Sığınacaq üçün müraciətiniz rədd edildiyi halda könüllü qeri qayıtma

Återvända självmant när du har fått avslag på din ansökan om asyl – azerbajdzjanska

Könüllü qayıtmaq o deməkdir ki, siz İsveçdə qalmağınıza icazə verilməməsi haqqında qərarı qəbul edirsiniz və vətəndaşı olduğunuz ölkəyə geri qayıtmaqla əməkdaşlıq edirsiniz.

Ölkəyə daxil olmaqdan imtina və ya ölkədən çıxarılma barədə qərarı aldıqdan sonra, qayıtmağınızı müzakirə etmək üçün məsələnizə baxan əməkdaşla görüşə çağrılacaqsınız. Bu görüş zamanı məsələnizlə bağlı mövcud olan müxtəlif alternativlər haqqında sizə məlumat veriləcək və siz həmçinin öz suallarınızı verə bilərsiniz.

Əgər səfərinizi özünüz təşkil etməyə imkanınız yoxdursa, məsələnizə baxan əməkdaş sizinlə birlikdə nə edəcəyinizin və Miqrasiya Agentliyinin nə edə biləcəyinin təfərrüatlarına dair plan hazırlayacaq. Məsələn, pasport almaq üçün səfirliyiniz ilə əlaqə saxlaya bilərsiniz, Miqrasiya Agentliyi isə, qayıdış səfəriniz zamanı bir neçə yerdə dayanmalı və ya təyyarə dəyişməli olacaqsınızsa, tranzit vizalarını əldə etməkdə sizə köməklik edə bilər.

İki həftədən dörd həftəyədək müddət ərzində geri qayıtmaq

Əgər ölkədən çıxarılma barədə əmr almışsınızsa, qərar qüvvəyə mindikdən sonra dörd həftə ərzində ölkəni tərk etməlisiniz. Əgər daxil olmaqdan imtina barədə qərar almışsınızsa, qərarda başqa cür müəyyən edilmədiyi halda, qərar qüvvəyə mindikdən sonra iki həftə ərzində ölkəni tərk etməlisiniz.

Qərardan şikayət vermədiyiniz halda qərar onu aldığınız tarixdən üç həftə sonra qüvvəyə minir.

Qərarda müəyyən edilmiş müddət ərzində İsveçi tərk etmədiyiniz halda, sizə bir qayda olaraq, Rumıniya, Bolqarıstan və Xorvatiya da daxil olmaqla, bütün Şengen zonası ölkələriniə təkrar daxil olma qadağanı qoyulacaq. Təkrar daxil olma qadağanı bir il etibarlıdır.

Təkrar daxil olma qadağanı və sizə qadağan qoyulmasının qarşısını necə ala biləcəyiniz haqqında ətraflı oxuyun

Dərhal qüvvəyə minməklə daxil olmaqdan imtina

Əgər dərhal qüvvəyə minməklə daxil olmaqdan imtina haqqında qərar almışsınızsa, qərar aldıqdan sonra mümkün qədər tez İsveçi tərk etməlisiniz. Əmri aldıqdan sonra üç həftə ərzində qərardan şikayət verə bilərsiniz, lakin məhkəmənin şikayətinizə baxdığı müddət ərzində İsveçdə qala bilməzsiniz.

Əgər dərhal qüvvəyə minməklə daxil olmaqdan imtina haqqında əmr almışsınızsa, İsveçi dərhal tərk etsəniz belə, bir qayda olaraq, sizə həmçinin tərkar daxil olma qadağanı qoyulacaq. Bu o deməkdir ki, əgər dərhal qüvvəyə minməklə daxil olmaqdan imtina haqqında əmr almışsınızsa, siz ən azı iki il ərzində Rumıniya, Bolqarıstan və Xorvatiya da daxil olmaqla, Şengen zonasının heç bir ölkəsinə daxil ola bilməzsiniz.

Vətəndaşı olduğunuz ölkədən fərqli ölkəyə qayıdış

Avropa İttifaqı daxilində digər ölkə

Miqrasiya Agentliyi sizin Aİ-nin digər üzv dövlətinə qayıtmalı olduğunuza və sığınacaq üçün müraciətinizə orada baxılması lazım gəldiyinə qərar verə bilər. Bu, məsələn, İsveçə gəlməzdən əvvəl Aİ-nin digər üzv dövlətində olmağınız və ya sizə Aİ-nin digər üzv dövlətinə viza verilməsi və ya Aİ-nin digər üzv dövlətində sığınacaq üçün müraciət etməyiniz ilə bağlı ola bilər. Bu qaydalarla Dublin Reqlamentində tanış olmaq olar.

Əgər bunun əvəzinə siz vətəndaşı olduğunuz ölkəyə qayıtmaq istəyirsinizsə, bu, qayıtmağı gecikdirəcək və ya həddindən çox məsrəfli edəcək hallar olmadıqda təsdiq edilə bilər.

Dublin Reqlamenti və sığınacaq üçün müraciətinizə baxılan ölkəni nə üçün seçə bilməməyiniz haqqında ətraflı oxuyun (İngiliscə)

Qərarda göstərilmiş ölkədən fərqli ölkə

Siz ölkəyə daxil olmaqdan imtina və ya ölkədən çıxarılma barədə qərarda göstərilmiş ölkəyə qayıtmalısınız. Bu, adətən vətəndaşı olduğunuz ölkədir.

Bununla belə, əgər digər ölkədə qəbul ediləcəyinizi göstərə bilərsinizsə, qərarda göstərilmiş ölkədən fərqli ölkəyə qayıda bilərsiniz. Belə olan halda, sizin etibarlı pasportunuz və həmin ölkədə yaşamaq icazəniz olmalıdır. Turist vizası və ya vizadan azad edilmə hüququ kifayət deyil. Əgər qayıtmağı gecikdirəcək və ya həddindən çox məsrəfli edəcək hallar olarsa, buna icazə verilməyəcək.

Səyahət sənədlərini əldə etməyə görə siz məsuliyyət daşıyırsınız

Müəyyən edilmiş müddət ərzində qayıtmaq üçün pasport və ya müvəqqəti səyahət sənədlərini əldə etməyə görə siz məsuliyyət daşıyırsınız.

Əgər köməyə ehtiyacınız olarsa, Miqrasiya Agentliyi vətəndaşı olduğunuz ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlaya və pasport almağınız üçün müraciət edə bilər. Belə olan halda, Miqrasiya Agentliyi şəxsi məlumatlarınızı vətəndaşı olduğunuz ölkənin hakimiyyət orqanlarına təqdim etməlidir, lakin sizin İsveçdə sığınacaq üçün müraciət etməyinizi açılmayacayıq.

Əgər pasport almağınızın heç bir digər yolu olmasa, müstəsna hallarda, Miqrasiya Agentliyi sizə əcnəbilər üçün müvəqqəti pasport verə bilər. Belə olan halda, əcnəbilər üçün müvəqqəti pasport vətəndaşı olduğunuz ölkəyə geri qayıtma səfəriniz ərzində etibarlı olacaq.

Səyahət üçün bilet

Siz qayıdış səfərinizi ödəməyə görə başlıca məsuliyyət daşıyırsınız. Əgər bunu etmək imkanınız yoxdursa, Miqrasiya Agentliyi biletinizi sifariş edə və ödəyə bilər.

Siz müraciətinizi geri götürə bilərsiniz

Siz hətta sığınacaq üçün müraciətinizə baxılmazdan əvvəl müraciətinizi geri götürə və könüllü surətdə vətəninizə qayıda bilərsiniz. Qeydiyyatdan keçdiyiniz qəbul məntəqəsində məsələnizə baxan əməkdaşla əlaqə saxlayaraq, qayıdış səfərinizin hazırlanmasında yardım əldə edə bilərsiniz.

Qayıdış üzrə dəstək

Qayıdış üçün hansı növ dəstəyə ehtiyacınız olduğunu qəbul məntəqəsinin əməkdaşına söyləyin. Siz, məsələn, İsveçdəki təşkilatlarla əlaqə saxlamaq üçün yardım ala bilərsiniz və onlar sizə vətəndaşı olduğunuz ölkədəki vəziyyət haqqında məlumat verə və ya qayıdış səfərinizlə bağlı məsləhət verə və dəstək göstərə bilər və ya qayıtdıqdan sonra dəstək almaq üçün vətəndaşı olduğunuz ölkədəki təşkilatlarla əlaqə saxlamaqda yardım edə bilər.

Əgər könüllü qayıdırsınızsa, bəzi hallarda, təkrar məskunlaşma dəstəyi üçün müraciət edə bilərsiniz.

Vətəninizə yenidən bərpa olunmaq ilə bağlı göstərilən maliyyə dəstəyi

Last updated: 2017-02-21

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.