Əgər İsveçdə bir şəxslə birlikdə övladınız varsa və ya övlad gözləyirsinizsə
Om du har eller väntar barn med någon i Sverige – azerbajdzanska
Əgər İsveç vətəndaşı olan və ya İsveçdə yaşamaq icazəsi olan övladınız varsa, bəzi hallarda, övladla əlaqənizə görə İsveçi tərk etməli olmadan yaşayış icazəsi ala bilərsiniz.
- አማርኛ (amhariska)
- العربية (arabiska)
- ب ه سۆرانی (sorani)
- English (engelska)
- Español (spanska)
- پارسی (persiska)
- Français (franska)
- Bosanski, hrvatski, srpski (kroatiska)
- Հայերեն (armeniska)
- Kurmancî (kurmandji)
- Монгол хэл (mongoliska)
- يه دری (dari)
- پښتو (pashto)
- Arlijan (romani arli)
- Русский (ryska)
- Af soomaali (somaliska)
- Shqip (albanska)
- Swedish (svenska)
- ትግርኛ (tigrinska)
- Oʻzbek (uzbekiska)
Bir qayda olaraq, İsveçdə ailə üzvü ilə birlikdə yaşamaq istəyən şəxs vətəndaşı olduğu ölkədə və ya yaşayış icazəsinə malik olduğu digər ölkədə İsveç səfirliyinə və ya baş konsulluğuna yaşayış icazəsi üçün müraciət etməlidir. Yaşayış icazəsi şəxsin İsveçə səyahət etməsindən əvvəl verilməlidir.
İsveçi tərk etmədən icazə almaq üçün müraciət edilməsi
Əgər sığınacaq üçün müraciət etmişsinizsə və İsveçdə yaşayan bir şəxslə birlikdə övladınız varsa və ya övlad gözləyirsinizsə, bəzi hallarda, İsveçi tərk etməli olmadan yaşayış icazəsi ala bilərsiniz. Bu o halda tətbiq edilir ki, sizin İsveçdə yaşamaq icazəsinə malik və ya İsveç vətəndaşı olan övladınız var və ya siz İsveç vətəndaşı olan və ya daimi yaşayış icazəsinə malik şəxslə birlikdə övlad gözləyirsiniz.
Əgər övladınızdan ayrılmamaq üçün İsveçdə yaşamağa ehtiyacınız varsa, Miqrasiya Agentliyinə ailə vəziyyətiniz haqqında söyləməlisiniz. Övladınızla və ya anadan olmamış övladınızla bağlı vəziyyəti təsvir edən məktub yazın. Vətəndaşı olduğunuz ölkəyə gedərək oradan yaşayış icazəsi üçün müraciət etmək məqsədilə, övladınızdan nə üçün ayrıla bilməyəcəyinizi təsvir edin və qan qohumluğunuzu və ya hamiləliyinizi təsdiq edən arayışları əlavə edin. Həmçinin “İsveçdə məskunlaşmaq üçün yaşayış icazəsi üçün müraciət, forma nömrə 160011” formasını doldurun və əlavə edin.
İsveçdə məskunlaşmaq üçün yaşayış icazəsi üçün müraciət, forma nömrə 161011 (isveç dilində)
İsveçdə məskunlaşmaq üçün yaşayış icazəsi üçün müraciət, forma nömrə 161011 (ingilis dilində)
Siz İsveçdə olduğunuz müddət ərzində, övladınızın dünyaya gəlib gəlməməsindən asılı olmayaraq və ya Miqrasya Agentliyinə və ya Miqrasiya Məhkəməsinə müraciət təqdim edib etməməyinizdən asılı olmayaraq, istənilən vaxt öz ailə vəziyyətinizi Miqrasiya Agentliyinə təsvir edə bilərsiniz.