Təkrar daxil olma qadağanı

Återreseförbud – azerbajdzjanska

Sizinlə bağlı qərarda müəyyən edilmiş müddət ərzində İsveçi tərk etmədiyiniz halda, ölkəyə təkrar daxil olmağınıza qadağan qoyula bilər. Belə halda, siz müəyyən dövr ərzində Şengen zonasının hər hansı ölkəsinə və ya Rumıniya, Bolqarıstan və Xorvatiyaya qayıda bilməzsiniz. İsveç Miqrasiya Agentliyi sizin könüllü surətdə İsveçi tərk edəcəyinizə inanmırsa, ölkəyə təkrar daxil olmağınıza qadağan qoyula bilər.

Əgər ölkəyə daxil olmaqla bağlı dərhal qüvvəyə minən qərar almısınızsa, sizə qarşı həmişə ölkəyə təkrar daxil olma qadağanı qoyulacaq.

Digər səbəblərə görə təkrar daxil olma qadağanı

Əgər İsveç Miqrasiya Agentliyi sizin könüllü surətdə İsveçi tərk edəcəyinizə inanmırsa, sizə qarşı beş ilə qədər dövr ərzində Şengen zonasını əhatə edən təkrar daxil olma qadağanı qoyula bilər. Məsələn, aşağıdakı hallarda ölkəyə təkrar daxil olmağınıza qadağan qoyula bilər:

  • əvvəllər gizlənmişsinizsə;
  • İsveçi tərk etmək niyyətinizin olmadığını söyləmişsinizsə;
  • saxta şəxsiyyəti təsdiq edən sənəddən istifadə etmişsinizsə və ya həqiqi şəxsiyyətinizi müəyyən etməkdə Miqrasiya Agentliyinə kömək etməmişsinizsə;
  • bilərəkdən yanlış məlumatlar təqdim etmiş və ya mühüm məlumatları gizlətmişsinizsə; və ya
  • həbslə cəzalandırıla bilən cinayət əməlləri törətmişsinizsə.

Əgər yuxarıda göstərilən səbəblərdən birinə görə ölkəyə təkrar daxil olmağınıza qadağan qoyulmuşsa, siz könüllü qayıtmaq müddətindən məhrum ediləcək və dərhal ölkəni tərk etməli olacaqsınız.

Könüllü qayıtmaq müddətindən məhrum edilmək, həmçinin o deməkdir ki, siz Miqrasiya Agentliyindən mənzil şəraiti və maliyyə dəstəyi almaq hüququndan məhrum olursunuz. (Uşaqlı ailələr İsveçi tərk edənə qədər gündəlik müavinətlərini ala və Miqrasiya Agentliyinin mənzillərində yaşaya bilərlər.)

Könüllü qayıtma müddətinə riayət edilməsi

Haqqınızda qərar qüvvəyə mindikdən sonra siz iki həftədən dörd həftəyədək müddət ərzində İsveçi tərk etməlisiniz. Nə qədər vaxtınızın qalması qərarınızda göstərilir.

Əgər müstəsna səbəbləriniz olarsa, sizə ölkəni tərk etmək üçün daha çox vaxt verilə bilər. Əgər daha çox vaxta ehtiyacınız olarsa, Müqrasiya Agentliyinə mümkün qədər tez məlumat verməlisiniz.

Ölkəni tərk etməzdən əvvəl Miqrasiya Agentliyi sizə getmə sübutu adlanan arayış verəcək. Ölkəni tərk etdiyinizi Miqrasiya Agentliyinə bildirmək üçün İsveç sərhəd nəzarəti məntəqəsini keçərkən bu arayışı təhvil verin. Əgər müəyyən səbəblərə görə arayışı təhvil verməsəniz, biletlərinizi və ya pasportunuzdakı möhürləri göstərərək, İsveçi vaxtında tərk etdiyinizi sübut edə bilərsiniz. Sərhəddi keçdiyinizə dair dəlilləri ən yaxın İsveç səfirliyinə və ya baş konsulluğuna təqdim edin və ya surətini çıxararaq İsveç Miqrasiya Agentliyinə poçtla göndərin. Əgər haqqınızda təkrar daxil olma qadağanı qoyulmasını istəmirsinizsə, İsveçi vaxtında tərk etdiyinizə dair sübut təqdim etmək üçün siz məsuliyyət daşıyırsınız.

Əgər İsveçi qərarınızda müəyyən edilmiş vaxt ərzində tərk etdiyinizi sübut edə bilsəniz, Miqrasiya Agentliyi təkrar daxil olma qadağanını geri götürə bilər.

Təkrar daxil olma qadağanından azad edilmə

İsveç Miqrasiya Agentliyi şəxsi hallarınızı nəzərə alaraq, təkrar daxil olma qadağanı qoymamağa qərar verə bilər. Bu, məsələn, Şengen zonasında yaşayış icazəsinə malik uşağınız olduqda, baş verə bilər.

Aşağıdakı ölkələr Şengen Sazişi ilə əhatə edilir

Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, ispaniya, İsveç və İsveçrə.

Last updated: 30 January 2017

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.