Vətəninizə yenidən bərpa olunmaq ilə bağlı göstərilən maliyyə dəstəyi

Stöd till återetablering i hemlandet – azerbajdzjanska

Əgər sığınacaqla bağlı ərizənizə rədd cavabı almısınızsa və vətəninizə qayıdacaqsınızsa Miqrasiya idarəsi tərəfindən dəstək ala bilərsiz. Siz maliyyə dəstəyi ilə bağlı ərizə ilə müraciət edə bilərsiz, bundan əlavə isə sizə vətəninizdə cəmiyyətə qarışmağınızla bağlı dayaq göstərilə bilər, bu göstərilən dayaq yenidən inteqrasiya dəstəyi adlanır.

Yenidən bərpa olunmaq üçün verilən maliyyə dəstəyi

Maliyyə dəstəyi öz ölkəsinə qayıdacaq olan və geri dönəcəyi ölkədəki çətinliklər ucbatından cəmiyyətə yenidən bərpa olmaq üçün məhdud imkanlara sahib olan şəxslərə verilir.

Hal hazırda Miqrasiya xidmətinin qərarı ilə aşağıdakı ölkələrin vətəndaşlarının yenidən bərpa olunmaq üçün maliyyə dəstəyi almaq hüququ var:

Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Eritreya, Iraq, Yəmən, Liberya, Liviya, Mali, Sierra-Leone, Somali, Fələstin, Sudan, Cənubi Sudan, Suriya, Çad

Maliyyə dəstəyi və necə müraciət etmək qaydaları haqda buradan oxuyun

Vətəninizə yenidən inteqrasiya olunmaq ücün dayaq

Vətəninizdə cəmiyyətə qarışmağınız ücün sizə dayaq verilə bilər, bu yenidən inteqrasiya dəstəyi adlanır. Bu dəstək öz vətəninə geri dönmək istəyən və orada, örnəyin, iş həyatına atılmaq istəyən və yaxud da hüquqi məsləhətə ehtiyacı olan şəxslərə təklif olunur.

Bu dəstək hal hazırda adları aşağıda göstərilən ölkələrə qayıdan şəxslərə təklif olunur

Əfqanıstan, Iraq (Kürdüstan), İraq (mərkəzi və cənubi), Mərakeş, Pakistan, Rusiya

Yenidən inteqrasiya dəstəyi və ərizə vermə qaydaları ilə bağlı daha ətraflı buradan oxuyun (ingilis dilində)

Last updated: 2017-10-19

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.