Əgər sizə qalmağa icazə verilərsə

Om du får stanna – azerbajdzjanska

Sığınacaqla bağlı ərizə ilə müraciət etmiş və yaşayış icazəsi almış şəxs Isveçdə yaşama və əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Bu səhifələrdə sığınacaq istəmiş və yaşayış icazəsi almış şəxslər üçün məlumat var. (Məlumatın bir qismi bütün dillərdə yoxdur).

Əgər Siz qaçqın kimi yaşayış icazəsi almısınızsa Sizin icazəniz üç (3) il ərzində qüvvədə olacaq.

Qaçqın kimi yaşayış icazəsi almaqla bağlı daha ətraflı oxuyun

Əgər Siz əlavə mudafiəyə ehtiyaci olan şəxs kimi yaşayış icazəsi almısınızsa sizə verilən icazə on üç (13) ay ərzində qüvvədə olacaq.

Əlavə mudafiəyə ehtiyaci olan şəxs kimi yaşayış icazəsi almaqla bağlı daha ətraflı oxuyun (ingilis dilində)

Əgər Siz daimi yaşayış icazəsi almısınızsa Isveçdə yaşadığınız müddət ərzində sizə verilən yaşayış icazəsi qüvvədə olaraq qalacaq.

Daimi yaşayış icazəsi haqqında daha ətraflı oxuyun

Əgər Siz qaçqın statusu ilə daimi və ya müvəqqəti yaşayış icazəsi almısınızsa ailənizlə təkrar birləşmə hüququna malik ola bilərsiniz.

Ailənizlə təkrar birləşmə imkanı haqqında daha ətraflı oxuyun

Əgər Sizin öz ölkənizdən pasport əldə etmək imkanınız yoxdursa Miqrasiya idarəsinin vasitəsi ilə pasportla bağlı ərizə ilə müraciət edə bilərsiz.

Əcnəbi pasportu haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Müvəqqəti əcnəbi pasportu haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Səyahət sənədi haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Müvəqqəti yaşayış icazəniz qüvvədən düşdükdən sonra Isveçdə qalmaq istəyirsinizsə icazənin müddətinin uzadilması ilə bağlı ərizə ilə müraciət etməlisiniz.

Kimlərin yaşayış icazəsinin müddətinin uzadılması hüququnun olması haqda daha ətraflı oxuyun (ingilis dilində)

Əgər sizə müvəqqəti yaşayış icazəsi verilibsə və Isveçdə əmək fəaliyyəti və ya sahibkarlıqla məşğul olub özünüzü maddi cəhətdən təmin edirsinizsə daimi yaşayış icazəsi ilə bağlı ərizə ilə müraciət edə bilərsiz.

Özünüzü maddi cəhətdən təmin etdikdə daimi yaşayış icazəsi ilə bağlı ərizə ilə müraciət etmək üçün hansı tələblərin olduğu haqda daha ətraflı oxuyun (ingilis dilində)

Last updated: 2017-10-17

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.