Qaçqın statusu verilmiş şəxslər üçün yaşayış icazələri

Uppehållstillstånd för dig som har fått status som flykting – azerbajdzjanska

Əgər sizə qaçqın statusu verilibsə, üç illik yaşayış icazəsi veriləcək. Əgər yaşayış icazənizin etibarlıq müddəti bbitdikdə özünüzü saxlamaq imkanınız varsa, sizə daimi yaşayış icazəsi verilə bilər.

Müvəqqəti yaşayış icazəsi sizə üç il ərzində İsveçdə yaşamaq və işləmək icazəsi verir. Həmin müddət ərzində siz daimi yaşayış icazəsi olan şəxsə aid edilən eyni tibbi xidmət hüququna maliksiniz.

Sizə yaşayış icazənizin olduğunu sübut edən yaşayış icazəsi kartı veriləcək. Bu kart şəxsiyyəti təsdiq edən və ya səyahət sənədi deyil. Siz icazəniz qüvvədə olduğu müddətdə ölkə daxilində və xaricə səyahət edə bilərsiniz, lakin siz İsveçi tərk etdiyinizdə, ölkəyə təkrar daxil olmaq üçün etibarlı pasportunuz və yaşayış icazəsi kartınız olmalıdır.

Yaşayış icazəsi kartları haqqında daha ətraflı oxuyun

Əhali reyestrində qeydiyyat

Daimi yaşayış icazəsi aldıqdan sonra mümkün qədər qısa müddətdə İsveç Vergi Agentliyinin (Skatteverket) əhali reyestrində qeydiyyatdan keçməlisiniz. Mühacirlər üçün İsveç dili (sfi) dərslərinə yazılmazdan və İsveç sosial müdafiə sisteminin faydalarından istifadə hüququ əldə etməzdən əvvəl qeydiyyat tələb olunur. Əhali reyestrində qeydiyyatdan keçdikdən sonra siz həmçinin İsveç şəxsiyyət vəsiqəsini də ala bilərsiniz, o, məsələn, bank hesabı açmaq üçün zəruridir.

Əhali reyestrində qeydiyyatdan keçmək üçün siz İsveç Vergi Agentliyinə getməlisiniz. Orada sizin harada yaşadığınız, ailə vəziyyətiniz (evli olub olmadığınız), vətəndaşlığınız və doğum yeriniz qeydə alınacaq. Vergi Agentliyinə gedərkən, yaşayış icazəsi kartınızı və şəxsiyyətinizi təsdiq edən etibarlı sənədi götürməlisiniz. Əgər şəxsiyyətinizi təsdiq edən sənəd İsveç Miqrasiya Agentliyində saxlanılıbsa, onun surətini istəyə bilərsiniz. Sənədin surəti sənədin əsli ilə eyni olduğunu təsdiq edən şəxs tərəfindən imzalanmalıdır. Bu şəxs həmçinin öz adını böyük hərflərlə yazmalı və onların telefon nömrəsini verməlidir.

İsveç Vergi Agentliyində əhalinin qeydiyyatı üzrə məlumat (ingilis dilində)external link, opens in new window

Bərpa olunmaq fəaliyyəti

Əgər sizə bu yaxınlarda İsveçdə yaşayış icazəsi verilmişdirsə və sizin işləmək hüququnuz varsa, siz iş yeri tapmaq məqsədilə bərpa olunmaq fəaliyyəti hüququna malik ola bilərsiniz. Bərpa olunmaq fəaliyyəti İsveç dilini öyrənmək, iş yeri tapmaq və öz dəstəyinin idarə edilməsi kimi işlərdə sizə dəstək göstərən fəaliyyətdir. Arbetsförmedlingen, İsveç Dövlət Məşğulluq Xidməti, İsveçdə bərpa olunmaq fəaliyyəti və iş axtaranlar üçün cavabdehdir. Siz bir neçə dildə mövcud olan daha çox məlumatı Arbetsförmedlingen internet saytında tapa bilərsiniz.

Bərpa olunmaq fəaliyyəti barədə məlumat Arbetsförmedlingen internet saytında (ingilis dilində)external link, opens in new window

İsveçdə işləmək

Əgər sizə əmək fəaliyyəti ilə bağlı üc illik müvəqqəti yaşayış icazəsi verilibsə Isvecdə işləyə bilərsiniz. Əgər müvəqqəti yaşayış icazənizin etibarlıq müddəti bitdiyi zaman özünüzu maddi cəhətdən təmin etmək üçün bir işiniz varsa daimi yaşayış icazəsinin alınması üçün ərizə ilə müraciət etmək imkanınız var.

İş üçün müraciət edərkən siz İsveçdə yaşamaq və işləmək hüququnuz olduğunu göstərən sənədlərin surətini gətirməlisiniz. Həmçinin yaşayış icazəsi kartınızı özünüzlə götürün. İşəgötürən sizə hansı vaxta qədər İsveçdə işləmək icazəsi verildiyini və İsveçdə işləmək icazənizə hər hansı məhdudiyyət tətbiq edilib edilmədiyini öyrənmək istəyəcək. İşəgötürən sənədlərinizin surətini istəyəcək və sizin işə qəbul edildiyiniz barədə İsveç Vergi Agentliyinə məlumat verəcək.

Ailənin yenidən birləşməsi

Əgər sizə qaçqın statusu verilmişsə, ailəniz sizinlə birlikdə İsveçdə yaşaya bilmək üçün yaşayış icazəsi üçün müraciət edə bilər. Yalnız əriniz, arvadınız, qeydiyyatdan keçmiş partnyorunuz və ya mülki həyat yoldaşınız və ya 18 yaşına çatmamış övladlarınız yaşayış icazəsi üçün müraciət edə bilər. Siz və partnyorunuz ən az 21 yaşında olmalısınız. Siz həmçinin İsveçə köçməzdən əvvəl birlikdə yaşamış olmalısınız. Əgər birgə övladlarınız varsa, yaş tələbi istisna edilə bilər. Ailəniz sizə verilmiş icazənin etibarlı olduğu müddətlə eyni müddətə yaşayış icazəsi ala bilər.

Əgər sizə ailənin yenidən birləşməsi hüququ verilmişsə, sizə təminat tələbi adlanan qayda tətbiq edilə bilər. Bu o deməkdir ki, siz özünüzü və ailənizi saxlaya bilməlisiniz. Sizin həmçinin, ailəniz İsveçə köçdükdən sonra birlikdə yaşaya bilməniz üçün, kifayət qədər böyüklükdə və müvafiq standarta uyğun eviniz olmalıdır.

Ailənin yenidən birləşməsi və təminat tələbi haqqında daha ətraflı oxuyun

Yaşayış icazəsi geri götürülə bilər

Yaşayış icazəniz həmçinin, yaşayış icazəsi üçün müraciət zamanı şəxsiyyətinizə dair saxta məlumat verdiyiniz və ya yaşayış icazəniz üçün bilərəkdən yalan söylədiyiniz və ya çox mühüm məlumatı demədiyiniz hallarda da geri götürülə bilər. Əgər cinayət törətməyə görə məhkum edilsəniz, məhkəmə deportasiya edilməyiniz haqqında qərar verə bilər. Bundan sonra, Miqrasiya Agentliyi yaşayış icazənizi geri götürəcək. Hətta bir neçə illik müddətə icazəniz olduğu halda belə, yaşayış icazəniz geri götürülə bilər.

Müvəqqəti yaşayış icazəsinin uzadılması

Müvəqqəti yaşayış icazəsinin etibarlıq müddəti sona catdiqda icazənin müddətinin uzadılması ilə bağlı ərizə ilə müraciət edə bilərsiniz. Əgər hələ də müdafiəyə ehtiyacınız varsa yaşayış icazəsinin müddəti uzadıla bilər. Isvecdə qalmaq üçün digər səbəbləriniz varsa bəzi hallarda sizə yaşayiş icazəsi verilə bilər.

Yaşayış icazəsinin müddətinin uzadılması haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Şikayətlər

Müvəqqəti yaşayış icazəsi haqqında qərardan şikayət vermək mümkün deyil.

Yaşayış icazəsi ilə İsveçə yeni köçənlər üçün məlumat

UR Nyanländ (UR Isveçə yenicə gəlmiş)external link, opens in new window Isveçdəki haqqlarınız və öhdəliklərinizə dair olan bir proqramlar seriyasıdır.

Istehlakçı agentliyinin məlumat xidmətiexternal link, opens in new window alış və sazişlərlə bağlı olan suallarınıza dair sizə məsləhət verə bilər.

Bəzi bələdiyyələrdə mənzil axtara biləcəyiniz bələdiyyə mənzil agentlikləri mövcuddur. Bələdiyyə sizə həmçinin şəxsi ev sahibləri haqqında məsləhət verə bilər.

Əgət yaşınız 18 və daha çoxdursa, evinizi ev əşyaları ilə təchiz etmək məqsədilə, kredit üçün müraciət edə bilərsiniz. www.csn.seexternal link, opens in new window

Yaşadığınız bələdiyyə uşaq qayğısı və uşaqlar üçün məktəb təklif edəcək.

Mühacirlər üçün İsveç dili (sfi) dərsləri haqqında sullarla bağlı yaşadığınız bələdiyyəyə müraciət etməlisiniz. Həmçinin bu vebsayta baxın Sveriges kommuner och landsting.external link, opens in new window

Əgər iş axtarırsınızsa, burada qeydiyyatdan keçə bilərsiniz Arbetsförmedlingen.external link, opens in new window

Səhiyyə sistemi ilə bağlı məsələlər üçün Landstinq ilə və ya yaşadığınız rayon ilə əlaqə saxlayın. "1177 Vårdguiden" (tibbi xidmət təlimatlarının internet səhifəsi vasitəsi ilə) ölkədə müalicə almaq uçun müraciət edə bilərsiniz.external link, opens in new window

Kollec və universitetdə təhsil haqqında məlumatları burada tapmaq olar Antagning.seexternal link və ya studera.nu.external link, opens in new window

Tələbələrin maliyyələşdirilməsi haqqında suallarla bağlı bura baxın CSN, Centrala studiestödsnämnden.external link, opens in new window

Sürücülük vəsiqəsi haqqında suallarla bağlı bura baxın Swedish Transport Agency.external link, opens in new window

Səsvermə hüquqları haqda suallarla bağlı bura ilə əlaqə saxlayın Valmyndigheten.external link, opens in new window

İsveç Milli Təhsil Agentliyinin (Skolverket) İsveç məktəbləri haqqında məlumatları burada tapa bilərsiniz Skolverket nyanländaexternal link, opens in new window

İsveç cəmiyyəti haqqında müxtəlif dillərdə məlumatları burada tapa bilərsiniz Information om Sverige.external link, opens in new window

Isveç cəmiyyəti haqqında əlavə məlumat üçün Isveç institutunun (Svenska institutet) internet səhifəsinə daxil olun.external link, opens in new window

Müstəqil şəkildə isveç dilini öyrənmək istəyirsinizsə www.informationsverige.se/Engelska/lara-svenska/Pages/Lara-svenska.aspxexternal link, opens in new window internet səhifəsinə müxtəlif proqramların linklərini əldə edə bilərsiniz.

Last updated: 4 June 2019

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.