Gündəlik müavinət üçün müraciət qaydaları

Gündəlik müavinət üçün müraciət forması ilə bağlı təlimatlar. Sığınacaq axtarırsınızsa və gündəlik müavinət üçün müraciət etmək istəyirsinizsə bu formadan istifadə edin.

1. Fərdi məlumatlar

Ərizəni şəxsi məlumatlarınız və əlaqə məlumatlarınızla bağlı doldurun. Müraciətdə soyadınızı və adınızı, ünvanınızı, doğum tarixinizi, cinsinizi, vətəndaşlığınızı və İsveç Miqrasiya idarəsində sənəd nömrənizi bildirməlisiniz.

2. Maliyyə bəyannaməsi

Gəlir: İşdən alınan maaş və ya başqa bir dövlət qurumu və ya hər hansısa təşkilatdan alınan müavinət şəklində gəliriniz varsa, məsələn İsveç Sığorta Agentliyindən alınan xəstəlik müavinəti, valideyn və ya uşaq pulu

Nağd pul: Nağd pulunuz varsa məbləği göstərməklə doldurun

Maliyyə aktivləri: avtomobil, İsveçdəki və ya xaricdəki bank fondları, şəxsi şirkətiniz, səhmləriniz və ya xaricdəki nağd pul əldə etmək üçün sata biləcəyiniz aktivlər kimi maliyyə aktivləriniz varsa doldurun.

3. Ərizəni imzalayın

  • Ərizəni imzalayaraq
  • ərizədə yazdığınız məlumatların düzgün və həqiqətə uyğun olduğunu şərəf və vicdanla təsdiq etməyiniz
  • ərizədə verdiyiniz məlumatlarda və ünvanla bağlı məlumatlarda maliyyə yardımı hüququna təsir edə biləcək digər şeylərdə dəyişiklik olduqda İsveç Miqrasiya İdarəsini xəbərdar etmək məcburiyyətində olduğunuzu başa düşməyiniz
  • səhv təqdim edilmiş məlumatların qanun pozuntusu olduğunu və dələduzluq kimi qəbul edilə biləcəyini və bu səbəbdən Miqrasiya idarəsi tərəfindən polis orqanlarına şikayət ərizəsinin verilməsi ilə nəticələnməsini və
  • nəyi imzaladığınızı dərk etdiyinizi bəyan etmiş olursunuz

İsveç Miqrasiya idarəsinin əlavə məlumata ehtiyac duymadan qərar çıxara bilməsi üçün ərizəni düzgün doldurmanız vacibdir .

Məlumatın nataman olduğu halda İsveç Miqrasiya Agentliyi sizdən ərizənin tamamlanmasını tələb edə bilər və bu da qərar vermə müddətinin uzadılmasına gətirib çıxara bilər. İsveç Miqrasiya Agentliyi, ehtiyacınızı qiymətləndirmək mümkün olmadıqda müraciətinizi rədd etməklə də bağlı qərar verə bilər.

Ərizəni qəbul bölməsinə göndərin və ya təqdim edin.

İsveç Miqrasiya Agentliyinin qəbul şöbələrinin poçt ünvanları (isveç dilində)

Last updated: 12 November 2020