Sığınacaq üçün müraciətiniz rədd edildikdən sonra yeni hallar

Nya händelser efter avslag på din ansökan om asyl – azerbajdzjanska

Şikayət verilə bilməyən qərar o deməkdir ki, siz qərarda göstərilmiş müddət ərzində ölkəni tərk etməlisiniz. Müstəsna hallarda elə hallar baş verə bilər ki, sizin vətəninizə qayıtmalı olduğunuzu göstərən qərarın mövcudluğuna baxmayaraq, siz bunu edə bilməzsiniz. Bu vəziyyət icraya maneə – ölkəyə daxil olmaqdan imtina və ya ölkədən çıxarılma əmrinin yerinə yetirilməsinə əngəl adlanır.

Miqrasiya Agentliyi yalnız o halda sizin vətəninizə səfərinizi ləğv edə bilər ki, qərar alındıqdan sonra yeni məlumatlar üzə çıxmış olsun. Bu, məsələn, aşağıdakılarla əlaqədar ola bilər 

  • vətəndaşı olduğunuz ölkədə siyasi vəziyyət dəyişmişdir, bu isə o deməkdir ki, siz qayıda bilməzsiniz;
  • səyahət etmək üçün çox xəstəsiniz;
  • sizdə həyati təhlükə törədən xəstəlik inkişaf edir və vətəndaşı olduğunuz ölkədə tibbi xidmət almaq mümkün deyil; və ya
  • ailə vəziyyətiniz dəyişir.

Vətənə səfərinizin sizi narahat etməsi və ya vətəndaşı olduğunuz ölkədə sosial-iqtisadi problemlərin olması Miqrasiya Agentliyinin qərarını dəyişməsi üçün kifayət edən əsaslar deyil.

Siz Miqrasiya Agentliyinə yaza bilərsiniz

Əgər qayıtmağınıza mane olan yeni səbəblərin nəzərdən keçirilməsini istəyirsinizsə, Miqrasiya Agentliyinə məktub yaza bilərsiniz. Məktubunuzda bunları yazmalısınız 

  • işinizin nömrəsi (iş nömrəsi LMA kartınızda göstərilib);
  • vəziyyətinizlə bağlı yeni nə baş verib və nə üçün vətəninizə qayıda bilməzsiniz; və 
  • ünvanınız.

Əgər məktubda yazdıqlarınızı təsdiqləyən sənədlər varsa, orijinallarına üstünlük verilməklə, həmçinin onları da əlavə etməlisiniz.

Məktubu öz adınız ilə imzalamalısınız. Xahiş edirik, məktubu İsveç və ya İngilis dilində yazın. belə ki, qərarı daha tez əldə edə bilərsiniz.

Əgər məktubu özünüz yaza bilmirsinizsə, bunu etməyi hər hansı digər şəxsdən xahiş edə bilərsiniz; belə olan halda, Miqrasiya Agentliyinə etibarnamə təqdim etməlisiniz.

Etibarnamə nədir?

Yaşama icazəsinin alınması ilə bağlı ərizə ilə müraciət edən şəxs tərəfindən onun maraqlarını təmsil etmək səlahiyyətini digər bir şəxsə verilməsinə dair olan imzalanmış yazılı sənədə etibarnamə deyilir. Məsələn etibarnamə digər bir şəxsin əvəzinə yaşama icazəsinin verilməsi üçün ərizə ilə müraciət etmək, çıxarılan qərarın səbəbləri haqda məlumat almaq və ya şikayət işi qaldırmaq kimi səlahiyyətləri vermiş olur. Etibarnamə öz səlahiyyətlərini digər bir şəxsə həvalə edən şəxs tərəfindən yazılmalı və Miqrasiya Xidmətinin tələb etdiyi halda orijinal formada təqdim olunmalıdır.

Digər bir səxsə etibarnamə verdikdə Dövlət Miqrasiya Xidmətinə

  • sənədin etibarnamə olması
  • ad, doğum tarixi və etibarnaməni verən şəxsin ünvanı
  • etibarnaməni alan şəxsə hansı hüquqlarin verilməsi
  • etibarnaməni alan şəxsin adı, İsveç identifikasiya nömrəsi və ünvanı
  • etibarnaməni verən şəxsin imzası
  • etibarnamənin harada və hansı tarixdə imzalanması haqda məktub təqdim olunmalıdır.

Miqrasiya Agentliyi öz təşəbbüsü ilə vətənə səfərinizi ləğv edə bilər.

Miqrasiya Agentliyi vətənə qayıda bilməyəcəyinizi bildirən yeni məlumatın üzə çıxıb çıxmamasını qeyd etməlidir. Bundan sonra Miqrasiya Agentliyi, hətta qərarın icrasına maneələr haqqında bizə yazmasanız və məlumat verməsəniz belə, vətənə səfərinizi ləğv edə bilər. Əgər vətənə səfəri həyata keçirmək mümkün deyilsə, polis də Miqrasiya Agentliyinə məlumat vermək üçün məsuliyyət daşıyır.

Qərar

İsveç Miqrasiya Agentliyi qərarı sizə poçt vasitəsilə göndərəcək.

Last updated: 2017-04-06

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.