcümə etmədiyini, edə bilmədiyini düşünürsünüzsə, bunu dilə getirməlisiniz. Həm də unutmayın ki, tərcüməçi cinsi oriyentasyanı, cinsiyyət kimliyini və ya cinsiyyət ifadəsini dilə gətirəndə istifadə edilən xüsusi kəlmələri həmişə bilməyə bilər. Buna görə istifadə etdiyiniz sözlərin sizin üçün nə demək olduğunu, nə mənaya gəldiyini tərcüməçiyə izah etmək yaxşı olar.

Yaşayış yeri

Miqrasiya İdarəsinin təmin etdiyi yaşayış yerlərinde əksəriyyətən eyni cinsdən olan iki və ya daha çox insan bulunmaqtadır. Sığınacaq alma prosesi zamanı bu mənzillərdə gərgin vəziyyətlər qarşıdurmalar baş göstərə bilər.

Yaşadığınız yerdə, ehtiyac duyduğunuz bir şəy varsa və özünüzü təhlükə altında hiss edirsinizsə, ən qısa müddətdə bizi xəbərdar etməlisiniz. Yaşayış yerində bir problem varsa və həll etmək üçün köməğə ehtiyac varsa, bizə məlumat verməlisiniz. Bu məsələləri qəbul şöbəsinin müdiri və ya qeydiyyatda olduğunuz yaşayış yerinin işçiləri ilə danışın.

Sağlamlıq

Bəzi şəhərlərdə, cinsi sağlamlıq və xüsusi hədəf qrupları üçün məsləhətlər verən qəbul şöbələri var. Misal üçün hədəf qrupları qadınlar, gənclər və ya LGBT-li şəxslər ola bilər. Daha ətraflı məlumat üçün menecerinizə müraciət edin.

Könüllü təşkilatlar

Sığınacaq alma müddəti boyunca məsləhət və dəstək üçün QHT-lərlə əlaqə saxlamaq hüququnuz var. Hüquqlarınız və mümkün alternativləriniz haqqında nə qədər çox məlumat əldə etsəniz, sığınacaq alma prosesində ortaya çıxan məsələlərin həllinə daha yaxşı hazırlaşmış olarsınız. RFSL, LGBT-li insanların hüquqları üçün çalışan, onlara sığınacaq istəyən, LGBT-lilərə xüsusi dəstək verən və sosial görüş yerləri təmin edən könüllü təşkilatlardan biridir.

RFSL Yeni gələnlər (RFSL Newcomers)external link, opens in new window

Last updated: 13 May 2020

Was the information on this page helpful to you?