The Swedish Migration Agency logotype

Tibbi xidmət haqları

Avgifter för sjukvård – azerbajdzjanska

Bu ödəmələr LMA kartını göstərən sığınacaq axtaranlar üçün keçərlidir.

Sağlamlıq mərkəzində və ya qospitalda görüş

 

 

Tibb mərkəzində həkimlə görüş

50 İsveç kronu

Yönləndirilmədən* sonra həkimlərlə görüş təyinatı

50 İsveç kronu

Yönləndirilmədən sonra həkimdən çox tibb mərkəzinə ziyarət (məs., tibb bacısı, fizoterapist, müşavir)

25 İsveç kronu

Uşaqlar və hamiləlikdən öncəki dövr, hamiləlik və uşaq doğumu üçün profilatika

Pulsuz

Protective care if you have a contagious sickness

Pulsuz

*Yönləndirilmə elə bir əlaqədirki, bu zaman həkimlər xüsusi dəyərləndirmə,müayinə və müalicə üçün zərurət yarandıqca digər tibb mərkəzinə göndərir. Yönləndirməyə simptomplar, özünüzü necə hiss etməyiniz, əvvəlki xəstəliklər və yaralar haqqında tibbi məlumatlar daxildir. Təyinatı (yönləndirmə) qəbul edən sağlamlıq klinikası sonra sizə müayinə üçün zəng edəcək.

Kəskin hallarda xəstəxana xidməti

Kəskin vəziyyətlərdə qospitallara edilən ziyarətlərin haqqı ölkədən asılı olaraq dəyişir. Bələdiyyə şurası/rayon vebsaytında və ya1177 Vårdguiden vasitəsilə cari rüsumları öyrənə bilərsiniz.

Kəskin hallarda stomatoloji yardım

 

 

Kəskin vəziyyətdə milli stomatoloji xidmətə və ya digər diş həkiminə ziyarət etməklə stomatoloji xidmət göstərilir

50 İsveç kronu

Kəskin hallarda Milli stomatoloji xidmətdən təsdiq almadan fərdi diş həkiminə baş çəkmək

Diş həkiminin xidmət haqqısı

Xəstəxana/poliklinika və səhiyyə ocaqları ziyarətləri ödənməsini belə edin

Həmişə, sağlamlıq xidməti verən müəsisədən, yəni sağlamlıq mərkəzindən, xəstəxanadan və ya diş klinikasından, onları ziyarət edərkən göstərdikləri xidmətə görə ödəməni necə etməli olduğunuzu soruşun. Sizin hansı şəhərdə yaşadığınızdan asılı olaraq fərqli yollarla ödəmək imkanınız var. Bəzi səhiyyə qurumları kartla ödəmə və ya nağd pulla ödəmə qəbul edir, digərləri isə sizə/yaşadığıniz ünvana faktura/ödəniş kağızı göndərir. Baş vurduğunuz qurum/müəsisə yalnız faktura/ödəniş kağızı ödəməsinə icazə verərsə, sığınacaq axtaranların faktura ödəmək imkanlarının məhdud olduğundan geri qayıdaraq ödəməni yerində etmə imkanınızın olub olmadığını soruşa bilərsiniz.

Dərmanlar

Reseptlə aldığınız əksər dərmanlar üçün 50 İsveç kronu ödəyirsiniz. Bəzən 50 krondan da baha olan resept dərmanları da olur. 18 yaşdan aşağı olan uşaqlar üçün respet üzrə əksər dərmanlar pulsuz təqdim edilir.

Xəstə daşınması

Xəstə daşımaları üçün 40 İsveç krondan çox olmayan ödəniş edəcəksiniz.

Miqrasiya Xidmətindən kompensasiya

Siz səhhətiniz üçün zəruri olduqda Miqrasiya Xidmətindən xüsusi müavinət almaq və resept üzrə aldığınız dərmanların xərcini qarşılamaq üçün müraciət edə bilərsiniz.

Xərcləriniz 400 İsveç kronunu keçərsə

Əgər 6 ay ərzində həkim görüşmələri, xəstə daşımaları, resept üzrə dərmanlar və digər tibbi xidmətlər (məs. fizioterapiya) üçün 400 İsveç kronundan daha çox ödəniş etmisinizsə, xüsusi müavinət üçün müraciət edə bilərsiniz. Miqrasiya İdarəsi 400 krondan çox olan xərclərinizi qarşılaya bilər. Pulunuzu geri almaq üçün xidmətlər üçün ödəmələri (xidmət haqları nəzərdə tutulmur) sübut etmək üçün qəbzinizi təqdim etməlisiniz. Reseptin yazılmasında dərmanlar üçün qəbzin üzərində adınızın göstərildiyi hissəsini təqdim etməlisiniz.

Sağlamlıq mərkəzindəki həkimdən təyinat almadan tibbi mütəxəssisə müraciət etsəniz, daha çox pul ödəməli olacaqsınız. Bu haqq tibbi xidmət üçün ayrılmış maksimum ödənişə, yəni 400 İsveç kronuna daxil deyil.

Kəskin vəziyyətlərdə tibbi xidmət və dərmanlar

Kəskin vəziyyətlərdə tibbi xidmət yuxarıda göstərilən 400 İsveç kronuna daxil deyil, ancaq 50 İsveç kronunu keçən hissə üzrə xüsusi müavinət üçün müraciət edə bilərsiniz. Eyni qayda kəskin vəziyyətlərdə stomatoloji yardıma zərurət olarsa ancaq milli stomatoloji mərkəz açıq olmazsa və ya ehtiyac olduğu zaman əlverişli zaman intervalları olmazsa, tətbiq edilir.

Həkim ziyarətindən sonra qəbzi Miqrasiya Xidmətinə aparın və xüsusi yardım üçün ərizə yazın.

Siz həmçinin resept üzrə dərmanlara olan xərcləriniz 50 İsveç kronunu aşarsa, kompensasiya üçün müraciət edə bilərsiniz.

Ərizəniz rədd edilərsə

Barənizdə daha appelyasiya vermək mümkün olmayan imtina və ya çıxarma barədə qərar verildiyi üçün Miqrasiya Agentliyindən maliyyə dəstəyi alma hüququnuz başa çatarsa, siz LMA kartını geri qaytarmalısınız və daha dərmanlar, yaxud həkim görüşləri üçün pul ala bilməyəcəksiniz. 

Last updated: 26 September 2019

Was the information on this page helpful to you?