Ailə birləşməsi

Familjeåterförening – azerbajdzjanska

Ailəniz üçün İsveçə gəlib sizinlə bərabər yaşamaq imkanı, sizə verilən yaşayış icazəsinin və qoruyucu statusun növündən asılıdır. Əgər sizin ailə birləşməsinə hüququnuz varsa siz özünüzü və ailə uzvünüzü maddi baxımdan təmin etmək tələbinin objekti ola bilərsiniz.

Hətta siz İsveçdə yaşama icazəsi alsanız belə, bu o demək deyil ki, sizin ailəniz İsveçə köçə bilər. Əgər sizə daimi yaşama icazəsi və ya qaçqınlıq statusu verilibsə, sizin ailəniz İsveçdə sizinlə bərabər yaşamaq üçün yaşama icazəsini əldə etməklə bağlı ərizə ilə müraciət edə bilər. Əlavə qoruyucu status aldığınız halda isə ailənizin İsveçə sizin yanınıza köçub yaşaması ehtimalı olduqca azdır.

Kimin ailə birləşməsinə hüququ var?

Ailə birləşməsinə hüququnuzun olub olmaması sizə verilən qoruyucu statusun növündən və bəzi hallarda sığınacaq istəməklə bağlı ərizə ilə nə vaxt müraciət etməyinizdən asılıdır.

Sizin ailəniz sizinlə İsveçdə bərabər yaşamaq üçün yaşama icazəsinin alınması ilə bağlı aşağıdakı hallarda ərizə ilə müraciət edə bilər:

  • əgər siz daimi yaşama icazəsi almısınızsa
  • əgər siz qaçqın kimi qoruyucu status almısınızsa
  • əgər sizə əlavə qorunmağa ehtiyacı olan şəxs kimi qoruyucu status verilibsə, və əgər sığınacağın verilməsi ilə bağlı ərizə ilə 2015- ci ilin 24 noyabrından gec olmamaq şərti ilə müraciət etmisinizsə.

Əgər siz əlavə qorunmağa ehtiyacı olan şəxs kimi qoruyucu status almısınızsa və yaşama icazəsi ilə bağlı 2015- ci ilin 24 noyabrından sonra müraciət etmisinizə yalnız müstəsna hallarda ailə birləşməsinə hüququnuz ola bilər.

Ancaq ən yaxın ailə üzvləriniz İsveçə sizin yanınıza köçüb sizinlə bərabər yaşaya bilərlər

Ər, arvad, qeydiyyatdan keçmiş və ya vətəndaş nikahında olan cütlüklər və 18 yaşından aşağı olan şəxslər ailə üzvləri hesab olunur. Müvəqqəti yaşama icazəsi aldığınız halda digər qohumlarınız və 18 yaşı tamam olmuş uşaqlarınız Isveçə Sizin yanınıza köçə bilməzlər. 18 yaşınız tamam olmayıbsa ən yaxın qohumlar valideynlər hesab olunur.

Sizin ilə İsveçdə evlilik və ya vətəndaş nikahında bərabər yaşamağı planlaşdıran şəxs də sizin yanınıza Isveçə köçüb və sizinlə bərabər yaşamaq üçün yaşama icazəsini əldə etməklə bağlı ərizə ilə müraciət edə bilər.

Əgər sizə müvəqqəti yaşama icazəsi verilibsə, sizinlə evlilik və ya vətəndaş nikahında bərabər yaşamağı planlaşdıran şəxsin yaşama icazəsini əldə etməsi üçün həm sizin həm də onun ən azı 21 yaşı olmalıdır. Siz həmçinin İsveçə köçməzdən əvvəl bərabər yaşamiş olmalısız. Ümumi uşaqlarınızın olduğu halda yaş tələbi ilə bağlı istisnalar ola bilər.

Sizin yaşama icazənizin qüvvədə olduğu müddət üçün ailə üzvlərinizə yaşama icazəsi verilə bilər.

Maddi baxımdan özünüzu və qohumunuzu təmin etmə tələbi

Əgər ailə birləşməsinə hüququnuz varsa, siz maddi baxımdan özünüzü təmin etmə tələbinin obyekti ola bilərsiniz. Bu o deməkdir ki, siz özünüzü və ailənizi maddi baxımdan təmin etmək iqtidarında olmalısız. Sizin ailənizin İsveçə köçdükdən sonra bərabər yaşayacağınız ev və ya mənziliniz kifayət qədər geniş və standartlara uyğun olmalıdır.

Özünüzü maddi baxımdan təmin etmə

Əmək fəaliyyəti ilə bağlı mütəmadi gəlirlərinizin olduğunu və özünüzü həmçinin də yaşama icazəsini əldə etmək üçün ərizə ilə müraciət edən qohumlarınızı maddi baxımdan təmin etmək iqtidarında olduğunuzu sübut etməlisiniz. Aşağıda göstərilənlər əmək fəaliyyəti ilə bağlı gəlirlər kimi hesab oluna bilər

  • Əmək haqqı
  • Işsizliklə bağlı alınan müavinət
  • Xəstəliklə bağlı alınan müavinət
  • Gəlirlərə əsaslanan yaş ilə bağlı pensiya

Ailə üzvləriniz yaşama icazəsi ilə bağlı müraciət etdikdə özünüzü və onları maddi baxımdan təmin etməlisiz. Məhz buna görə də gəlirlərinizlə bağlı olan tələblərə cavab verməlisiz.

Gəliriniz

Özünüzü və ailə üzvlərinizi təmin etməyinizlə bağlı olan tələblərə cavab vermək üçün gəlirlərinizin nə qədər olması ailə üzvlərinin sayından və çıxarlarınızdan asılıdır. Sizin gəlirləriniz xərclərinizi çıxdıqdan sonra normal məbləğə uyğun olmalıdır. Bu o deməkdir ki, hər ay ev kirayəsini ödədikdən sonra sizin qidaya, paltara, telefona, işığa, sıgortalara və digər müvəqqəti ehtiyacları ödəyəcək kiçik xərclərə imkanınız çatmalıdır.

2018-cı il ücün normal məbləğ kimi aşağıdakılar hesab olunur:

  • 4814 kron tək yaşayan böyük üçün
  • 7952 kron bərabər yaşayan evli və ya vətəndaş nikahında yaşayan şəxslər üçün
  • 2554 kron 6 yaşına qədər uşaqlar üçün
  • 2940 kron 7 yaşlı və 7 yaşdan yuxarı olan uşaqlar və yaşlılar üçün

Yaşayacağınız ev və ya mənzil

Özünüzün və ailənizin yaşayacağı kifayət qədər böyük ölçülü və standartlara uyğun olan yaşayış yeriniz olmalıdır. Uşaqları olmayan iki böyük üçün bir mətbəx və ya qonaq otağının bir hissəsində yerləşən mini-mətbəx və ən azı bir otaq kifayət qədər böyük ölçülü ev hesab olunur. Əgər evdə uşaq yaşayacaqsa otağların sayı artıq olmalıdır. İki uşaq bir yataq otağında yerləşdirilə bilər.

Sub-icarə şəraitində mənzil kirayələmək mümkündür, amma kirayəyə mülkədarın, kirayə haqqlarının ödənişi məsələləri ilə məşğul olan məhkəmənin və mənzil kooperativinin razılığı olmalıdır.

Ailəniz İsveçə köçdükdə mənzildən istifadə etmək imkanınız olmalıdır.

Özünüzu və ailə üzvlərinizi maddi baxımdan təmin etmə tələbindən istisnalar

Buna baxmayaraq özünüzü ve ailənizi maddi baxımdan təmin etmə və yaşayış yeri ilə bağlı tələblər aşağıdakı hallarda tətbiq olunmur

  • Əgər siz 18 yaşına çatmamısınızsa
  • Əgər Siz qaçqın və ya alternativ səbəblər üzrə qorunmağa ehtiyacı olan şəxssinizsə və ailə üzvləriniz yaşama icazəsi almaq üçün sizin yaşama icazəsini aldığınızdan sonra üç ay müddətində müraciət edirlərsə. Bu qayda ailə üzvünüzün əriniz, arvadınız, qeydiyyatdan keçmiş və ya vətəndaş nikahında yaşayan şəxs və ya 18 yaşından aşağı olan uşaq olduğu və Sizin onlarla Avropa İttifaqının daxilində olan ölkələrin hansındasa ailə birləşməniz mümkün olmadığı hallarda şamil olunur. Sizin və bərabər yaşayacağınız şəxsin münasibətləri davamlı olmalıdır. Əgər münasibətlər ölkə xaricində yaranıbsa münasibətləriniz evli və ya vətəndaş nikahında yaşadığınız halda davamlı sayılır. Ölkə daxili ərizə ilə müraciət etdikdə münasibətləriniz Isveçdə qanuni şəkıldə yaşadığınız müddətdə yaranmış olmalıdır
  • Sığınacaq istəməklə bağlı ərizə ilə 2016 -cı ilin 20 iyulunda və ya bu tarixdən əvvəl müraciət edən ailə üzvünüzün olduğu halda
  • Yaşama icazəsinin müddətinin uzadılması ilə bağlı ərizə ilə müraciət etmiş ailə üzvünüzün olduğu halda.

Vətəndaş nikahı dedikdə evli olmadan bərabər yaşayan cütlüklər nəzərdə tutulur.

Ailə əlaqələri və özünüzü maddi baxımdan təmin etmək tələbi ilə bağlı anket

Sizin ailə üzvünüz sizinlə bərabər İsveçdə yaşamaq üçün yaşama icazəsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra, siz ailə əlaqələriniz haqda anket dolduracaqsınız. Əgər özünüzü və ailə üzvlərinizi maddi baxımdan təmin etmək tələbi sizə şamil olunursa, siz özünüzü və yaşama icazəsi almaq üçün ərizə ilə müraciət edən qohumlarınızı maddi cəhətdən təmin edə biləcəyinizi və yaşayacağınız ev və ya mənzilin kifayət qədər geniş və standartlara uyğun olduğunu sübuta yetirməlisiniz. Qohumunuzun ərizəsi ilə bağlı Miqrasiya Xidməti tərəfindən qərar çıxarılması üçün Sizin cavablarınız və anketi sizə verilən zaman çərçivəsində cavablandırmağınız çox vacibdir.

Əgər siz maddi baxımdan özunüzü və qohumlarınızı təmin etmək və yasayış yeri ilə bağlı olan tələblərə cavab vermirsinizsə sizin ailəniz yaşama icazəsi ilə bağlı verilən ərizələrinə rədd cavabı alacaq.

Əgər daimi işiniz və uzun müddətə bağlanmış ev kirayəsi müqaviləniz yoxdursa ailənizin ərizəsinə baxdıqda siz maddi baxımdan təmin etmə tələbinə cavab verdiyinizi bir daha sübuta yetirməli olacaqsınız.

Ərizə ilə vaxtında müraciət etməyiniz vacibdir

Əgər ailəniz sizin yaşama icazənizi aldıqdan sonra üç ay ərzində yaşama icazəsinin alınması üçün ərizə ilə müraciət edirsə, özünüzü və ailənizi maddi baxımdan təmin etmə tələbi sizə şamil olunmur. Məhz buna görə ərizə ilə vaxtında müraciət etməlisiniz.

Ərizənin tezliklə daxil olmasına əmin olmaq üçün ən optimal variant ailənizin numayəndəsi kimi internet vasitəsilə ərizə ilə müraciət etməkdir. Ailənizin nümayəndəsi kimi ərizə ilə ailənin əvəzinə müraciət etdikdə sizə etibarnamə verilməlidir. Miqrasiya Xidməti ərizənizi qeydiyyatdan keçirdikdən sonra ailənizə İsveç səfirliyində və ya Baş Konsulluğda görüş üçün qəbula yazılmaq təklif olunacaq.

Ailəniz üçün yaşama icazəsi ilə bağlı olan internet-anketə keçin

Ailəniz üçün yaşama icazəsi ilə bağlı ərizə ilə hansı qaydada müraciət edəcəyiniz barədə oxuyun

Etibarnamə nədir?

Yaşama icazəsinin alınması ilə bağlı ərizə ilə müraciət edən şəxs tərəfindən onun maraqlarını təmsil etmək səlahiyyətini digər bir şəxsə verilməsinə dair olan imzalanmış yazılı sənədə etibarnamə deyilir. Məsələn etibarnamə digər bir şəxsin əvəzinə yaşama icazəsinin verilməsi üçün ərizə ilə müraciət etmək, çıxarılan qərarın səbəbləri haqda məlumat almaq və ya şikayət işi qaldırmaq kimi səlahiyyətləri vermiş olur. Etibarnamə öz səlahiyyətlərini digər bir şəxsə həvalə edən şəxs tərəfindən yazılmalı və Miqrasiya Xidmətinin tələb etdiyi halda orijinal formada təqdim olunmalıdır.

Digər bir səxsə etibarnamə verdikdə Dövlət Miqrasiya Xidmətinə

  • sənədin etibarnamə olması
  • ad, doğum tarixi və etibarnaməni verən şəxsin ünvanı
  • etibarnaməni alan şəxsə hansı hüquqlarin verilməsi
  • etibarnaməni alan şəxsin adı, İsveç identifikasiya nömrəsi və ünvanı
  • etibarnaməni verən şəxsin imzası
  • etibarnamənin harada və hansı tarixdə imzalanması haqda məktub təqdim olunmalıdır.

Ərizəni yoxlayın

Ailə üzvünüz ərizə ilə müraciət etdikdən sonra iş və ya təyin etmə nömrəsi əldə etmiş olur. Bu nömrə vasitəsi ilə ərizənin Miqrasiya Xidməti tətfindən qeydiyyatdan keçib keçməməsini və ya qərarın çıxarılıb-çıxarılmamasını yoxlaya bilərsiniz.

Ərizəni yoxlayın

Last updated: 8 February 2018

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.