Sığınacaq axtaran uşaqlar

Barn i asylprocessen – azerbajdzjanska

Sığınacaq üçün müraciət prosesində uşaqların hüquqları böyüklərin hüquqlarından fərqlidir. Burada həm uşaqların sığınacaq üçün müraciətlərinin nəzərdən keçirilməsi, həm də praktiki məsələlər ilə bağlı onların hüquqları və onlara dəstək imkanları haqqında məlumatlar toplamışıq.

İsveç Uşaq Hüquqları haqqında BMT Konvensiyasını imzalamışdır. Bu konvensiya bütün uşaqların hüquqlarını əks etdirir. Bu hüquqlar, İsveç vətəndaşı olub olmamasından, burada müvəqqəti yaşamasından və ya sığınacaq axtarmasından asılı olmayaraq, İsveçdə yaşayan bütün uşaqlar üçün qüvvədədir.

Siz 18 yaşına çatana qədər İsveçdə uşaq sayılırsınız. Sığınacaq axtaran uşaqların əksəriyyəti buraya bir və ya hər iki valideyni ilə gəlmişdir. İsveçə həmçinin valideyni və ya himayəçisi olmadan gələn çoxlu uşaq vardır; müşayiət olunmayan bu uşaqlara xüsusi dəstək tələb olunur.

Müşayiət olunmayan uşaqların dəstək olunma hüququ haqqında ətraflı oxuyun (ingilis dilində)

Sığınacaq axtaran uşaqların öz fikrini söyləmək hüququ vardır

İsveç qanunvericiliyinə görə Miqrasiya Agentliyi uşağın ən ali maraqlarını xüsusi olaraq nəzərə almalıdır. Bütün uşaqların öz fikrini söyləmək və eşidilmək hüququ vardır. Sığınacaq axtarmaq üçün onların səbəblərinə fərdi qaydada baxılmalıdır, belə ki, uşağın sığınacaq axtarmaq üçün valideynlərindən fərqli səbəbləri ola bilər. Sığınacaq axtarmaq üçün uşaqların səbəblərinə baxılarkən, işə baxan əməkdaş araşdırmanı mümkün qədər uşağın yaşına, səhhətinə və yetkinliyinə uyğunlaşdırmalıdır. Müraciətə baxılma zamanı uşağın yetkinlik yaşına çatmış şəxs tərəfindən müşayiət edilmək hüququ vardır. O, valideyn və ya başqa qanuni himayəçi, qəyyum və/yaxud ictimai məsləhətçi ola bilər.

Bütün uşaqların məktəbə və uşaq bağçasına getmək hüququ vardır.

Bütün uşaqlar və yetkinlik yaşına çatmış gənclərin, İsveçdə yaşayan digər uşaqlar kimi, məktəbə və uşaq bağçasına getmək hüququ vardır. Uşaqların yaşadığı bələdiyyə onların, bələdiyyədəki digər uşaqlar və yetkinlik yaşına çatmış gənclər kimi, məktəbə getmələrini təmin etməyə görə məsuliyyət daşıyır. Bu, uşaq bağçasına, icbari təhsil məktəbinə və orta məktəbə aiddir. Yuxarı orta təhsil məktəblərinə gedə bilmək üçün sığınacaq axtaran yetkinlik yaşına çatmış gənclər təhsillərinə 18 yaşına çatmazdan əvvəl başlamalıdırlar.

Miqrasiya Agentliyinə valideynin razılığı olmadan sığınacaq axtaran uşaqlar barədə bələdiyyəyə məlumat verməyə icazə verilmir. Siz Miqrasiya Agentliyinə razılıq verə bilərsiniz, o isə öz növbəsində uşağınızın adı, doğum tarixi, dili, doğulduğu ölkə və iş nömrəsi barədə məlumatları bələdiyyəyə təqdim edəcək. Siz həmçinin bələdiyyə ilə əlaqə saxlaya və onlara uşağınızın məktəbə və ya uşaq bağçasına getməsini istədiyinizi bildirə bilərsiniz.

Məktəb haqqında ətraflı oxuyun

Bütün uşaqların səhiyyə xidməti almaq hüququ vardır

Sığınacaq axtaran uşaqlar, İsveçdə yaşayan digər uşaqlar ilə eyni səhiyyə və stomatoloji xidmət almaq hüququna malikdirlər. Yaşı 18-dən az olanlar üçün stomatoloji xidmət pulsuzdur. Ölkənin əksər əyalətlərində və bölgələrində uşaqlar üçün səhiyyə xidməti pulsuzdur. Əlavə məlumat üçün yaşadığınız əyalət və ya bölgə ilə əlaqə saxlayın.

Yaşadığınız əyalətdə və ya bölgədə səhiyyə xidməti haqqında ətraflı məlumatları burada tapa bilərsiniz: www.1177.se (ingilis dilində)external link, opens in new window

Sığınacaq axtaranlar üçün səhiyyə və tibbi xidməti haqqında ətraflı oxuyun

Uşaqların ailələri ilə yenidən birləşmək hüququ vardır

Uşaq Hüquqları haqqında BMT Konvensiyasına uyğun olaraq, uşaqların ailələri ilə birlikdə olmaq hüququ vardır. Buna görə də, İsveç hakimiyyət orqanları müşayiət olunmayan uşaqların valideynlərini və ya başqa himayəçilərini tapmağa çalışır. Miqrasiya Agentliyi tərəfindən uşağın sığınacaq müraciətinə baxıldığı müddət ərzində qohumların axtarışı davam etdirilir. İlk növbədə, məqsəd ailənin vətəndaşı olduqları ölkədə birləşdirilməsidir. Əgər uşağın qohumları digər ölkədə təhlükəsizlikdədirlərsə, yenidən birləşmə orada baş tuta bilər. Əgər hər hansı başqa yerdə yenidən birləşmə üçün heç bir variant mövcud deyilsə, uşağa qaçqın kimi İsveçdə yaşayış icazəsi verildiyi halda, uşağın ailəsinə İsveçdə yaşayış icazəsi verilə bilər.

Uşağa yaşayış icazəsi verilmədiyi və geri qayıtmalı olduğu halda nə baş verəcəyi barədə ətraflı oxuyun

Uşağın hüquqları haqqında daha ətraflı

İsveçin bütün hakimiyyət orqanları qərar verərkən uşağın ən ali maraqlarını nəzərə almalıdır və uşaqların hüquqlarını qorumaq üçün xüsusi komissiyaya malik bir neçə orqan mövcuddur. Əgər valideynlər uşağın qayğısına qala bilmir və ya uşağı incidirsə, uşağın yaşadığı bələdiyyənin Sosial Xidmətləri uşağın qayğısına qalmaq üçün məsuliyyət daşıyır. Bəzi hallarda polis zorakılığa məruz qalmış uşağın müdafiə məqsədli himayəyə götürülməsinə yardım göstərə bilər. Məsələn, uşaqların vurulmasına və ya qızların sünnət edilməsinə icazə verilmir. Həmçinin 18 yaşına çatmamış uşaqların ailə qurmasına icazə verilmir.

Əlavə məlumat

Zorakılığa məruz qalmış uşaqlar və ya digər şəkildə zəif qidalanan uşaqlar üçün dəstəyin növü haqqında ətraflı oxuyun (ingilis dilində)external link, opens in new window

Uşaq Hüquqları üsrə BMT Konvensiyası haqqında ətraflı oxuyun (ingilis dilində)external link, opens in new window

İsveçə gəlmiş və sığınacaq üçün müraciət etmiş uşaqlar haqqında məlumat (ingilis dilində)

Sığınacaq və sığınacaq üçün necə müraciət etmək haqqında daha ətraflı öyrənmək və ya sığınacaq prosesini uşaqlara izah etməkdə yetkinlik yaşına çatmış şəxslərə yardım göstərmək üçün bu səhifələr faydalı ola bilər.

İsveçdə yaşayan şəxslə birlikdə uşağı olan və ya uşaq gözləyən sığınacaq üçün müraciət edənlər üçün məlumat

Last updated: 19 December 2017

Was the information on this page helpful to you?