Sığınacaq axtaranlar üçün daimi yaşayış icazəsi

Permanent uppehållstillstånd för asylsökande – azerbajdzjanska

Əgər sizə daimi yaşayış icazəsi verilmişsə, sizin İsveçdə yaşayan hər bir şəxs kimi eyni şərtlər əsasında burada yaşamaq və işləmək hüququnuz var.

Daimi yaşayış icazəniz İsveçdə yaşadığınız müddət ərzində etibarlıdır. Sizə yaşayış icazənizin olduğunu sübut edən yaşayış icazəsi kartı veriləcək. Kart şəxsiyyəti təsdiq edən və ya səyahət sənədi deyil. Siz ölkə daxilində və xaricə səyahət edə bilərsiniz, lakin İsveçi tərk etdikdə, ölkəyə təkrar daxil olmaq üçün etibarlı pasportunuz və yaşayış icazəsi kartınız olmalıdır. Siz həmçinin sizə daimi yaşayış icazəsinin verildiyi haqqında qərara dair bildirişi də saxlamalısınız. Digər hökümət idarələri ilə əlaqə saxlamaq ehtiyacınız varsa, bu, sizin üçün faydalı ola bilər.

Yaşayış icazəsinin uzadılması üçün müraciət etməyə ehtiyac yoxdur, lakin yaşayış icazəsi kartı yalnız beş il ərzində etibarlıdır. Yeni yaşayış icazəsi kartı almaq üçün siz İsveç Miqrasiya Agentliyinə getməlisiniz və orada yenidən fotoşəkliniz çəkilməli və barmaq izləriniz götürülməlidir.

Yaşayış icazəsi kartları haqqında daha ətraflı oxuyun

Əhali reyestrində qeydiyyat

Daimi yaşayış icazəsi aldıqdan sonra mümkün qədər qısa müddətdə İsveç Vergi Agentliyinin (Skatteverket) əhali reyestrində qeydiyyatdan keçməlisiniz. Mühacirlər üçün İsveç dili (sfi) dərslərinə yazılmazdan və İsveç sosial müdafiə sisteminin faydalarından istifadə etmək hüququ əldə etməzdən əvvəl əhali qeydiyyatı tələb olunur. Əhali reyestrində qeydiyyatdan keçdikdən sonra, siz həmçinin İsveç şəxsiyyət vəsiqəsini ala bilərsiniz, hansı ki, sizə məsələn, bank hesabı açmaq istədiyinizdə lazım olacaq.

Əhali reyestrində qeydiyyatdan keçmək üçün siz İsveç Vergi Agentliyinə getməlisiniz. Orada sizin harada yaşadığınız, ailə vəziyyətiniz (evli olub olmadığınız), vətəndaşlığınız və doğum yeriniz qeydə alınacaq. İsveç Vergi Agentliyinə gedərkən yaşayış icazəsi kartınızı, həmçinin şəxsiyyətinizi təsdiq edən etibarlı sənədi götürməlisiniz Əgər şəxsiyyətinizi təsdiq edən sənəd İsveç Miqrasiya Agentliyində saxlanılıbsa, onun surətini istəyə bilərsiniz. Sənədin surəti sənədin əsli ilə eyni olduğunu təsdiq edən şəxs tərəfindən imzalanmalıdır. Bu şəxs həmçinin öz adını böyük hərflərlə yazmalı və onların telefon nömrəsini verməlidir.

İsveç Vergi Agentliyində əhalinin qeydiyyatı üzrə məlumat (ingilis dilində)external link, opens in new window

Bərpa olunmaq fəaliyyəti

Əgər sizə bu yaxınlarda İsveçdə yaşayış icazəsi verilmişdirsə və sizin işləmək hüququnuz varsa, siz iş yeri tapmaq məqsədilə bərpa olunmaq fəaliyyəti hüququna malik ola bilərsiniz. Bərpa olunmaq fəaliyyəti İsveç dilini öyrənmək, iş yeri tapmaq və öz dəstəyinin idarə edilməsi kimi işlərdə sizə dəstək göstərən fəaliyyətdir. Arbetsförmedlingen, İsveç Dövlət Məşğulluq Xidməti, İsveçdə bərpa olunmaq fəaliyyəti və iş axtaranlar üçün cavabdehdir. Siz bir neçə dildə mövcud olan daha çox məlumatı Arbetsförmedlingen internet saytında tapa bilərsiniz.

Bərpa olunmaq fəaliyyəti barədə məlumat Arbetsförmedlingen internet saytında (ingilis dilində)external link, opens in new window

İsçilik ofisi sizə 65 yaşiniz tamam olana qədər İş axtarmağınızda yardım edə bilər, İsveçdə əməklilik yaşı adətən 65 yaşındadır. İsveçə yaşlarının gec vaxtında gələn insanlar çox vaxt az məbləğdə əməklilik haqqi alırlar ya da heç bir əməklilik haqqı almırlarlar. Yaşayışınıza yetərli bir əməkli ayliğınız yoxdursa, onda Əməklilik Təşkilatına (Pensionmyndigheten) baş vurub yaşlılık yardımı (äldreförsörjning) üçün müraaciətdə buluna bilərsiniz.

Əməklilik Təşkilatında (Pensionsmyndigheten) yaşlılara qayğı dəstəyi haqqında oxuyun (İsveç dilində)external link, opens in new window

Ailənin yenidən birləşməsi

Əgər sizə daimi yaşayış icazəsi verilmişsə, sizinlə birlikdə İsveçdə yaşaya bilmək məqsədilə, ailəniz yaşayış icazəsi üçün müraciət edə bilər.

Sizə təminat tələbi adlanan qayda tətbiq edilə bilər. Bu o deməkdir ki, siz özünüzü və ailənizi saxlaya bilməlisiniz. Sizin həmçinin, ailəniz İsveçə köçdükdən sonra birlikdə yaşaya bilməyiniz üçün, kifayət qədər böyüklükdə və müvafiq standarta uyğun eviniz olmalıdır.

Ailənin yenidən birləşməsi və təminat tələbi haqqında daha ətraflı oxuyun

Yaşayış icazəsi geri götürülə bilər

İsveçi tərk etdiyiniz halda, daimi yaşayış icazəniz geri götürülə bilər. Miqrasiya Agentliyinə daimi yaşayış icazənizi saxlamaq istədiyinizi bildirdiyiniz halda, icazənizə təsir etmədən maksimum iki ilə qədər xaricdə yaşaya bilərsiniz.

İki ildən sonra İsveçə qayıtmasanız, Miqrasiya Agentliyi yaşayış icazənizi geri götürə bilər. Yaşayış icazəniz həmçinin, yaşayış icazəsi üçün müraciət zamanı şəxsiyyətinizə dair saxta məlumat verdiyiniz və ya yaşayış icazəniz üçün bilərəkdən yalan söylədiyiniz və ya çox mühüm məlumatı demədiyiniz hallarda da geri götürülə bilər. Əgər cinayət törətməyə görə məhkum edilsəniz, məhkəmə deportasiya edilməyiniz haqqında qərar verə bilər.  Bundan sonra, Miqrasiya Agentliyi yaşayış icazənizi geri götürəcək. Hətta bir neçə illik müddətə icazəniz olduğu halda belə, yaşayış icazəniz geri götürülə bilər.

Daimi yaşayış icazənizi saxlamaq istədiyiniz haqqında bildiriş

Digər ölkədə uzun müddət keçirdiyiniz zaman daimi yaşayış icazənizi saxlamaq istədiyinizi bəyan etmək üçün siz Anmälan om att få behålla permanent uppehållstillstånd (Daimi yaşayış icazəsini saxlamaq istəyinə dair bildiriş), nömrə 186011 formasını doldurmalısınız. Formanı bu ünvanlara göndərin migrationsverket@migrationsverket.se və ya

Migrationsverket
601 70 Norrköping

Bildiriş məktubunuz İsveçi tərk etməyinizdən əvvəl ən gec bir həftə ərzində İsveç Miqrasiya Agentliyinə çatmalıdır. Əgər səfəriniz ləğv edilibsə, bu barədə, səyahət etməyi nəzərdə tutduğunuz gündən gec olmayaraq, İsveç Miqrasiya Agentliyinə məlumat verməlisiniz.

Anmälan om att få behålla permanent uppehållstillstånd, blankett nummer 186011 (isveç dilində)PDF

Daimi yaşayış icazəsini saxlamaq istəyinə dair bildiriş, forma nömrə 187011 (ingilis dilində)PDF

Bu məlumat İsveçə yeni daşınmış oturma izni olan şəxslərə yönəltilir

Sizə verilən oturum izniniz haqqında qərarınızı saxlamanızı unutmayın. Müxtəlif səlahiyyətli təşkilatlarla və digər təşkilatlarla əlaqə saxladığınızda sizin buna ehtiyacınız ola bilər.

Əgər siz qeydiyyata keçmək istərsinizsə və İsveçin social təminat nömrəsini (personnummer) əldə etmək üçün Skatteverket,external link, opens in new window adlanan İsveçin Vergi Şöbəsinə müraciət etməlisiniz.

Socisl təhlükəsizlik komandasına yazılmaq üçün siz Försäkringskassan,external link, opens in new window adlanan Sosial Siğorta İdarəsinə müraciət etməlisiniz.

Bir çox bələdiyyələrdə mənzil almaq üçün müraçiət edə biləcəyiniz bələdiyyə mənzil agentlikləri var. Bələdiyyə sizə özəl ev sahibləri ilə bağlı məsləhətlər verə bilər.

Yaşadığınız bələdiyyə sizə uşaqlara qulluq üçün uşaq bağçası və məktəb təklif edir.

Əgər siz İsveçə qaçqın kimi gəlmişsinizsə, evinizi ehtiyaclarını təchiz etməyə kredit almaq üçün müraciət edə bilərsiniz. www.csn.se/hemutrustningslanexternal link, opens in new window

Sağlamlıq sualları üçün yaşadığınız bölgə ilə əlaqə saxlaya bilərsiniz. Bütün ölkə ərazisində tibbi yardim aramaq üçün bura müraciət edin: 1177 Vårdguiden.external link, opens in new window

İmmiqrantlar üçün İsveç dili (SFİ) oxuması ilə bağlı suallarınız üçün yaşadığınız bələdiyyəyə müraciət edin. Digər məlumatlara görə bu internet səhifəsinə müraciət edin: Sveriges kommuner och landsting.external link, opens in new window

Əgər siz iş axtarırsınızsa Arbetsförmedlingen,external link, opens in new window adlanan İş axtarma idarəsində qeydiyyata düşə bilrəsiniz.

Əməklilik Təşkilatı (Pensionsmyndigheten)external link, opens in new window geç yaşta İsveçə gələn ve əməkli maaşı olmayan və ya az olan insanlara yaşlı qayğı dəstəyi hakkında isveç dilində bilgi veir.

Bir kollec, institut və ya universitetdə təhsil haqqda məlumatları Antagning.seexternal link, opens in new window və ya studera.nu.external link, opens in new window internet səhifəsində hapa bilərsiniz.

Təhsilin maliyyətləşdirilməsinə dair suallarınız üçün CSN, Centrala studiestödsnämnden,external link, opens in new window idarələri ilə əlaqə saxlayın.

Sürücülük vəsiqələri ilə bağlı hər hansı sualınız varsa Transportstyrelsen,external link, opens in new window müraciət edin.

Səsvermə hüquqlarınız ilə bağlı suallarınız üçün Valmyndigheten,external link, opens in new window müraciət edə bilərsiniz.

İsveç məktəbi haqqda məlumat almaq üçün Məktəblər İdarəsi olan Skolverkete müraciət edirsiniz: Om svenska skolan.external link, opens in new window

İsveç icması haqqda məlumatları bir çox dildə Information om Sverige,external link, opens in new window səhifəsində əldə etmək mümkündür.

İsveç icması haqqda digər məlumatları Svenska institutetə aid internet external link, opens in new windowsəhifəsində əldə edə bilrəsiniz.

Hej hej Sverige!external link, opens in new window səhifəsində İsveçin necə işlədiyi haqqda sadə və ilham verici filmlər var.

İsveç dilini öyrənin: Lära svenska səhifəsindəki www.informationsverige.seexternal link, opens in new window səhifəsində özünüzün necə İsveç dili öyrənə biləcəyinizə dair bir neçə internet proqramına bağlantıları tapa bilərsiniz.

Konsumentverkets upplysningstjänstexternal link, opens in new window Səhifəsində alış və ya müqavilələr barədə suallarınız olduqda məsləhətlər ala bilərsiniz.

Last updated: 25 November 2019

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.