Dərhal qüvvəyə minməklə ölkəyə daxil olmaqdan imtina
Avvisning som ska genomföras omedelbart – azerbajdzjanska
Əgər sizin nə müdafiəyə ehtiyacınız, nə də yaşayış icazəsi üçün digər əsaslarınız olmadığı aydın olarsa, İsveç Miqrasiya Agentliyi dərhal qüvvəyə minməklə ölkəyə daxil olmaqdan imtina haqqında əmr verir. Belə əmr aldıqda, dərhal İsveçi tərk etməlisiniz.
- አማርኛ (amhariska)
- العربية (arabiska)
- ب ه سۆرانی (sorani)
- English (engelska)
- Español (spanska)
- پارسی (persiska)
- Français (franska)
- Bosanski, hrvatski, srpski (kroatiska)
- Հայերեն (armeniska)
- Kurmancî (kurmandji)
- Монгол хэл (mongoliska)
- يه دری (dari)
- پښتو (pashto)
- Arlijan (romani arli)
- Русский (ryska)
- Af soomaali (somaliska)
- Shqip (albanska)
- Swedish (svenska)
- ትግርኛ (tigrinska)
- Oʻzbek (uzbekiska)
- Google+
Müraciətinizin rədd edilməsi haqqında qərar dörd il müddətinə qüvvədə qalır. Əgər dərhal qüvvəyə minməklə ölkəyə daxil olmaqdan imtina haqqında əmr almışsınızsa, sizə təkrar daxil olma qadağanı qoyulur, bu o deməkdir ki, ən az iki il ərzində Şengen zonasının heç bir ölkəsinə, o cümlədən Rumıniya, Bolqarıstan və Xorvatiyaya daxil ola bilməzsiniz.
Əmrin qəbul edilməsi
Siz həmçinin, qəbul edilmə bəyannaməsi adlanan sənədi imzalamaqla, əmri qəbul etdiyinizi göstərə bilərsiniz. Bəyannaməni imzaladıqdan sonra siz bir daha şikayət verə bilməzsiniz və dərhal İsveçi tərk etməlisiniz. Hətta əmri qəbul etməsəniz belə, əmri aldıqdan dərhal sonra İsveçi tərk etməlisiniz.
Əmrdən şikayət verilməsi
Əgər əmri qəbul etmirsinizsə, şikayət vermək hüququnuz var, lakin yenə də İsveçi dərhal tərk etməlisiniz. Miqrasiya Agentliyi şikayətinizi əmr haqqında bildirişi aldığınızdan sonra ən gec üç həftə ərzində almalıdır.
Əmrdən şikayət verilməsi haqqında daha ətraflı oxuyun
Qayıdış səfərinizin planlaşdırılması
Əmr aldığınızdan sonra dərhal İsveçi tərk etməyiniz tələb olunur. Siz qayıdış səfərinizin planlaşdırılmasına, etibarlı pasportun əldə edilməsinə və vətəndaşı olduğunuz ölkəyə və ya yaşayış icazəsinə malik olduğunuz digər ölkəyə qayıtmaq üçün digər tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırsınız. Miqrasiya Agentliyi vətəndaşı olduğunuz ölkə ilə əlaqə saxlamaqda və ya səfərinizi təşkil etməkdə sizə dəstək və yardım göstərə bilər.
Könüllü qayıtmaq haqqında daha ətraflı oxuyun
Mənzil, bank kartı və Sığınacaq Axtaran kartı
Əmri aldıqdan üç həftə sonra artıq şikayət verə bilməzsiniz. Bu o deməkdir ki, sizin artıq Miqrasiya Agentliyindən mənzil və ya maliyyə dəstəyi almaq hüququnuz yoxdur. Bu, əgər siz himayəçisi olduğunuz yaşı 18-ə çatmamış uşaqla birlikdə yaşamayan yetkinlik yaşına çatmış şəxs olduğunuz halda tətbiq edilir.
İsveçi tərk etməzdən əvvəl Sığınacaq Axtaran kartınızı (LMA kartı) Miqrasiya Agentliyinə qaytarmalısınız. Miqrasiya Agentliyindən bank kartı aldığınız halda, hesabdan pulu çıxarmalı və kartı geri qaytarmalısınız. Miqrasiya Agentliyinin mənzillərndə yaşadığınız halda, mənzili tərk etməli və açarları təhvil verməlisiniz.
Səhiyyə xidməti və məktəb
İsveçi tərk etdiyiniz günədək, əvvəl olduğu kimi, səhiyyə xidməti hüququna malik olacaqsınız, lakin ölkəni tərk etmə əmriniz qüvvəyə mindikdən və maliyyə dəstəyi almaq hüququnuz qüvvədən düşdükdən sonra, dərman preparatlarına və ya tibbi xidmətə görə hər hansı maliyyə kompensasiyası almayacaqsınız.
Uşaqlar İsveçdə olduqları müddət ərzində məktəbə getmək hüququna malikdir.
Uşaqlar və sığınacaq haqqında daha ətraflı oxuyun
Əgər qərara tabe olmasanız
Əgər İsveçi tərk etməklə əməkdaşlıq etmirsinizsə, Miqrasiya Agentliyi sizi nəzarət altına almaq və ya həbsdə saxlamaq barədə qərar verə bilər. Nəzarət altına alınmaq o deməkdir ki, siz müntəzəm olaraq Miqrasiya Agentliyində və ya Polisdə qeydiyyatdan keçməlisiniz. Həbsdə saxlanarkən, getmə gününü gözləyənə qədər qapalı müəssisədə qalmalı olacaqsınız.
Əgər Miqrasiya Agentliyindən hələ də maliyyə dəstəyi almaq hüququnuz varsa (məsələn, uşaqlı ailələr), ölkəni tərk etməkdə əməkdaşlıq etmədiyinizə görə azaldılmış gündəlik müavinət ala bilərsiniz.
Əgər Miqrasiya Agentliyi əmrin icra edilməsi üçün qüvvə tətbiq edilməsi zərurətini müəyyən edərsə, məsuliyyət İsveç Polisinin üzərinə yönəldilmiş olur.
Qərara riayət etmədiyinizdə nə baş verəcəyi haqqında daha ətraflı oxuyun
İmtinadan sonra yeni tədbirlər
Əgər qayıtmağınızı qeyri-mümkün edən nə isə baş verərsə, Qəbul Məntəqənizə məlumat verməlisiniz. Miqrasiya Agentliyi deportasiya üçün maneələriin mövcudluğunu nəzərdən keçirəcək Belə maneələr sizin qərarı almağınızdan sonra üzə çıxan yeni məlumatlarla əlaqədar olmalıdır.
Aşağıdakı ölkələr Şengen Sazişi ilə əhatə edilir
Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, ispaniya, İsveç və İsveçrə.