Sığınacaq qaydaları

Asylregler – azerbajdzjanska

Əgər İsveçdə himayə axtarışındasınızsa, sığınacaq üçün müraciətinizi İsveçə daxil olarkən sərhəd polisinə və ya Miqrasiya Agentliyinin müraciət qəbulu məntəqələrinin birinə təqdim etməlisiniz.

İsveç Miqrasiya Agentliyi İsveç səfirliyinə təqdim edilmiş sığınacaq üçün müraciəti təsdiq edə bilməz. Əgər himayə üçün müraciət etmək məqsədi ilə İsveçə gələ bilmirsinizsə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) müraciət edə bilərsiniz.

Dublin Reqlamenti müraciətin Aİ-nin hansı üzv dövlətində baxılmasını müəyyən edir.

Dublin Reqlamenti haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Sığınacaq axtaranlar

Sığınacaq axtaran, öz yolunu İsveçə salmış və burada himayə (sığınacaq) üçün müraciət etmiş, lakin müraciəti hələ nəzərdən keçirilməmiş şəxsdir.

Sığınacaq axtaranlara yaşayış icazələrinin verilməsi üçün səbəblər

İsveç Qaçqınların Statusu ilə bağlı BMT Konvensiyasını imzalamışdır. Bu, digər məsələlərlə yanaşı, o deməkdir ki, İsveç hər bir sığınacaq üçün müraciətə fərdi qaydada baxacaqdır.

Müraciətlərə fərdi qaydada baxılması ərizəçinin cinsi mənsubiyyəti və seksual oriyentasiyasının (yəni ərizəçinin homoseksual, biseksual və ya transgender olmasının) nəzərə alınmasından ibarətdir.

İsveç yaşayış icazəsini qaçqın olan şəxsə BMT Konvensiyasına uyğun olaraq, və həmçinin “yardımçı müdafiəyə” ehtiyacı olan şəxsə Aİ reqlamentlərinə uyğun olaraq verəcəkdir.

Qaçqın

Qaçqınların Statusu ilə bağlı BMT Konvensiyası, İsveç qanunvericiliyi və Aİ agentliklərinə uyğun olaraq, aşağıda göstərilənlərə görə təqib olunmaqdan ehriyat etmələri üçün kifayət qədər əsaslandırılmış səbəbləri olan şəxslər qaçqın hesab edilir:

  • irqinə;
  • milliyyətinə;
  • dini və siyasi inanclarına;
  • cinsi mənsubiyyətinə;
  • seksual oriyentasiyasına; və ya
  • müəyyən sosial qrupa aid olmasına.

Təqibin mənbəyi şəxsin doğma ölkəsinin hakimiyyət orqanları ola bilər. Bu, həmçinin hakimiyyət orqanlarının ayrı-ayrı fərdlər və ya qruplar tərəfindən edilən təqibinəə qarşı müdafiə təklif edə bilməməsi və ya etmək istəməməsi ola bilər.

Qaçqın sayılan şəxsə qaçqın statusu bəyannaməsi verilir ki, bu da BMT-nin qaçqınlar Konvensiyasına, eləcə də AI reqlamentinə əsaslanan beynəlxalq səviyyədə tanınmış bir statusdur.

Qaçqın statusu bəyannaməsini almış şəxsə adətən 3 illik yaşayış icazəsi verilir. (Sığınacaqla bağlı 2015 -ci ilin 24 noyabrından əvvəl ərizə ilə müraciət edən bəzi şəxslərə daimi yaşayış icazəsi verilə bilər.)

Yardımçı müdafiəyə ehtiyacı olan şəxs

Yardımçı müdafiəyə ehtiyacı olan şəxs aşağıdakı hesab edilir:

  • ölüm cəzasına məhkum edilmək təhlükəsi ilə üzləşən;
  • fiziki cəzaya, işgəncəyə və ya digər qeyri-insani yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmaq təhlükəsi ilə üzləşən; və ya
  • mülki şəxs olaraq, silahlı münaqişə nəticəsində ciddi xəsarət alma təhlükəsi ilə üzləşən.

Yardımçı müdafiəyə ehtiyacı olan şəxs kimi hesab olunanlara AI reqlamentinə əsasən yardımçı müdafiə statusu bəyannaməsi verilir.

Yardımçı müdafiə statusu bəyannaməsi verilən şəxsə adətən 13 aylıq yaşayış icazəsi verilir (Sığınacaqla bağlı 2015-ci ilin 24 noyabrından əvvəl ərizə ilə müraciət edən bəzi şəxslərə daimi yaşayış icazəsi verilə bilər.)

Digər müdafiə

Sığınacaq axtaranlara müstəsna hallarda, hətta təqibə qarşı müdafiəyə ehtiyacları olmadıqda belə, yaşayış icazəsi verilə bilər. Bu hal, yaşayış icazəsinin verilməsinə imtina edikməsi barədə qərarın İsveçin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edə biləcəyi düşünələrək, onların şəxsi vəziyyəti ilə birbaşa əlaqədar olan fövqəladə halların (məsələn, ciddi səhhət problemləri olan insanlar və ya insan qaçaqmalçılığına məruz qalmış insanlar) olmasını tələb edir.

Müdafiə olunma hüququndan istisnalar

Əgər müraciətinizə baxılma zamanı Sizin hərbi cani olduğunuz, insanlığa qarşı cinayətlər və ya başqa ciddi cinayət əməlləri törətməyiniz və ya milli təhlükəsizliyə qarşı təhlükə olmağınız müəyyən olunarsa sizə Isveçdə sığınacaq verilməyəcək. Əgər öldürülmə və ya təqib olunma təhlükəsi səbəbilə doğma ölkənizə qayıda bilmirsinizsə sizə hələ də müvəqqəti yaşayış icazəsi verilə bilər.

Sığınacaq axtaran uşaqlar

İsveç qanunvericiliyinə görə, Miqrasiya Agentliyi uşağın ən ali maraqlarını xüsusi olaraq nəzərə almalıdır. Öz fikrini söyləyə bilən və söyləmək istəyən bütün uşaqlar bunu etmək və eşidilmək hüququna malikdir. Uşağın sığınacaq axtarmaq üçün səbəblərinə səbəblərinə fərdi qaydada baxılmalıdır, belə ki, onların sığınacaq axtarmaq üçün valideynlərindən fərqli səbəbləri ola bilər. Sığınacaq axtarışı üçün səbəblərə baxılarkən, işə baxan əməkdaş araşdırmanı mümkün qədər uşağın yaşına, səhhətinə və yetkinliyinə uyğunlaşdırmalıdır. Müraciətə baxılma zamanı uşağın yetkinlik yaşına çatmış şəxs tərəfindən müşayiət edilmək hüququ vardır. O, valideyn və ya başqa qanuni himayəçi, qəyyum və/yaxud ictimai məsləhətçi ola bilər.

Sığınacaq axtaran uşaqlar ilə bağlı qaydalar haqqında ətraflı oxuyun

Daha ətraflı oxuyun

  1. BMT-nin Qaçqınlar haqqında Konvensiyası (ingilis dilində)external link, opens in new window
  2. BMT QAK (BMT-nin Qaçqınlar üzrə Agentliyi) (ingilis dilində)external link, opens in new window
  3. Aİ-nin Sığınacaq üzrə Kvalifikasiya Direktivi (ingilis dilində)external link, opens in new window
  4. Əcnəbilər haqqında Qanun (ingilis dilində)external link, opens in new window
  5. Əcnəbilər haqqında Qərarnamə (ingilis dilində)external link, opens in new window
  6. Dublin Reqlamenti (ingilis dilində)external link, opens in new window
  7. İsveçdə yaşayış icazəsinin verilməsi imkanının müvəqqəti məhdudlaşdırılması haqqında Qanun (isveç dilində)external link, opens in new window

Last updated: 2017-09-28

Was the information on this page helpful to you?