Sığınacaq üçün necə müraciət etməli

Så här ansöker du om asyl – azerbajdzjanska

Əgər İsveçdə sığınacaq üçün müraciət etmək istəyirsinizsə, siz müraciətinizi təqdim etmək üçün Miqrasiya Agentliyinə getməlisiniz. İsveçə gəlməzdən əvvəl sığınacaq üçün müraciət etmək mümkün deyil.

İsveçə daxil olarkən sərhəd polisi ilə qarşılaşdıqda onlara sığınacaq üçün müraciət etmək istədiyinizi deməlisiniz. Məsələn, beynəlxalq hava limanlarında, bərə terminallarında, habelə qatar və avtobusların İsveçə daxil olduğu yerlərdə pasport nəzarəti məntəqələrində sərhəd polisi fəaliyyət göstərir. Sərhəd polisi sizə bəzi suallar verəcək və sonra sizi Miqrasiya Agentliyinə yönəldəcək və siz orada sığınacaq üçün müraciətinizi təqdim edə biləcəksiniz.

Əgər Siz artıq Isveçdəsinizsə, özünüz Miqrasiya idarəsi ilə əlaqə yaratmalısız. Miqrasiya idarəsinin Malmö, Göteborg və Stokholmda yerləşən ərizə qəbulu şöbələrinin hər hansınasa sıgınacaqla bağlı ərizənizlə müraciət edə bilərsiz.

Sığınacaq müraciəti üçün Miqrasiya Agentliyinin məntəqələrini harada tapmalı (ingilis dilində)

Miqrasiya Agentliyi müraciətinizi qeydə alacaq

Sığınacaq üçün müraciət edərkən siz kim olduğunuzu, nə üçün sığınacaq üçün müraciət etdiyinizi və İsveçə necə səyahət etdiyinizi təsvir etməlisiniz.

Kimliyiniz barədə məlumat verməlisiz

Əgər pasportunuz və ya şəxsiyyətinizi təsdiq edən digər sənədləriniz varsa, şəxsiyyətinizi sübut etmək üçün onları təqdim etməlisiniz: adınız nədir, nə vaxt doğulmusunuz və hansı ölkənin vətəndaşısınız. Miqrasiya Agentliyinin düzgün qərar qəbul etməsi üçün şəxsiyyətinizi təsdiq edən sənəd göstərməyiniz vacibdir.

Əgər şəxsiyyəti təsdiq edən hər hansı sənəd təqdim edə bilmirsinizsə, o zaman digər yollarla şəxsiyyətinizi sübut etməyə çalışmalısınız. Bunu məsələn, doğum haqqında şəhadətnamə, ailə sənədləri, hərbi bilet və ya nikah haqqında şəhadətnamə ilə etməlisiniz. Belə sənədlər ayrı-ayrılıqda şəxsiyyətinizi təsdiq etmir, lakin bir neçə sənəd birlikdə şəxsiyyətinizin sübutu kimi qəbul edilə bilər.

Kimliyiniz haqda məlumat verməyinizin zəruriyyəti barədə daha ətraflı oxuyun

Miqrasiya Agentliyi şəxsiyyətinizi təsdiq edən sənədlərdə göstərilmiş ad və digər məlumatları istifadə edərək sizi sığınacaq axtaran kimi qeydə alacaq. Bu, o demək ola bilər ki, məsələn, transgender şəxslər doğularkən onlara verilmiş ad və mənsub olduqları cins ilə qeydə alınırlar. Təəssüf ki, İsveç qanunvericiliyi sizi digər ad altında qeydə almağa icazə vermir, lakin digər addan və ya şəxsi əvəzlikdən istifadə etmək istəyirsinizsə, bunu bizə deməlisiniz və biz bu barədə qeyd edəcəyik. Tərcüməçi, vəkil və ya müəyyən cinsə mənsub təhqiqatçının olmasını istəmək üçün xüsusi səbəbləriniz olduğunu və ya müəyyən cinsə mənsub sığınacaq axtaran ilə otağınızı paylaşmaq istəmədiyinizi bu mərhələdə bizə deməyiniz həmçinin yaxşı fikir olardı.

Sizin fotoşəkliniz çəkiləcək və barmaq izləriniz götürüləcək

Sığınacaq üçün müraciət etdikdə, sizin fotoşəkliniz çəkiləcək və barmaq izləriniz götürüləcək. Fotoşəkliniz Miqrasiya Agentliyinin reyestrinə əlavə ediləcək və sığınacaq axtaran olmağınızın sübutu kimi alacağınız Sığınacaq Axtaran kartında (LMA kartı) istifadə ediləcək. Altı yaşdan kiçik uşaqların barmaq izlərinin götürülməsinə ehtiyac yoxdur.

Barmaq izlərindən sizin hər hansı digər Şengen ölkəsində sığınacaq üçün müraciət edib etmədiyinizi və hər hansı Şengen ölkəsində yaşayış icazənizin və ya sizə tətbiq edilmiş qadağanın olub olmamasını yoxlamaq üçün istifadə edilir. Əgər barmaq izləri sizin İsveçə səyahətiniz zamanı digər ölkədə qeydiyyatdan keçdiyinizi və ya digər ölkədə sığınacaq üçün artıq müraciət etdiyinizi göstərərsə, Miqrasiya Agentliyi sığınacaq üçün müraciətinizin hansı ölkədə baxılması lazım gəldiyinə qərar verəcək. Bunu müəyyən edərkən, Aİ-nin Dublin Reqlamenti tətbiq ediləcək.

14 yaşdan kiçik uşaqlarda barmaq izi yoxlaması aparılmır.

Dublin Reqlamenti haqqında daha ətraflı oxuyun (ingilis dilində)

Müraciət müsahibəsi

Fotoşəkliniz çəkildikdən və barmaq izləriniz götürüldükdən sonra siz təhqiqatçı ilə görüşəcəksiniz. Tərcüməçinin köməkliyi ilə siz şəxsiyyətinizi, nə üçün vətəninizi tərk etdiyinizi və İsveçə necə gəldiyinizi təsvir edəcəksiniz. Sizə həmçinin ailəniz və sağlamlığınız haqqında suallar veriləcək.

Əgər funksional əlilliyiniz, yəni fiziki, mənəvi və ya əqli cəhətdən qabiliyyət çatışmazlığınız varsa, bu barədə Miqrasiya Agentliyinə deməlisiniz. Əgər sığınacaq üçün müraciət edərkən funksional əlilliyiniz Miqrasiya Agentliyi ilə ünsiyyətinizə çətinlik törədirsə, sizin yardım almaq hüququnuz var. Sizin həmçinin ehtiyaclarınıza uyğunlaşdırılmış mənzil şəraitinə hüququnuz var.

Sizə sığınacaq prosesi haqqında məlumat veriləcək – növbəti addım nədən ibarətdir və siz nə etməlisiniz. Sizə həmçinin mənzil şəraitinə, maliyyə dəstəyinə, tibbi xidmətə və övladlarınız üçün təhsilə hüququnuz kimi praktiki məsələlər haqqında məlumat veriləcək.

Qərarı gözlədiyiniz müddət ərzində siz başlıca olaraq, özünüzü maliyyə cəhətdən təmin etməyə çalışmalısınız. Əgər heç bir pul qazanmırsınızsa və digər aktivləriniz yoxdursa, Miqrasiya Agentliyinə maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz.

Daha sonra siz sığınacaq təhqiqatına çağırılacaqsınız və orada nə üçün ölkənizdən qaçdığınız barədə və əgər qayıtmış olsanız, sizcə nələr baş verə biləcəyi barədə bizə daha çox məlumat verməli olacaqsınız.

Açıq-aşkar əsaslandırılmamış müraciət

Əgər sizə sığınacaq vermək üçün heç bir əsasın olmadığı aydın görünərsə, təhqiqatçı Miqrasiya Agentliyi tərəfindən sığınacaq üçün heç bir əsasınız olmadığı hesab edildiyini və bir neçə həftə ərzində haqqınızda qərar veriləcəyini sizə izah edəcək. Əgər sığınacaq üçün ümumiyyətlə heç bir etibarlı səbəbiniz yoxdursa, sizə dərhal qüvvəyə minməklə ölkəyə daxil olmaqdan imtina qərarı veriləcək.

Dərhal qüvvəyə minməklə ölkəyə daxil olmaqdan imtina haqqında qərarın nə ifadə etməsi barədə daha ətraflı oxuyun

Müraciətinizi təqdim etdikdən sonra

Təhqiqatçı bütün sənədlərinizi, Miqrasiya Agentliyinə dediklərinizi və barmaq izi yoxlamasının nəticəsini nəzərdən keçirəcək. Təhqiqatçı təqdim etdiyiniz məlumatlar əsasında sizin məsələnizlə bağlı təhqiqatın uzadılıb uzadılmamasına dair qərar verəcək. Müraciətlər müxtəlifdir və bu səbəbdən, müxtəlif təhqiqat vaxtı tələb edir.

Təhqiqatçı təhqiqatın davam etdrilməsi üçün müraciətinizi hazırlayacaq. Bu, məlumatların digər dövlət təşkilatlarından əldə edilməsi kimi məsələləri ehtiva edə bilər. Əgər müraciətinizə əlavələr etməyə ehtiyacınız varsa, təhqiqatçı sizinlə əlaqə saxlayacaq. Belə əlavələr, məsələn, müraciətinizlə birlikdə hər hansı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyiniz halda tələb oluna bilər.

Sığınacaq üzrə təhqiqat görüsünü gözləyin

Əgər müraciətinizə Isveçdə baxılacaqsa Miqrasiya idarəsinin sizin yaşayış icazəsinə hüqunuzun olub olmamasını araşdırdıgı zaman burada ola bilərsiz.

Mümkündür ki sığınacaq üzrə təhqiqat görüşünüzün təyin olunmasını uzun müddət ərzində gözləməli olasız. Həmin görüş zamanı Isveçdə sığınacaq istəməyinizin səbəbi, başıniza gələnlər və vətəninizə qayıtmali olsaz sizcə nələr baş verəcəyi barədə daha ətraflı məlumat verəcəksiz. Sığınacaq istəmis şəxslərin təhqiqat görüşünü gözləmə müddəti müxtəlif olur.

Siz qərarı almağınızdan əvvəl bir neçə görüşə cağrıla bilərsiz. Miqrasiya idarəsinin sizin üçün təyin etdiyi görüşləri qaçırmayın. Belə ki, yeni zamanın təyin olunması üçün Miqrasiya idarəsinin imkanları məhduddur, təyin olunmuş görüşün qaçırılması qərarı daha uzun müddət ərzində gözləməyinizlə nəticələnə bilər.

Sıgınacaq üzrə təhqiqat görüşünü gözləmə müddəti barədə daha ətraflı oxuyun (ingilis dilində)

Ünvanınızı bildirin

Təhqiqat görüşünün və ya digər görüşlərin təyin olunması ilə bağlı sizinlə əlaqə yaratmaq lazim olacaq, məhz buna görə köçməli olduqda yeni ünvanınızı Miqrasiya idarəsinə bildirməlisiz. Miqrasiya idarəsindən gələn məlumatı nəzərdən qaçırmamaq üçün poçt qutunuza daxil olan məktubları mütəmadi olaraq oxuyun.

Icazə müddətinin uzadılması

Əgər sizə müvəqqəti yaşayış icazəsi verilibsə və siz Isveçdə qalmaq istəyirsizsə icazənin müddəti bitməzdən əvvəl siz müddətin uzadilması ilə bağlı müraciət etməlisiz. Hələ də müdafiəyə ehtiyacınız varsa yaşayış icazəsinin müddəti uzadila bilər.

Isveçdə qalmaq uçun digər səbəblərinizin olduğu halda da sizə yaşayış icazəsi verilə bilər.

Yaşayış icazəsinin müddətinin uzadilması üçün hansı şəkildə müraciət edəcəyiniz haqda daha ətraflı oxuyun (ingilis dilində)

Last updated: 31 January 2018

Was the information on this page helpful to you?