Sığınacaq axtaranlar üçün səhiyyə

Hälso- och sjukvård för asylsökande – azerbajdzjanska

İsveçdə sığınacaq axtarırsınızsa, sizin təcili yardım və stomatoloji qayğı, həmçinin təxirəsalınmaz tibbi xidmətlər almaq hüququnuz var.

İsveçdə bələdiyyə şurası və regionlar səhiyyə məsələləri üçün məsuliyyət daşıyır. Bu, bütün ölkəyə şamil edilir.

Siz xəstələndikdə, yaxud xəsarət aldıqda hər şeydən əvvəl sağlamlıq mərkəzinə getməlisiniz. Əksər hallarda siz sağlamlıq mərkəzinə getməmişdən əvvəl siz görüş təyin etməlisiniz. Tərcüməçiyə ehtiyacınız olarsa, görüşü təyin edən zaman bunu bildirin. Əgər ciddi şəkildə xəstələnmisinizsə və təcili yardım maşınına ehtiyacınız varsa, 112 təcili yardım nömrəsinə zəng etməlisiniz.

Bu mətnin növbəti hissələrində sizə lazım olan tibbi xidməti alma yollarına və məsləhət və əlavə məlumatı haradan almanız haqqında məlumat tapa bilərsiniz.

Səhiyyə xidməti almaq hüququ

İsveçdə sığınacaq axtarab zaman, sizin təcili yardım və stomatoloji qayğı, həmçinin təxirəsalınmaz tibbi xidmətlər almaq hüququnuz var. Bələdiyyə şurası/region sizin hansı növ tibbi xidmət ala biləcəyəniz barədə qərar verir. Sizin həmçinin doğum, abort, hamiləliyin qarşısının alınmasına dair tövsiyyə, analığın sosial mühafizəsi və Yoluxucu Xəstəliklər Qanununa uyğun (yoluxucu xəstəliklərin yayınmasının qarşısını almaq məqsədi güdən qanun) qayğı almaq hüququnuz var.

Sığınacaq axtaran 18 yaşdan aşağı uşaqların və gənclərin İsveçdə yaşayan digər uşaqlar kimi pulsuz səhiyyə və stomatoloji xidmətlərdən yararlanmaq hüququ var. Uşaqlar üçün tibbi xidmətlər, əsasən, pulsuzdur, lakin bu, harada yaşadığınızdan asılı olaraq, fərqlənə bilər. Uşaqlar üçün həkimin verdiyi resept üzrə dərmanlar pulsuzdur.

Səhiyyə işçilərini görməyə gedəndə tərcüməçinin xidmətindən yararlanmaq hüququnuz var. Görüşü təyin edən zaman tərcüməçiyə ehtiyacınız olduğunu bildirin.

Tibbi müayinə

Bütün sığınacaq axtaranlara tibbi müayinə təklif edilir. Sığınacaq üçün müraciət etdikdən sonra mümkün olduğu qədər tez bir zamanda pulsuz müayinədən keçmək tələb ediləcək.

Tibbi müayinə sizin sığınacaq üçün müraciətinizə təsir etmir. Bu sizin xeyrinizədir və, beləcə, qayğıya ehtiyacınız olarsa, erkən yardım ala bilərsiniz. Tibbi müayinə zamanı tibbi məsələlərə dair məsləhət alacaqsınız, tibbi yoxlama (skrininq) aparılması təklif ediləcək və İsveçin səhiyyəsi haqqında məlumat alacaqsınız. Tibb işçiləri İsveç Miqrasiya Xidmətində işləmirlər və məxfliyə qorumaq öhdəliyi daşıyırlar.

Zorakılıq və cinsi təhqir

Sığınacaq axtaranların bir çoxu ya öz ölkələrində, ya da İsveçə səfər zamanı zorakılıq və cinsi təhqirlərə məruz qalmışlar. Belə təcrübə həm fiziki, həm də psixoloji narahatlığa səbəb ola bilər. Məsələn, fiziki zərərdən başqa siz məyus ola, yaxud təşviş və ya yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Tibbi müayinə zamanı tibb işçilərinə əziyyət çəkdiyiniz narahatlıq barədə bildirməniz xahiş edilir ki, onlar sizə lazım olan qayğını göstərə bilsinlər.

İstənilən növ zorakılıq və cinsi təhqir İsveçdə qanunsuz hesab edilir. Sizə zərər vermiş şəxs istənilən halda cavabdehlik daşıuır və zorakılığa və cinsi təhqirə məruz qaldığınız üçün sizi heç bir cəza gözləmir. Bu, digər şəxslərlə münasibətinizdən asılı olmayacaq, məsələn, zorlama evlilik zamanı baş vermişdir və ya uşaqların fiziki cəzaya məruz qalmışlar. Belə rəftarın qurbanı olsanız, xahiş edirik, polisə müraciət edəsiniz.

Klitorektomiya

Biz bilirik ki, dünyanın bir çox hissəsində klitorektomiya halları baş verir. Bu, qızın və ya qadının cinsi orqanlarının kəsilməsi deməkdir. Klitorektomiya İsveçdə tamamilə qanunsuzdur və ciddi cinayət hesab olunur. Belə əməliyyata məruz qalmış şəxs həm fiziki, həm də psixi əzab çəkə bilər. Siz və ya qızınız üzərində belə əməliyyat aparılıbsa, yaxud siz və ya qızınız bununla bağlı əzab çəkirsinizsə, tibbi xidmət vasitəsilə kömək ala bilərsiniz. Tibbi müayinə zamanı, yaxud sizə ən yaxın olan sağlamlıq mərkəzində tibb işçiləri ilə danışın.

Cinsi yolla ötürülən xəstəliklər

Sİzin özünüzü cinsi yolla ötürülən xəstəliklərdən necə qorumaq və xəstəliyi digər şəxslərə ötürmənin qarşısını necə almaq barədə məlumat əldə etmək hüququnuz var. Cinsi yolla ötürülən xəstəliklərə misallara xlamidiyanı, hepatiti, süzənəyi və İİV-nu göstərmək olar. Belə xəstəlik daşıyıcısı olduğunuzu bilirsinizsə, İsveç qanunlarına əsasən mütləq bu barədə tibb işçilərinə məlumat verməlisiniz ki, lazımi tibbi qayğını və xəstəliyin yayılmasının qarşısını ala biləsiniz. Tibbi müayinə zamanı tibb işçiləri ilə danışın. Xəstəliyə yoluxduğunuzdan əmin deyilsinizsə, tibb işçiləri lazımi sınaqları apara bilər.

Kontraseptivlər və analara qayğı

İsveçdə analara qayğı və uşaq doğumu sığınacaq axtaranlar üçün pulsuzdur. Bu, həmçinin abortla bağlı tibbi xidmətə də tətbiq edilir. Sizin həmçinin kontraseptivlərə (hamiləliyin qarşısının alınması) dair pulsuz məsləhət almaq hüququnuz var ki, ana olmaq istədiyiniz vaxtı özünüz seçə biləsiniz. Həm qızlar, həm də oğlanmar özlərini qorma yollarına və digərləri hamiləliyin qarşısını almaq yollarına dair məlumat almaq hüququna malikdir.

Kontraseptivlərin bir çox növü var. Prezervativləri aptekdən və ya ərzaq mağazasından ala bilərsiniz. Başqa növ kontraseptivdən istifadə etmək istəyirsinizsə, həkim və ya mamaşa sizə uyğun gələn növü təyin edə bilər. 21 yaşına çatana qədər kontraseptivləri pulsuz ala bilərsiniz, ölkənin bəzi hissələrində isə 25 yaşına qədər kontraseptiv üçün ancaq kiçik məbləğ ödəməniz tələb olunacaq.

Siz qadın və hamiləsinizsə, tibbi müayinə zamanı tibb işçiləri ilə danışın, yaxud sizə ən yaxın xəstəxanın analara qayğı şöbəsinə müraciət edərək, sizə lazım olan qayğını müzakirə edin.

Psixi xəstəlik

Sığınacaq üçün verdiyiniz ərizə ilə bağlı qərarı gözləyən zaman gələcəkdə nə baş verəcəyinə dair narahat olmaq adi haldır. Bir çox sığınacaq axtaranlar həmçinin öz təcrübələri və ya öz ailələri haqqında nigaranlıqla bağlı narahatlıq hiss edirlər. Psixi narahatlıq əlamətlərinə misallara təşviş, yuxusuzluq, məyusluq və zəiflik daxildir.

Siz yaşadığınız ərazidə səhiyyə xidmətlərindən dəstək və yardım ala bilərsiniz. Tibbi müayinə zamanı tibb işçiləri ilə danışın. Uşağınızın özünü yaxşı hiss etmədiyini hesab edirsinizsə, uşaqlar üçün sağlamlıq mərkəzinin və ya uşağınızın məktəbinin əməkdaşları ilə danışa bilərsiniz.

Əlillik

Tibbi müayinə zamanı əlil olmanız, yaxud əlil olduğunuzu düşündüyünüz haqqında məlumat vermək imkanınız olacaq. Yəni, əmək qabiliyyətinin fiziki, əqli və ya psixi xəstəliklər nəticəsində azalmasını hesab edirsinizsə.

Əgər sığınacaq üçün müraciət etdikdə əlilliklə bağlı ünsiyyət qurmaq çətinliyiniz olarsa, bu məsələ ilə bağlı dəstək və yardım ala bilərsiniz. Əlillik yaşama icazəsinin alınması üçün hec bir maneə törətmir.

Əlilliyiniz olarsa və siz İsveçdə yaşama icazəsi alarsınızsa, sizin isvec cəmiyyətinə daxil olmanız üçün hər cür dəstək almaq hüququnuz var.

Stomatoloji yardım

Bir həddi-buluğa çatmış şəxs kimi kəskin vəziyyətdə stomatoloji xidmət almaq hüququnuz var. Stomatoloq sizə lazım olan stomatoloji yardımın təxirəsalınmaz olduğu, və lazım olan müalicə növü haqqında qərar verəcək. Uşaqların həm kəskin vəziyyətdə, həm də profilaktik stomatoloji yardım almaq hüququ var. İsveçdə bütün uşaqlar üçün stomatoloji xidmət pulsuzdur.

Stomatoloji xidmətə ehtiyacınız olarsa, milli stomatoloji xidmətə (Folktandvården) ya da bələdiyyə şurası/rayon tərəfindən göstərilmiş digər diş həkimlərinə müraciət etməlisiniz.

Gözlərin müayinəsi

Eynəyə ehtiyacınız olduğunu hiss edirsinizsə, gözlərinizin müayinəsi üçün istənilən göz həkiminə müraciət edə bilərsini. Sizə eynək lazım olarsa, göz həkimi lazımi kağıza imza edəcək və siz onu Miqrasiya Agentliyinə təqdim edərək, xüsusi qrant xahiş edə bilərsiniz. Miqrasiya Agentliyində sizə təhkim edilmiş əməkdaş eynək almaq üçün maliyyə yardımı ayırmaq barədə qərar qəbul edəcək və siz eynəyi sifariş verməzdən əvvəl onun qərarını gözləməlisiniz.

Dərmanlar

Siz aptekdə müxtəlif dərmanlar və digər tibbi məhsullar ala bilərsiniz. Həmçinin orada həkimin resepti üzrə dərmanlar da ala bilərsiniz. Reseptlə dərman almaq üçün LMA kartınızı göstərməyi unutmayın. Belə halda həkim tərəfindən yazılmış əksər dərmanlar üçün daha az ödəniş edərsiniz.

Səhiyyə haqqında əlavə məlumat

  • www.1177.seexternal link, opens in new window saytında yoluxucu xəstəliklər və İsveçdə səhiyyənin iş prinsipi barədə bir neçə dildə məlumat verilmişdir. Bu saytda siz həmçinin yaşadığınız ərazidə sağlamlıq mərkəzlərinin və diş klinikalarının əlaqə məlumatlarını əldə edə bilərsiniz.
  • Siz həmçinin 1177 telefon nömrəsindən istifadə edərək səhiyyə bələdçisinə (Vårdguiden) zəng edə bilərsiniz. Burada siz suallarınıza cavab verə biləcək və səhiyyə barədə məsləhət verəcək tibb bacısı ilə danışa bilərsiniz. Tibb bacısı sizin tibb xidmətinə ehtiyaclarınızı dəyərləndirəcək və əgər lazım olarsa, düzgün tibb klinikasına yönləndirəcək.

  • Psixi problemləriniz olarsa, 0771-22 00 60 siz nömrəsi ilə səhiyyə xidmətinin yardım xəttinə zəng edə bilərsiniz. Sonra siz telefonda istənilən gün saat 13-22 arasında müvəqqəti psixoloji dəstək ala bilərsiniz. Adınızı deməyə məcbur deyilsiniz.

  • www.youmo.se external link, opens in new windowsaytında gənclərə müxtəlif dillərdə səhiyyə, münasibətlər, cinsi əlaqə və digər məsələlər haqqında məlumat təqdim edilir.

  • Qadınlar üçün milli yardım xətti (Kvinnofridslinjen) hədələr və fiziki, psixi və ya cinsi hədələrə məruz qalmış qadınlara təklif və dəstək təklif edir.
    020-505050 nömrəsinə zəng edin. Onlar bir neçə dəqiqə ərzində tərcüməçi dəvət edə bilərlər. Siz həmçinin kvinnofridslinjen.se saytından əlavə məlumat ala bilərsiniz. Məlumat bir neçə dildə verilir.

  • Yaşadığınız ərazidə lazımi qayğını haradan almağa dair daha ətraflı məlumatı qəbul mərkəzindəki işçilərdən və ya yaşadığınız evin əməkdaşlarından ala bilərsiniz.

Xəstələrin daşınması

Əgər səhhətinizlə əlaqədar özünüz sağlamlıq mərkəzinə gedə bilmirsinizsə, bu halda xəstələr üçün maşın sifariş edə bilərsiniz. Tibbi əsaslar olduqda, siz həmçinin sağlamlıq mərkəzinə və ya xəstəxanaya gedib-gəlmək üçün nəqliyyat xərclərinə kompensasiya ala bilərsiniz Qayğınıza qalan şəxs sizin xəstələr üçün maşınından faydalanmaq haqqınızın olub-olmamasını müəyyən edir. Yaşadığınız ərazidə bələdiyyə şurası/rayon barədə daha ətraflı məlumat almaq üçün 1177 Vårdguiden zəng edin.

Əlavə məlumatı www.1177.se/Regler-och-rattigheter/Sjukresor/external link, opens in new window saytından ala bilərsiniz (ancaq isveç dilində)

LMA kartınızı özünüzlə götürün

Sağlamlıq mərkəzinə və ya dərman almaq üçün aptekə gedərkən LMA kartınızı göstərməlisiniz. LMA kartınızı hələ almamısınızsa, bu halda sığınacaq üçün müraciət etdiyinizi sübut edən qəbzi göstərməlisiniz. Sağlamlıq mərkəzinə gedəndə LMA kartınız göstərərsinizsə, bəzi hallarda daha az tibbi xidmət haqqı ödəyirsiniz. Siz həmçinin kartı aptekdə təqdim etsəniz, həkim tərəfindən yazılmış əksər dərmanlar üçün daha az ödəniş edərsiniz.

Last updated: 8 November 2018

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.