The Swedish Migration Agency logotype

Sığınacaq axtaranlar üçün maliyyə dəstəyi

Ekonomiskt stöd för asylsökande – azerbajdzjanska

Özünüzü maddi cəhətdən təmin edə bilməyiniz çox önəmlidir. Əgər şəxsi qazancınız və digər gəlir mənbəyinız yoxdursa, bu halda Miqrasiya Xidmətindən maddi dəstək almaq üçün müraciət edə bilərsiniz. Maddi dəstək bir neçə hissədən ibarətdir: gündəlik xərclərin kompensasiyası, yaşayış sahəsiylə təminat üçün kompensasiya və xüsusi müavinət.

Sığınacaq axtardığınız təqdirdə Mİqrasiya Xidmətinə pulunuzun və digər vəsaitinizin həcmi haqqında məlumat verməlisiniz. Əgər heç bir vəsaitiniz yoxdursa, sizə gündəlik xərclərinizi qarşılamaq üçün gündəlik kompensasiya verilir.

Əgər maliyyə vəziyyətiniz dəyişərsə, məsələn işə girərsinizsə, bu haqda Mİqrasiya Xidmətinə məlumat verməlisiniz. Gündəlik xərclər üçün kompensasiya aldığınız dönəmdə qazancınızın olduğunu gizlədərsinizsə, bu cinayət hesab olunacaq. Köçməyiniz maliyyə dəstəyinə olan hüququnuza təsir edə bilər. Məhz buna görə ünvanınız dəyişərsə Miqrasiya idarəsinə hər zaman məlumat verin.

Əgər qərar gözləyərkən iş təklifi alarsınızsa nə etməli olduğunuz haqda daha ətraflı oxuyun (ingilis dilində)

Gündəlik müavinət

Gündəlik müavinət Miqrasiya İdarəsinin yeməyin daxil olduğu bir yaşayış yerində və ya yemək daxil olmayan bir yaşayış yerində yaşamağınızdan asılı olaraq fərqlidir. Gündəlik müavinətin ölçüsü, öz evinizdə yaşamağı seçsəniz, məsələn, dostlarınız və ya qohumlarınızın evinde yaşayırsınızsa da, təsirlənəcəkdir.

Ərzaqla təmin olunan yaşayış sahəsində gündəlik kompen­sa­siya

  • Tək yaşayan yetkinlik yaşına çatmış şəxslər üçün günə 24 İsveç kronu
  • Ev xərclərini paylaşan yetkinlik yaşına çatmış hər bir şəxs üçün günə 19 İsveç kronu
  • 17 (daxil olmaqla) yaşa qədər olan uşaqlar üçün günə 12 İsveç kronu.

Ərzaqla təmin olun­mayan yaşayış sahəsində gündəlik kompen­sa­siya

  • Tək yaşayan yetkinlik yaşına çatmış şəxslər üçün günə 71 İsveç kronu
  • Ev xərclərini paylaşan yetkinlik yaşına çatmış hər bir şəxs üçün günə  61 İsveç kronu
  • 0–3 yaş arasında olan uşaqlar üçün günə 37 İsveç kronu
  • 4–10 yaş arasında olan uşaqlar üçün günə 43 İsveç kronu
  • 11–17 yaş arasında olan uşaqlar üçün günə 50 İsveç kronu.

Ikidən çox uşağı olan ailələr ən böyük iki uşaq üçün tam gündəlik kompensasiya və digər uşaqlar üçün bir günlük kompensasiyanın yarısını əldə edəcək.

Gündəlik kompensasiya ərzaqla yanaşı paltara və ayaqqabıya, tibbi xidmət və dərmanlara, stomatoloji yardıma, tualet məmulatlarına, digər istehlakçı mallarına və asudə fəaliyyətinə kifayət etməlidir.

Gündəlik kompensasiya azaldıla bilər, əgər siz

  • Kimliyinizi təsdiq etmək üçün əməkdaşlıq etməsəniz
  • gizlənməklə sığınacaq müraciətinizin araşdırılmasına əngəl olsanız
  • siz xahişinizin rədd edilməsi və ya deportasiya olunacağınıza dair qərar aldığınız təqdirdə, geriyə qayıtmağınızı təşkil etmək üçün əməkdaşlıq etməsəniz.

Sosial və iqtisadi problemləri olan bir yaşayış sahəsinə köçürsəniz, gündəlik müavinət almaq hüququnuzu itirə bilərsiniz. Bir poçt qutusu ünvanı kimi əslində yaşadığınızdan fərqli bir ünvan təqdim etsəniz gündəlik müavinət və xüsusi müavinət almaq hüququnuzu itirə bilərsiniz.

Öz yaşayış yerinizdə yaşamaq haqqında daha çox oxuyun və köçmək istədiyiniz ünvanın müavinət almaq hüququnuza təsir edə biləcəyini yoxlayın

Maddi yardım almaq hüququ başa çatır

Yaşayış icazəsi aldıqdan sonra maddi yardım almaq hüququnuzu itirəcəksiniz. Miqrasiya İdarəsinin yaşayış yerində yaşayırsınızsa, bir bələdiyyəyə qəbul olunduğunuzda ümumiyyətlə müavinətı itirirsiniz. Öz yaşayış yerinizdə yaşayırsınızsa, müavinət almaq hüququ yaşayış icazəsi aldıqdan bir ay sonra başa çatır.

Ayrıca rədd və ya deportasiya qərarı verilmiş və qərar qanuni qüvvəyə minmişsə, maddi yardım almaq hüququnuzu o zaman da itirə bilərsiniz, və ya könüllü gediş üçün son tarix bitdiğində. Bu, böyüklər olaraq sizin və qəyyumu olduğunuz 18 yaşına çatmamış uşaqlarla yaşamayan kimseler üçün tətbiq olunur. Ölkədən çıxtığınız zaman da maddi təzminat almaq hüququnuz başa çatır.

Xüsusi müavinət

Gündəlik kompensasiya ilə təmin olunmayan bir şeyə ciddi ehtiyacınız yaranarsa, xüsusi müavinət üçün müraciət edə bilərsiniz. Siz nümayiş etdirməlisiniz ki, həmin maddəyə və ya xidmətə çox böyük ehtiyacınız var, ancaq öz hesabınıza ödəniş edə bilmirsiniz.Bu optik eynək, uşaqarabası və ya isti qış ayaqqabıları ola bilər. Miqrasiya Xidməti hər zaman ehtiyacları fərdən dəyərləndirir.

Siz yalnız ehtiyacınızı ödəmək üçün zəruri olan ən ucuz alternativlər üçün müavinət ala bilərsiniz.

İsveç Miqrasiya İdarəsinə sosial və iqtisadi problemləri olan bir bölgə olaraq bildirdiyi bir bələdiyyəydeki öz evinizə köçürsəniz, xüsusi yardım almaq hüququnuza təsir edə bilər.

Siz  məsələn, sığınacaq müraciətinin araşdırılması ilə maraqlanmaq, qəbul şöbəsinin məmuru ilə görüşmək və ya qrup məlumatlandırma tədbirində iştirak etmək üçün Miqrasiya Xidmətinə çağırılanda səyahət  xərclərini qarşılamaq üçün yardım ala bilərsiniz. Müzakirə üçün görüşəcəyiniz idarəetmə rəsmi nümayəndə ilə danışın.

Xüsusi müavinət üçün ərizə forması, blank nömrəsi Mot78PDF
Böyüklər üçün xüsusi müavinətin blankının doldurulması qaydası (ingilis dilində)

Yetkinlik yaşına çatmayanlar üçün xüsusi müavinətin ərizə forması, blank nömrəsi Mot79PDF
Yetkinlik yaşına çatmayanlar üçün xüsusi müavinətin blankının doldurulması qaydası (ingilis dilində)

Müşayiət olunmayan uşaqlar və gənclər üçün xüsusi müavinətin ərizə froması, blank nömrəsi Mot72PDF

Yaşayış sahəsi ilə təmin olunmaq üçün kompen­sa­siya

Əgər iş və ya iş təklifi əldə etsəniz, yaşayış sahəsi kompensasiyası üçün müraciət edə bilərsiniz. Bu üç aylıq iş dövründən daha uzun olan məşğulluq üçün Miqrasiya Xidmətinin təklif üçün mənzillərinin olmadığı yerə köçdükdə nəzərdə tutulur. Mənzil kompensasiyası

  • ailələr üçün aya 850 İsveç kronu
  • bir nəfərlik ev üçün 350 İsveç kronu.

Maddi kompen­sa­siya haqqında qərar

Miqrasiya xidməti maliyyə yardımı haqda qərar veribsə, siz qərarın təsdiqini alacaqsınız

  • sizi qəbul edən təşkilatın meneceri vasitəsi ilə və ya
  • sadələşdirilmiş bildiriş vasitəsilə.

Sadələşdirilmiş bildiriş – İsveç Miqrasiya Xidmətinin Sizin ünvana (yaşamağı məsləhət bildiyiniz) adi e-poçt vasitəsilə qərarını göndərməsidir. Növbəti gün həmin ünvana digər məktub göndəririk ki, Sizi qərarın göndərilməsinə dair məlumatlandıraq. Biz bunu xəta riskini azaltmaq üçün edirik. Bu üsulla Miqrasiya Xidməti müəyyən edir ki Siz, göndərilməsindən iki həftə sonra qərarın alınmasına dair bildiriş almısınız (məlumatlandırılmışsınız). Bundan sonra Sizin, şikayətlə müraciət etməyiniz üçün, üç həftəniz var.

Əgər, bizə verdiyiniz ünvan istifadə edilə bilinmirsə və Siz İsveçdə qeydiyyatdan keçmisinizsə, qərar və nəzarət məktubu Sizin qeydə alındığınız ünvana göndəriləcəkdir.

Həmçinin müntəzəm olaraq poçtunuz yoxlayın.

Bank kartı

Əgər sizə İsveç Miqrasiya İdarəsindən gündəlik müavinət verilirsə, pulun qoyulduğu hesabla əlaqəli bir bank kartı alacaqsınız.

Sığınacaq axtaranlar üçün bank kartları haqqında daha çox oxuyun (ingilis dilində)

Şikayət vermək istəsəniz

Əgər hesab etsəniz Miqrasiya Xidməti kompensasiyanıza dair səhv qərar verib, qərardan şikayət verə bilərsiniz. Bu halda qərarın təsdiqi aldığınız (bildiriş verildiyi) tarixdən üç həftə müddətində Miqrasiya Xidmətinə şikayətinizi çatdırmalısınız. Əgər Miqrasiya İdarəsi qərarını dəyişməsə, apellyasiyanız İnzibati Məhkəməyə qərarın yenidən araşdırılması üçün təqdim ediləcək. Əgər məhkəmə şikayətinizi rədd məsinə edirsə, siz apellyasiya məhkəməsinin qarşısına çıxa bilərsiniz (kammarrätten).

Əgər apellyasiya versəniz nə etməli olacağınıza dair daha ətraflı oxuyun

Gündəlik kompen­sa­siya və ya digər müavinətlərə dair sual­larınız olarsa

Əgər sığınacaq axtaranlar üçün maliyyə dəstəyi ilə əlaqədar ümumi suallarınız olarsa, Miqrasiya İdarəsinə zəng edə bilərsiniz. Əgər özkompensasiyanıza dair suallarınız olarsa, qarşılama hissəsinə gəlməlisiniz. Miqrasiya İdarəsinin əməkdaşları məxfilikqaydalarına görə bu haqda telefonla danışa bilməzlər. Qəbulə gələndə LMA kartınızı özünüzlə götürün.

Last updated: 28 July 2020

Was the information on this page helpful to you?