Sığınacaq üçün müraciətiniz rədd edildikdə

Om du får avslag på din ansökan om asyl – azerbajdzjanska

Əgər sığınacaq almaq üçün etdiyiniz müraciət rədd edilərsə, deməli İsveç Miqrasiya Xidməti Sizin, İsveçdə qalmağınıza icazə verilməsi üçün kifayət qədər əsaslarınızın olmadığını qəbul edir. Əgər imitina edilərsə, onda Sizin iki seçiminiz var: ya qərarla razılaşıb geri çəkilməlisiz, ya da ki, şikayət etməlisiz. Hətta şikayətlə müraciət etməyi seçdiyiniz halda belə, geriyə qayıdışınızı planlaşdırmalısınız.

Əgər qərarı qəbul edərsinizsə, anlaşma (məmnunluq) bəyannaməsi adlanan sənədi imzalayacaqsınız. Sənədi imzaladıqdan sonra artıq şikayət verə bilməyəcəksiniz və bu halda geriyə, öz ölkənizə qayıtmağı planlaşdırmalı olacaqsınız.

Evə dönüşü planlaşdırmaq

Siz, sadəcə, səfərinizin planlaşdırılması, vətəninizə qayıda bilməyiniz və ya  yaşamaq hüququnuzun olduğu digər bir ölkəyə səyahət etməyiniz üçün, pasportun və digər sənədlərin əldə edilməsi üzrə məsuliyyət daşıyırsınız.  İsveç Miqrasiya Xidməti sizə dəstək verə bilər və ölkənizlə təmas qurmaq  və ya səfərinizi sifarış etmək üçün yardımçı ola bilər. Gəldiyiniz ölkədən asılı olaraq Sizə, vətəninizə çatdıqdan sonra ilkin dövrdə dolanışığınızı yüngülləşdirmək üçün  maliyyə yardımı göstərilə bilər. “Geriyə-dönüş dəstəyi” üçün sizi qəbul edən təşkilata müraciət edin.

Öz hesabına qayıtmağa dair məlumatla daha ətraflı tanış olun 

Kimin geriyə-dönüş dəstəyi üçün müraciət edə bilməsinə dair məlumatla daha ətraflı tanış olun

Qərar dörd il müddətinə qüvvədə olacaqdır

İmtinalarla bağlı qərarlar, bir qayda olaraq, dörd il müddətində qüvvədə qalır.

Şikayət (apellyasiya)

Əksinə, şikayətin verilməsi variantını seçsəniz, bu o demək olacaqdır ki, Siz məhkəmədən, İsveç Miqrasiya Xidmətinin qərarının mübahisələndirilməsini istəyirsiniz. Əgər sizin deportasiya edilməyinizə dair qərar verilibsə, şikayətinizin araşdırıldığı müddətdə İsveçdə qala bilərsiniz. Əgər deportasiya qərarı dərhal icra edilməlidirsə, bu halda, hətta şikayət versəniz belə, Siz İsveçi tərk etməlisiniz.

Şikayətlə müraciət verməklə bağlı məlumatla daha ətraflı tanış olun

Dərhal yerinə yetiriləcək deportasiya haqqında məlumatla daha ətraflı tanış olun

Əgər qərara tabe olmasanız

Qərarın qüvvəyə mindiyi və Sizin tərəfinizdən şikayətlə müraciət edilmədiyi təqdirdə (qərar qüvvəyə minir), Siz İsveçi tərk etməlisiniz. Sizinlə bağlı deportasiya haqqında qərarda İsveçı tərk etməzdən öncə nə qədər vaxtınızın olduğu nəzərdə tutulmalıdır. Həmin vaxt başa çatdıqdan sonra Siz, nə həmin vaxtdan əlavə burada yaşaya, nə də Miqrasiya Xidmətindən maliyyə dəstəyi ala bilərsiniz. Bu müddəa, himayəsində 18 yaşına çatmamış uşaqları olmayan, yetkinlik yaşına çatmış şəxslərə tətbiq edilir.

Miqrasiya Xidməti nəzarət (müşahidə) və ya təhlükəsiz saxlanma haqqında da qərar qəbul edə bilər. Nəzarət dedikdə, Sizin müəyyən müddət ərzində Miqrasiya Xidmətində və ya polisdə qeydiyyat keçməli olmağınız nəzərdə tutulur. Qorunmağa dair qərar qəbul edildiyi təqdirdə, Siz, yola düşənə kimi, icarəyə götürülmüş mənzillərdə qala bilərsiniz. Sizin barənizdə həmçinin geriyə qayıtmağın qadağan edilməsinə dair qərar qəbul edilə bilər.

Əgər Miqrasiya Xidmətinin fikrincə, qərarın icra edilməsi üçün güc tətbiq ediməlidirsə, bu halda bunu yerinə yetirmək məsuliyyəti polisin üzərinə düşür.

Qərara itaət etmədiyiniz təqdirdə, nələrin baş verəcəyinə dair məlumatla daha ətraflı tanış olun 

Geriyə səfərə qadağa

Əgər qərarda bəyan edilmiş müddətdə İsveçi tərk etməzsinizsə, geriyə səfəriniz üçün Sizə qadağa qoyula bilər, bu da o deməkdir ki Siz, müəyyən edillmiş vaxt ərzində hər hansı Şengen ölkəsinə səfər etmək hüququndan məhrum olursunuz. 

Dərhal deportasiya edilməyinizə dair hökmün verildiyi təqdirdə, bir qayda olaraq, yenidən səyahət etməyə də qadağa qoyulur.

Geriyə səfər etməyinizin qadağan edilməsinə və bununla üzləşməmək üçün nə etməli olduğunuza dair məlumatla daha ətraflı tanış olun

Dərhal deportasiya haqqında məlumatla daha ətraflı tanış olun

Qərardan sonra yeni hadisələr

Əgər siz, hər hansı bir səbəbdən qayıda bilmirsinizsə, bu barədə Sizi qəbul etmiş təşkilatla məsləhətləşməlisiniz. Daha sonra Miqrasiya Xidməti deportasiyanın icra edilməsi üçün maneənin olub-olmamasını araşdıracaq. İşinizə dair qəbul edilmiş qərarı sonra, aşkar edilmiş yeni bir məlumat olmalıdır.

İmtinadan sonra yeni informasiyayla əlaqəli məlumatla daha ətraflı tanış olun

Ev, bank kartı və LMA kartı

Əgər Siz, imtina və ya deportasiya qərarını almışsınızsa və qərar qüvvəyə mindikdən sonra buranı könüllü tərk etmək üçün verilmiş müddət bitmişsə, siz müəyyən yerdə yaşamaq və maliyyə dəstəyi almaq hüququnuzu itirəcəksiniz

Müəyyən yerdə yaşamaq və maliyyə yardımı üçün hüququnuzun olmadığı halda, siz LMA kartınızı Miqrasiya Xidmətinə qaytarmalısınız.Əgər bank kartınızı Miqrasiya Xidmətindən almışsınızsa, pulu hesabdan çıxarmalı və kartı geri qaytarmalısınız. Əgər Miqrasiya Xidmətinə məxsus mənzillərdən birində qalırsınızsa, oranı tərk etməli və açarları təhvil verməlisiniz.

Sağlamlıq və məktəb

İsveçı tərk edəcəyiniz günədək Sizin, bundan əvvəl olduğu kimi, tibbi xidmətlərdən yararlanmaq üçün eyni hüququnuz qalacaqdır, lakin maliyyə yardımı almaq hüququnuzu itirəcəyinizdən, Siz dərman və ya digər səhiyyə xidməti ilə bağlı hər hansı maddi yardım almayacaqsınız.

Uşaqlar və sığınacaq haqqında məlumatla daha ətraflı tanış olun

Last updated: 20 February 2017

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.