Siz gözlədiyiniz zaman
Medan du väntar – azerbajdzjanska
Aşağıda İsveşdə sığınacaqla təmin edilməsi üçün müraciət edib amma hələ qərar almamış şəxslər üçün bəzi məlumat göstərilmişdir.
- አማርኛ (amhariska)
- العربية (arabiska)
- ب ه سۆرانی (sorani)
- English (engelska)
- Español (spanska)
- پارسی (persiska)
- Français (franska)
- Bosanski, hrvatski, srpski (kroatiska)
- Հայերեն (armeniska)
- Kurmancî (kurmandji)
- Монгол хэл (mongoliska)
- يه دری (dari)
- پښتو (pashto)
- Arlijan (romani arli)
- Русский (ryska)
- Af soomaali (somaliska)
- Shqip (albanska)
- Swedish (svenska)
- ትግርኛ (tigrinska)
- Oʻzbek (uzbekiska)
Siz sığınacaqla təmin eilməsi üçün müraciətinizi təqdim etdiyinizdən sonra nəyin baş verməsi və sığınacaq axtaran olaraq iş, təhsi, yaşayış, səhiyyə və maliyyə təminatı ilə bağlı sizin hüquqlarınız barədə məlumat oxuya bilərsiz.
Sığınacaq üzrə təhqiqat görüşünü gözləyərkən
Mümkündür ki, sığınacaq üzrə təhqiqat görüşünüzün təyin olunmasını uzun müddət ərzində gözləməli olasız. Həmin görüş zamanı Isveçdə sığınacaq istəməyinizin səbəbi, başınıza gələnlər və vətəninizə qayıtmalı olsaz sizcə nələr baş verəcəyi barədə daha ətraflı məlumat verəcəksiz. Sığınacaq istəmiş şəxslərin təhqiqat görüşünü gözləmə müddəti müxtəlif olur.
Siz qərarı almagınızdan əvvəl bir neçə görüşə çağrıla bilərsiz. Miqrasiya idarəsinin sizin üçün təyin etdiyi görüşləri qaçırmayın. Belə ki, yeni zamanin təyin olunması üçün Miqrasiya idarəsinin imkanları məhduddur, təyin olunmuş görüşün qaçırılması, qərarı daha uzun müddət ərzində gözləməyinizlə nəticələnə bilər.
Ünvanınızı bildirin
Təhqiqat görüşünün və ya digər görüşlərin təyin olunması ilə bağlı sizinlə əlaqə yaratmaq lazım olacaq, məhz buna görə köçməli olduqda yeni ünvanınızı Miqrasiya idarəsinə bildirməlisiz. Miqrasiya idarəsindən gələn məlumatı nəzərdən qaçırmamaq üçün poçt qutunuza daxil olan məktubları mütəmadi olaraq oxuyun.
Sığınacaq axtaranlara kömək edə bilən təşkilatlar
İsveç QaçqınlaraYardım Qrupları Şəbəkəsi
Müharibə və İşgəncə Tələfatları üçün İsveç Qırmızı Xaç Müalicə Mərkəzi
İsveç cəmiyyəti haqqında müxtəlif dillərdə məlumatları burada tapa bilərsiniz Information om Sverige