Vətəninizə yenidən bərpa olunmaq ilə bağlı göstərilən maliyyə dəstəyi
Ekonomiskt stöd till återetablering – azerbajdzjanska
Əgər siz öz vətəninizə qayıdırsınızsa Migrasiya Xidməti tərəfindən göztərilən maliyyə dəstəyi ilə bağlı ərizə ilə müraciət edə bilərsiz. Maliyyə dəstəyi vətənində münaqişələrə görə iş və ev əldə etmək imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulmuşdur. Maliyyə dəstəyi ilə bağlı ərizə ilə Isveçdə olarkən müraciət etməlisiz.
- አማርኛ (amhariska)
- العربية (arabiska)
- ب ه سۆرانی (sorani)
- English (engelska)
- Español (spanska)
- پارسی (persiska)
- Français (franska)
- Bosanski, hrvatski, srpski (kroatiska)
- Հայերեն (armeniska)
- Kurmancî (kurmandji)
- Монгол хэл (mongoliska)
- يه دری (dari)
- پښتو (pashto)
- Arlijan (romani arli)
- Русский (ryska)
- Af soomaali (somaliska)
- Shqip (albanska)
- Swedish (svenska)
- ትግርኛ (tigrinska)
- Oʻzbek (uzbekiska)
- Google+
Aşağıdakı ölkələrdən birinə geri qayıdacağınız təqdirdə maliyyə dəstəyini ala bilərsiniz:
Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Eritreya, Iraq, Yəmən, Liberya, Liviya, Mali, Sierra-Leone, Somali, Fələstin, Sudan, Cənubi Sudan, Suriya, Çad
Maliyyə dəstəyinin alınması üçün olan şərtlər
Siz aşağıdakı hallarda maliyyə dəstəyi ala bilərsiz
- Sığınacaqla baglı müraciətinizə rədd cavabı almısızsa və ya sığınacaqla bağlı verilən ərizənizi geri götürmüsünüzsə
- Könüllü qayıdışınızı planlaşdırırsınızsa və qayıdacağıniz ölkə sizin bərpası olunmanız üçün məhdud imkanlar təklif edirsə
- Qayıtmaq istədiyiniz ölkədə qalıb yaşama ehtimalı böyükdursə
- Maliyyə dəstəyinin verilməsi haqda ərizə ilə müraciəti İsveçdə olduğunuz müddətdə edirsinizsə
Ailənizə verilən dəstək
Sizin ailə üzvləriniz- əriniz, arvadiniz, bərabər yaşadiğınız insan, eləcə də 18 yaşina çatmamıs uşaqlar və ya sizinlə bərabər yaşayan digər qohumlar da bu dəstəyi ala bilərlər. Bunun üçün sizin ailə üzvləriniz də ərizəni İsveçdə olarkən verməlidirlər.
Ərizə və qərar
Əgər siz sığınacaq almaq üçün müraciət etdiyiniz ərizənizə rədd cavabi almısınızsa və ya sığınacaqla bağlı olan ərizənizi geri götürmüsünüzsə öz vətəninizdə yenidən bərpa olunmaq üçün maliyyə dəstəyinə müraciət edə bilərsiz. Bu ərizəni sığınacaqla bağlı aldığınız mənfi qərarla rəsmi şəkildə tanış olduqdan və ya sığınacaqla bağlı olan ərizənizi geri göturdukdən sonra iki aydan gec olmamaq şərti ilə təqdim etməlisiz.
Bərpa olunmaqla bağlı olan ərizəni Miqrasiya idarəsində sənədlərinizi qəbul edən məsul işçiyə təqdim edə bilərsiz, daha sonra isə Miqrasiya xidməti bu dəstəyi alıb, almayacağınızla bağlı qərar çıxaracaq. Statusun bərpa olunması haqda Miqrasiyanın çıxardığı qərarla bağlı şikayət işi qaldırmaq mümkün deyil.
Ödəniş siz vətənə qayıtdıqdan sonra həyata keçirilir
Miqrasiya xidməti İOM (Miqrasiya Üzrə Beynəlxalq Təşkilat) təşkilatı ilə əməkdaşlıq edir, hansı ki, bu təşkilat öz vətədə yenidən bərpa olunmaq üçün maliyyə dəstəyinin verildiyi ölkələrin bir çoxunda nümayəndəliyə sahibdir. IOM ödənişi vətəninizdə həyata keçirəcək. Isveçi tərk etməzdən əvvəl sizə ölkənizdəki IOM idarəsinin telefon nömrəsi təqdim olunacaq. Vətəninizə gəlib çatdıqda siz maliyyə dəstəyinin alinmasi üçün o nömrə ilə əlaqə saxlayıb görüş təyin etməlisiz.
Ödənis ABS dolları ilə həyata keçirilir və bütöv məbləğ bir dəfəlik ödənilir. Pulu almaq üçün pasport və maliyyə dəstəyin alınması ilə bağlı çıxarılan qərarin nüsxəsini təqdim etməlisiz.
Əgər vətəninizdə IOM təşkilatının numayədəliyi yoxdursa pul sizə Isveçi tərk etməzdən əvvəl ödənilə bilər.
IOM (Miqrasiya Üzrə Beynəlxalq Təşkilat) haqqında daha ətraflı oxuyun
Maliyyə dəstəyinin həcmi
Maliyyə dəstəyi hər 18 yaşından yuxarı olan şəxsə 30 000 Isveç kronu və 18 yaşından aşağı olan uşaqlar üçün isə 15 000 Isveç kronu təşkil edir. Bir ailə maksimum 75 000 kron ala bilər.
Əgər siz yanlış məlumat təqdim edirsinizsə
Aşağıdakı hallarda Migrasiya xidməti aldığınız maliyyə dəstəyinin tam və ya bir hissəsinin geri qaytarılması ilə bağlı qərar çıxara bilər:
- Əgər vətəninizə könüllü qayıtmırsınızsa və ya qayıdışınızdan sonra bir daha qeyri qanunu şəkildə Isveçə daxil olursunuzsa
- Əgər yanlış məlumat təqdim etmisinizsə və ya maliyyə dəstəyinin səhv ödənişinə yaxud daha yüksək məbləğdə ödənməsinə səbəb olmusunuzsa