Müdafiə statusu

Skyddsstatus – azerbajdzjanska

İsveç BMT-nin Qaçqınlar haqqında Konvensiyasını imzalamışdır. Konvensiyaya görə qaçqınların rəsmi tanınmış qaçqın statusu almaq hüququ var.

İsveçin Əcnəbilər haqqında Qanunu həmçinin, müdafiəyə ehtiyacı olduğuna görə yaşayış icazəsi alan hər kəsə rəsmi status hüququ verən Aİ Kvalifikasiya Direktivini əsas götürür.

Əgər qaçqın hesab edilirsinizsə, sizə Cenevrə Konvensiyasında və Aİ Kvalifikasiya Direktivində müəyyən edilmiş qaydalar əsasında beynəlxalq səviyyədə tanınmış status – qaçqın statusu bəyannaməsi veriləcək.

Əgər yardımçı müdafiəyə ehtiyacı olan şəxs hesab edilirsinizsə, sizə Aİ Kvalifikasiya Direktivində müəyyən edilmiş qaydalar əsasında beynəlxalq səviyyədə tanınmış status – yardımçı müdafiə statusu bəyannaməsi veriləcək.

Başqa şəkildə müdafiəyə ehtiyacı olan şəxs kimi, müdafiə statusunun üçüncü növü vardır. Bu status yalnız İsveçdə tətbiq olunur və ümumi bir qayda olaraq, 20 iyul 2016-ci ildən sonra istifadə edilmir. 20 iyul 2016-cı ildə qüvvəyə minmiş qanuna görə bu müdafiə statusu yalnız 24 noyabr 2015-ci il tarixində və ya əvvəl sığınacaq üçün müraciət etmiş uşaqlara və uşaqlı ailələrə verilə bilər, o şərtlə ki, qərarın verildiyi tarixdə uşağın yaşı hələ də 18-dən azdır.

Daimi və ya müvəqqəti yaşayış icazəsi

20 iyul 2016-cı ildən əvvəl qaçqın, yardımçı müdafiəyə ehtiyacı olan şəxs və ya başqa şəkildə müdafiəyə ehtiyacı olan şəxs kimi yaşayış icazəsi verilmiş hər kəs daimi yaşayış icazəsi alıb.

Qaçqın hesab edilən və 20 iyul 2016-cı ildən sonra qərar alan hər kəsə üç il qüvvədə olan müvəqqəti yaşayış icazəsi verilir.

Yardımçı müdafiəyə ehtiyacı olan şəxs hesab edilən və 20 iyul 2016-cı ildən sonra qərar alan hər kəsə 13 ay qüvvədə olan müvəqqəti yaşayış icazəsi veriləcək. 

Daimi yaşayış icazələri haqqında daha ətraflı oxuyun

Üç il qüvvədə olan müvəqqəti yaşayış icazələri haqqında daha ətraflı oxuyun

13 ay qüvvədə olan müvəqqəti yaşayış icazələri haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Yaşayış icazəsi aldıqdan sonra xüsusi status üçün müraciət

Əgər sizə İsveçdə yaşayış icazəsi verilmiş, lakin rəsmi status bəyannaməniz yoxdursa, siz bundan sonra status üçün müraciət edə bilərsiniz. Bu həmçinin o halda tətbiq edilir ki, sizə başqa şəkildə müdafiəyə ehtiyacı olan şəxs statusu verilmişdir, lakin siz statusunuzu yardımçı müdafiəyə ehtiyacı olan şəxs və ya qaçqın statusuna dəyişmək istəyirsiniz, həmçinin sizə yardımçı müdafiəyə ehtiyacı olan şəxs statusu verilmişdir, lakin siz statusunuzu qaçqın statusuna dəyişmək istəyirsiniz.

Sz yaşayış icazəsini aldıqdan sonra, forma nömrə 158011, Müdafiə statusu üçün müraciət formasını dolduraraq, status bəyannaməsi üçün müraciət edirsiniz.

Müdafiə statusu üçün müraciət, forma nömrə 158011 (isveç dilində)PDF

Status bəyannaməsindən şikayət verilməsi

Status bəyannaməsindən şikayət yaşayış icazəsi haqqında qərardan ayrı-ayrılıqda verilə bilər. Bu o deməkdir ki, hətta yaşayış icazəsi almış şəxs ona hər hansı rəsmi status verilməməsi qərarından şikayət verə bilər.

Necə şikayət verilməsi haqqında daha ətraflı oxuyun

Statusunuz geri götürülə bilər

Müdafiə statusunuz, məsələn, əgər müdafiəyə artıq ehtiyacınız yoxdursa, geri götürülə bilər. Lakin bunun üçün, sizə müəyyən müdafiə statusunun verilməsinə səbəb olmuş halların artıq mövcud olmamasını və ya əhəmiyyətli dərəcədə və həmişəlik dəyişilməsini tələb edilir.

Qaçqın statusunuz həmçinin, məsələn, yeni milli pasport üçün müraciət etməklə və ya Miqrasiya Agentliyindən köhnə pasportunuzu sizə qaytarılmağını istəməklə, vətəninizdə sizə təqdim edilmiş müdafiədən istifadə etmək niyyətində olduğunuz halda geri götürülə bilər .

Statusunuzun geri götürülməsi, mütləq mənada yaşayış icazənizə təsir edəcəyi anlamına gəlmir. Bununla belə, əgər statusunuz geri götürülmüşsə, səyahət sənədiniz olduğu təqdirdə, onu geri qaytarmalı olacaqsınız. 

Qaçqınlar üzrə Konvensiya haqqında daha ətraflı oxuyun (ingilis dilində)external link, opens in new window

Əcnəbilər haqqında Qanunu oxuyun (ingilis dilində)external link, opens in new window

Kvalifikasiya Direktivini oxuyunexternal link, opens in new window

Last updated: 13 September 2019

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.