Geri dönüşünüzdə köməklik göstərmədiyiniz halda

Om du inte samarbetar för att återvända – azerbajdzjanska

Geri dönüşünüzdə köməklik göstərmədiyiniz halda, Miqrasiya İdarəsi evə dönüş tarixinədək gündəlik xərclərinizi azaltmaq, sizi daima nəzarətdə saxlamaq, həbs altına almaq və/və ya geri dönüşünüzlə bağlı məsuliyyəti polis idarəsinə ötürmək hüququna malikdir.

Nəzarət o deməkdir ki, siz mütəmadi olaraq müəyyən vaxt və yerlərdə qeydiyyatdan keçməlisiniz. Eyni zamanda bu, o demək ola bilər ki, siz paportunuz və ya digər kimliyinizi təsdiq edən sənədi təhvil verməlisiniz.

Həbs altına almaq o deməkdir ki, siz Miqrasiya İdarəsi tərəfindən tutuqlanacaq və kilidli yerdə saxlanacaqsınız.

Tutuqlanma və nəzarət barədə ətraflı məlumat alın

Polis sizin geri dönüşünüz üçün məsuliyyəti üzərinə götürə bilər

Könüllü olaraq köməklik göstərməməyiniz səbəbindən ekstradisiya (təhvil) etmək mümkün olmadıqda Miqrasiya İdarəsi ölkəni tərk etməyinizlə bağlı məsuliyyəti polis idarəsinə ötürə bilər. Özünüz təslim olmadıqda, polis sizin yaxalanmanız barədə order hazırlaya və izinizə düşə bilər. Bundan əlavə polis sizi ölkəni tərk etməyə məcbur edə bilər.

Polisə sizin ekstradisiyanızla bağlı məsuliyyət verilərsə, siz geri dönüşünüzlə bağlı bütün suallarınızı onlara ünvanlandırmalısınız.

Sizin təkrar gəlişinizə qadağa qoyula bilər

Geri dönüşünüzlə bağlı köməklik göstəmədiyiniz halda, Miqrasiya İdarəsi sizin təkrar gəlişinizə qadağa qoya bilər. Bu, o deməkdir ki, siz bir ildən beş ilədək olan müddət ərzində heç bir Şengen ölkəsi, eləcə də Rumıniya və ya Bolqarıstana səyahət edə bilməzsiniz. Bu qadağanın müddəti sizinlə bağlı qərarda qeyd edilir.

Təkrar gəlişlə bağlı qadağa və bunun qarşısının alınması barədə ətraflı məlumat alın

Əvvəlki vəziyyətinizin bərpa olunması ilə bağlı şərtlər barədə ətraflı məlumat alın

Last updated: 22 August 2017

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.