Sığınaq axtaranları üçün LMA kartı

LMA-kort för asylsökande – azerbajdzjanska

LMA ifadəsi sığınaq axtaranların qəbulu haqqında Qanundur. LMA kartı üzərində sığınaq axtaran olduğunuzu göstərən şəkiliniz olan bir plastik kartdır.

Bild av LMA-kort

Siz İsveçdə sığınaq üçün müraciət etdiyiniz zaman sizin şəkiliniz çəkilir. Sonra siz LMA kartını alırsız. Həmin kart şəxsiyyət vəsiqəsi (İD kartı) kimi nəzərdə tutulmur və yalnız sizin sığınaq axtaran olduğunuzu və qərarı gğzlədiyiniz müddətdə İsveçdə qala biləcəyinizi bildirir. Bu kart şəxsi olmaqla sığınaq üçün müraciətinizi təqdim edtiyiniz zaman aldığınız çeki əvəz edir.

LMA kartı hər zaman üstünüzdə olmalıdır

Siz səlahiyyətli orqanlrla əlaqə saxladığınız zaman öz LMA kartınızı göstərin. Bəzi hallarda, məsələn, xaricdən bağlama və ya  İsveç Miqrasiya İdarəsindən rəsmi məktub aldığınız halda özünüzü təqdim etmək üçün LMA kartını istifadə edə bilərsiz.

Bəzi hallarda siz tibbi mərkəzə müraciət  etdiyiniz zaman tibbi müayinə üçün endirimli haqq ödəyə bilərsiz. Həmçinin, siz həkimin verdiyi reseptlə bir sıra dərmanları aldığınız zaman aptekdə həmin kartı göstərdiyiniz halda aşağı qiymət ödəyəcəksiz.

Sığınaq axtaranları üçün tibbi xidmət göstərilməsi barədə daha ətraflı məlumat oxuyun 

Sizin LMA kartınız üzərindəki şəkil altında nömrə göstərilib ki, siz Miqrasiya İdarəsinin əməkdaşları ilə əlaqə saxladığınız zaman həmin nömrəni yaxşı bilməlisiz. Bu nömrədən istifadə etməklə sənədlərinizin daha sürətli şəkildə müəyyən edilməsi mümkündür.

Siz LMA kartınızı itirdiyiniz halda

Əgər sizin LMA kartınız oğurlanıbsa və ya siz onu itirmisizsə siz bu barədə mütləq polis şöbəsinə məlumat verməlisiz. Daha sonra sizə polis arayışı veriləcək və yeni  LMA kartının verilməsi üçün ərizənizi öz qəbul şöbəsinizə təqdim etdiyiniz zaman həmin arayışı özünüzlə götürməlisiz.

Sizin LMA kartınızın qüvvədə olma müddəti

Sizin ilk LMA kartınızın qüvvədə olma müddəti dörd ay təşkil edir. Bundan sonra, siz altı ay müddətində etibarlı olan yeni  LMA kartınızı alacaqsız. Sizin köhnə kartınızın müddəti başa çatdığı zaman siz yeni  LMA kartınızın alması üçün sifariş etməməlisiz. Yeni kartınız avtomatik olaraq qəbul şöbənizə göndəriləcək və sizin tərəfinizdən oradan götürülə bilər.

Sizin barənizdə imtina və ya çıxarma barədə qərarı aldığınız halda və həmin qərar qüvvəyə mindiyi anda, və yaxud  könüllü yola düşmə müddəti başa çatdıqda siz maliyyə yardımı üçün hüququnuzu itirirsiz. Bu, yetkin yaşında olduğunuzdan və qəyyum olduğunuz 18 yaşdan kiçik uşaqla yaşamadığınızdan sizə üçün tətbiq edilir.

Siz yaşayış üçün icazəni aldğınız və ya İsveçi tərk etməli olduğunuz halda həmin kartı geri qaytarmalısız.

Öz qəbul şöbənizi tapın (İngiliscə)

Last updated: 2017-01-30

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.