Sığınacaq istədiyiniz zaman ərzində əmək fəaliyyəti ilə məşğul olmaq

Arbeta under tiden som asylsökande – azerbajdzjanska

Əsas etibarı ilə, siz sığınaq üçün müraciətinizin baxılması müddətədə öz ehtiyaclarınızı özünüz təmin etməlisiz. Siz öz şəxsi vəsaitlərinizdən istifadə etməklə və ya iş fəaliyyəti hesabına özünü təmin edə bilərsiz.

Siz sığınaq axtaran olduğunuz zaman iş fəaliyyəti üçün hüquq malik olmaq məqsədi ilə iş fəaliyyəti üçün icazənin (AT-UND) alması üzrə öhədlik daşınmamasınızı təsdiq etməlisiz.

Sığınaq axtaranlar üçün iş fəaliyyəti şərtləri

Siz aşağıdakı hallarda iş üçün icazə alması ürə öhdəlik daşımırsız:

  • Əgər siz müvafiq eyniləşdirmə sənədləri, və ya şəxsiyyətinizin müəyyən edilməsi üçün digər sənədi təqdim edirsizsə.
  • Əgər sizin işiniz İsveçdə nəzərdən keçirilməlidirsə.
  • Əgər sizin müraciətiniz əsaslı surətdə əsaslanıdırılmışdırsa. Siz dərhal olaraq icra edilməli daxil olmadan imtinanı aldığınız halda AT-UND-a malik olmamalısız.

Dublin Qaydalarında müraciətinizin baxılması üçün ölkə müəyyən edilir (ingilis dilində)

Daxil olmadan imtina almış şəxslər üçün məlumat dərhal olaraq icra edilməlidir (ingilis dilində)

Əgər siz şərtlərə riayət edirsizsə, sizə AT-UND olmasını göstərən LMA kartı veriləcək. Bu, bildirir ki, siz iş fəaliyyəti üçün icazə alması tələbindən azad olursuz. AT-UND adətən siz yaşayış üçün icazəni aldığınız və ya ölkəni tərk etdiyiniz tarixinə qədər etibarlıdır. Sizdə AT-UND olub-olmaması barədə hər hansı şübhəniz olduğu halda öz qəbul şöbəzinizlə əlaqə saxlayın.

LMA kartı barədə daha ətraflı məlumat alın

Əgər siz iş icazəsi (AT-UND) almaq məcburiyyətində deyilsəniz, iş axtarmaq ücün məşğulluq xidməti ilə əlaqə saxlaya bilərsininz.

İsveç İctimai Məşğulluq Xidmətinin vebsaytında vakant iş yerləri barədə məlumat və digər məlumat ala bilərsiz (ingilis dilində)external link, opens in new window

Əgər siz sığınaq axtaran olduğunuz müddətdə hər hansı iş tapırsızsa

Əgər siz sığınaq axtaran olduğunuz müddətdə hər hansı iş tapa bilirsizsə öz işə götürənizə iş üçün icazənin (AT-UND) alması üzrə öhdəlikdən azad olduğunuzu təsdiq etməlisiz. Həmin təsdiq LMA kartınızın 7-ci maddəsində göstərilmişdir.

Sizin işə götürəniz qeydiyyata alındığınız qəbul şöbəsinə iş tapdığınızla bağlı məlumat verməlidir. Həmçinin, işə götürən məşğulluğunuz müddətinin başa çatması tarixi bildirməlidir. Sizin işə götürülməsi barədə xəbərdarlıq xüsusi blankda (No.152011) təqdim edilir.

Notification of employment or termination of employment of an asylum seeker, form number 152011 (yalnız isveç dilində)PDF

Si gündəlik təminat haqqını alırsısza, siz İsveç Miqrasiya İdarəsinə qazancınız barədə həmişə məlumat verməlisiz. Həmçinin siz koordinasiya nömrəsinin alınması üçün İsveç Vergi İdarəsi ilə əlaqə saxlamalısız. Koordinasiya nömrəsi İsveç eynilləşdirmə nömrəsi olmayan şəxslər üçün nəzərdə tutulur və siz iş fəaliyyəti zamanı vergi haqqını ödəməlisiz. Həmçinin, siz xəstə olduğuunuz zaman işə gələ bilmədiyiniz zaman ödənilən xəstəlik vəsaiti almağı üçün sizə koordinasiya nömrəsi tələb olunur.

Daha ətraflı məlumat almaq üçün İsveç Vergi İdarəsi ilə əlaqə saxlayın (ingilis dilində)external link, opens in new window

Əgər bankhesabı açmaq istəyirsinizsə

Miqrasiya idarəsi tərəfindən sizə verilən bank kartına yalnız Miqrasiya idarəsi pul tökə bilər. Əgər siz sizə işverənin əmək maaşınızı tökməyi üçün yeni bank hesabı açmaq istəyirsinizsə onda siz hər hansı bir bank şöbəsinə müraciət etməlisiniz. Hər bank söbəsi özü orda hesab açmaq üçün tələblərə cavab verib-verməməyiniz barədə qərar verir.

Bütün banklar sizin kimliyinizi təsdiq edən şəxsiyyət sənədinin təqdim edilməsini tələb edir. Banklar şəxsiyyətinizi təsdiq edən hansı sənədlərin keçərli olmasını özləri qərar verir. Bəzi banklar sığınaçaq axtaranların şəxsiyyətini təsdiq edən sənədlərinin Miqrasiya idarəsində olmasına baxmayaraq bank hesabı açmağa icazə verə bilər. Onda siz sizə aid olan etibarlı LMA kartını və şəxsiyyətinizi təsdiq edən sənədlərin Miqrasiya idarəsi tərəfindən əsliliyini təstiq edilən surətini təqdim etməlisiniz.

Miqrasiya idarəsi şəxsiyyətinizi təsdiq edən sənədlərin əsil olduğunu təsdiq etmir, yalnız surətlərin əllərində olan sənədlərlərlə eyni olduğunu təsdiq edir.

Bank şöbəsi Miqrasiya idarəsi ilə əlaqə saxlayıb sizin verdiyiniz məlumatların doğruluğunu yoxlaya bilər. Miqrasiya İdarəsi məlumatı yalnız sizin razılıq verdiyiniz təqdirdə təsdiqləyə bilər, yəni İsveç Miqrasiya İdarəsinə bu barədə bankla danışmağa icazə verdiyiniz haqqda bir sənəd imzalamışsınızsa bunu edə bilər. Əgr siz Miqrasiya idarəsi ilə hələ də belə bir sənəd imzalamamışsınızsa onda sizin yaxınlığinizda yerləşən qəbul şöbələrindən birinə gedib bunu etmək istədiyinizi onlara söyləməlisiniz.

Bəzi bank şöbələri hesab açmaq üçün sizdən iş yerindən sənəd tələb edə bilər. İş haqqda sənədi isə sizə iş verən idarənizdən və ya sizi işə alan şəxsdən ala bilərsiniz.

Əgər 18 yaşınız tamam olmayıbsa

Əgər yaşınız 16 və ya 16-dan yuxarıdlrsa AT-UND adlanan iş izni almalısız. Bu həm Isveçə ailəsi ilə bərabər gələn həm də müşayiətsiz azyaşlı kimi gələnlərə şamil olunur.

Əgər 16 yaşınız tamam olmayıbsa tətil zamanı işlədikdə, sadə tipli tapşırıqları yerinə yetirdikdə AT-UND iş izni tələb olunmur. Əmək fəaliyyəti ilə məşğul olmağımız üçün Miqrasiya xidmətinin icazəsi tələb olunmur, amma qəyyumun icazəsi olmalıdır.

Nəzərə alın ki, təkcə maaş deyil, həmçinin digər kompensasiyaların (məsələn hədiyyə kartının) alınması Miqrasiya xidmətindən alınan maddı yardıma olan hüququnuza təsir göstərə bilər.

Siz imtina və ya deportasiya barədə qərar aldığınız halda

Ölkəni tərk etməklə bağlı əməkdaşlıq etdiyiniz müddət ərzində AT-UND iş izni sizdən alınmır. Əks təqdirdə AT-UND iş izniniz qüvvədən salınır.

Sizin müraciətinizə qarşı imtina verildiyi halda

Qərarın gözlənməsi müddətində işləyən şəxslər sığınaq üçün müraciəti imtina olunduğu halda iş üçün icazənin alınması üçün müraciət edə bilər.

Sığınaq barədə müraciətinizin imtina olunmasından sonra iş üçün icazənin alınması üçün müraciətlə bağlı daha ətraflı məlumat oxuyun

AT-UND iş izni və sığınacaq istəyən şəxslər üçün əmək fəaliyyəti ilə bağlı adi sual və cavablar

Last updated: 16 October 2019

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.