İsveç dilini öyrənmək istəyən sığınacaq müraciətçilərinin nəzərinə

Lära sig svenska – azerbajdzjanska

Əgər Isveçdə yaşama icazəniz və qeydiyyatınız varsa miqrantlar üçün nəzərdə tutulmuş SFI adlanan isveç dili kurslarından faydalana bilərsiniz. Əgər işinizə baxıldığı zaman ərzində isveç dilini öyrənmək arzusunda olarsınızsa isveç dilinin təlimi ilə bağlı dərnəklər təklif edən bir çox azad təşkilat və maarifləndirici birliklərə müraciət edə bilərsiniz.

İsveç dili üzrə dərnəklər

Sığınacaq müraciətçiləri üçün isveç dili və ictimaiyyət haqqında məlumat üzrə maarifləndirici dərnək təşkil edən bir çox təhsil birlikləri vardır. Bu cür dərnəklərdə şagirdlər qrup formasında görüşərək birlikdə isveç dili öyrənir. Qrup birlikdə, öz üzvlərinin istəyindən asılı olaraq təhsil formasını seçə bilər. Həm yaşayış hüququnun verilməsi haqqında qərar gözləyən, həm də yaşayış hüququ almış, amma hələ də yeni gəlmişlər üçün tikilidə yaşayan şəxslər təlimdə iştirak edə bilər. İştirak pulsuzdir. Ehtiyac olduqda, Miqrasiya baş idarəsi iştirakçının təhsil dərnəyinə səfərini ödəyə bilər. Əgər başqa bir Avropa ölkəsində sığınacaq istəmişsinizsə və ya İsveçdən üç ay ərzində yaxud ümumiyyətlə çıxarılmaq haqqında qərar almışsınızsa yaxud İsveçdə yaşamaq hüququna malik olmadığınız açıq-aydındırsa, amma təhsil dərnəyində iştirak etmək istəyirsinizsə, o zaman gediş-gəliş xərclərini özünüz ödəməlisiniz.

Əgər işveç dili üzrə dərnəkdə iştirak etmək istəyirsinizsə, yaşadığınız yerə aid təhsil birliyi ilə əlaqə saxlayın. Hansı təhsil birliklərinin isveç dili üzrə məhz sizin yaşadığınız bölgədə dərnək təşkil etdiyini bilmək üçün, aid olduğunuz qəbul bölümü ilə əlaqə saxlaya bilərsiniz.

Könüllü təşkilatlar ilə isveç dilini öyrənin

Bir çox könüllü təşkilatlar sığınacaq müraciətçiləri üçün isveç dili üzrə təlim yaxud ünsiyyət kafeləri təşkil edir. Hansı təşkilatların sizə isveç dilini öyrənməyə kömək edə biləcəyini öyrənmək üçün öz qəbul şöbənizə müraciət edə bilərsiniz.

İsveç dilini özünüz öyrənin

İnternetdə İsveç dilini  özü öyrənmək istəyənlər üçün bir çox proqramlar vardır. www.informationsverige.se. Saytında müxtəlif proqramlara linklər tapa bilərsiniz. Proqramların bir çoxu üçün internetə çıxış gərəkdir. Bütün proqramlar pulsuzdur.

”İsveç dilini öyrən” (Lära svenska) səhifəsində bütün linkləri tapa bilərsiniz (www.informationsverige.se – ingilis dilində)external link, opens in new window

Last updated: 24 August 2017

Was the information on this page helpful to you?