Kimliyiniz haqda məlumat verin
Berätta vem du är – azerbajdzanska
Miqrasiya Xidməti tərəfindən Sizin sığınacağa hüququnuzun olub və ya olmamasının müəyyən edilməsi üçün siz kim olduğunuzu və hansı ölkədən olduğunuzu təsdiqləməlisiniz. Kimliyinizi şəxsiyyətinizi təsdiq edən sənədlər, inam doğurucu və etibarlı məlumat təqdim etməklə təsdiq edə bilərsiz.
- አማርኛ (amhariska)
- العربية (arabiska)
- ب ه سۆرانی (sorani)
- English (engelska)
- Español (spanska)
- پارسی (persiska)
- Français (franska)
- Bosanski, hrvatski, srpski (kroatiska)
- Հայերեն (armeniska)
- ქართული (georgiska)
- Kurmancî (kurmandji)
- Монгол хэл (mongoliska)
- يه دری (dari)
- پښتو (pashto)
- Arlijan (romani arli)
- Русский (ryska)
- Af soomaali (somaliska)
- Shqip (albanska)
- Swedish (svenska)
- ትግርኛ (tigrinska)
- Oʻzbek (uzbekiska)
Kimliyinizin və hansı ölkədən olduğunuzun təsdiq edilməsi üçün ən yaxşı vasitə pasport və ya öz vətəninizdə verilən şəxsiyyət vəsiqəsidir. Pasport və ya şəxsiyyət vəsiqəsi vətəninizdə olan dövlət orqanları tərəfindən verilməlidir və sənəddə mütləq fotoşəkil olmalıdır. Şəxsiyyət təsdiq edən sənəddə adınız və soyadınız, vətəndaşlığınız, doğum tarixiniz göstərilməlidir. Sığınacaq üçün müraciət etdikdə şəxsiyyətinizi təsdiq edən sənədlərinizi də təqdim etməlisiniz.
Pasport və şəxsiyyət vəsiqəniz yoxdursa
Sığınacaq üçün müraciət etdikdə pasport və ya şəxsiyyət vəsiqəsi təqdim etmirsinizsə Miqrasiya Xidməti sizə sənədlərinizi əldə etməyinizlə bağlı tapşırıq verəcəkdir. Tapşırıqda Miqrasiya Xidmətinin sizdən hansı sənədləri tələb etməsi və bunu həyata keçirmək üçün sizə nə qədər zaman verilməsi qeyd olunur.
Şəxsiyyətinizi təsdiq edən digər sənədləriniz varsa məsələn, sürücülük vəsiqəsi, doğum haqqında şəhadətnamə, vətəndaşlığınız haqda arayış və ya hərbi bilet, bu sənədləri də təhvil verin. Bu sənədlər ayrı ayrılıqda kimliyinizi təsdiq etməsə belə özünüz və vətəniniz haqda verdiyiniz məlumat ilə ümumilikdə kimliyinizi təxminən təsdiq etmiş olur.
Kimliyinizi təsdiq etmək üçün əməkdaşlıq göstərdiyiniz halda sığınacaqla bağlı müraciətinizə baxıldığı müddət ərzində əmək fəaliyyəti göstərmək imkanını əldə etmiş olursunuz. Bu halda Siz iş izni almaq tələbindən istisna kimi qəbul olursunuz və Sizə AT-UND adlanan iş izni verilir.
Sığınacaq istədiyiniz zaman ərzində əmək fəaliyyəti ilə məşğul olmaq (ingilis dilində)
Kimliyinizi təsdiq edən sənədləri əldə etmək sizin öz məsuliyyətinizdir. Əgər bu kimi sənədləri əldə etmək imkanınız yoxdursa Miqrasiya xidmətinə göstərdiyiniz cəhdlərlə bağlı məlumat verməlisiniz. Sənədlərinizi əldə etmək üçün cəhd göstərdiyinizi Miqrasiya Xidmətinə sübut etmədiyiniz halda sizə verilən təqaüd azala bilər.
Miqrasiya Xidməti tərəfindən göstərilən maliyyə dəstəyi və təqaüd haqda oxuyun
Əgər kimliyinizi aydınlaşdıra bilmirsinizsə
Kimliyinizi aydınlaşdırmasaz belə İsveçdə sığınacaq almaq mümkündür. Kim və hansı ölkədən olduğunuzla bağlı etibarlı və inam doğurucu məlumat təqdim etsəz kifayət edər.
Əgər pasport və ya öz vətəninizdə verilən şəxsiyyət vəsiqəniz yoxdursa isvec vətəndaşlıgını əldə etmək ücün daha uzun müddət ərzində gözləməli olacaqsız, belə ki, isvec vətəndaşlıgını əldə etməklə bağlı müraciət etdikdə şəxsiyyətinizi təsdiq etmək tələbi daha da artir.
Şəxsiyyətlə bağlı yanliş məlumat vermək qeyri qanunidir. Şəxsiyyətinizi təsdiq edən saxta sənədlər və ya yanlış məlumat verərsinizsə Miqrasiya Xidməti sizə verilən yaşama icazəsini geri alib və Isvecdən deport olunmağınızla bağlı qərar cıxara bilər.