2019-04-16

Sığınacaq axtaranlar üçün ödəmələrini etmək çətinləşir

Svårare för asylsökande att betala sina räkningar – azerbajdzjanska

2019-cu ildə İsveçin ödəniş xidməti məntəqələrinin əksəriyyəti bağlanacaq. Bu, sığınacaq axtaranların fakturalarını ödəmə imkanlarının daha az/çətin olacağı deməkdir. Bu səbəbdən müainə üçün müraciət etdiyiniz səhiyə mərkəzindən ödəməli olduğunuz məbləği necə ödəyə biləcəyinizi soruşmaq lazımdır.

Bu gün ölkədə 370 ödəniş xidməti məntəqəsi/agenti vardır. Bir il içərisində bunların 200-dən çoxu bağlanacaq və qalan ödəmə məntəqələri əsasən böyük şəhərlərdə olacaq.

Bu, sığınacaq axtaran şəxsin ödəniş xidməti məntəqəsi vasitəsilə, sağlamlıq/tibbi müainə fakturaları kimi ödənişləri ödəyənlərə təsir edəcəkdir.

İsveçdə olan bütün xəstəxanalar və səhiyyə mərkəzləri fərqli/müxtəlif reqionlara aiddirlər. Xəstəxana və səhiyyə mərkəzinin hansı reqiona bağlı oldu yaşadığınız şəhərdən asılıdır. Bütün reqion məclisləri, pasientlərinin fakturalarını necə ödəmələrini qərar verir və bu o deməkdir ki, ödəmə üslubu yaşadığınız yere görə deyişir. Bəzi reqionlarda xəstəxana səfərinə görə kartla və ya nağd pulla ödəniş edilə bilir. Digər reqonlarda isə xəstəxana və ya başqa tibb mərkəzini ziyarət etdiyiniz üçün sizin yaşadığınız ünvana faktura/ödəniş kağazı gəlir. Buna görə səhiyyə məntəqələrinə müraciət etməyiniz zaman səfəriniz üçün ödəməli olduğunuz məbləğin necə ödəniləcəyi barədə özünüz soruşmalısınız.

Siz, xəstəxana və ya səhiyyə mərkəzinə səfərinizdən əvvəl onlarla əlaqə saxlaya və ödənişi necə edə biləcəyinizi öyrənə bilərsiniz. Əgər səhiyyə orqanı yalnız faktura/ödəniş kağazı ödəməsinə icazə verərsə, onlardan razılıq versələrsə ödənis kağazını aldlqdan sonra geriyə gələrək ödəməni yerində edə biləcəyinizi soruşa bilərsiniz. İsveç Miqrasiya İdarəsi, sizə ünvanlanan faktura/ödəniş kağazlarını ödəməyə kömək edə bilməz.