Təhsil

Skola – azerbajdzjanska

Sığınacaq axtaran bütün uşaqların məktəbə getmək hüququ var. Lakin yetkinlik yaşına çatmış şəxslər hər hansı təhsilə başlamazdan əvvəl yaşayış icazəsi alana qədər gözləməli olacaqlar.

Sığınacaq axtaran bütün uşaqların və gənclərin məktəbəqədər təhsil müəssisəsinə və məktəbə getmək hüququ var. Uşaqların bələdiyyədə yaşayan digər uşaqlar və gənclər kimi eyni şərtlər altında məktəbə getmələrini təmin etməyə görə onların yaşadıqları bələdiyyə məsuliyyət daşıyır. Bu, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi və yuxarı orta təhsil məktəbinə aiddir. Yuxarı orta təhsil məktəbinə getmək hüququna malik olmaq üçün sığınacaq axtaran yeniyetmələr təhsillərinə 18 yaşına çatmazdan əvvəl başlamalıdırlar.

Balaca uşaqların həmçinin məktəbəqədər təhsil müəssisəsinə getmək hüququ var

Bir yaşına çatmış uşaqların, onların valideynlərinin işlədiyi və ya təhsil aldığı vaxt ərzində, məktəbəqədər təhsil müəssisəsinə getmək hüququ var. Uşağın üç yaşı tamam olduğu ilin payız semestrindən başlayaraq, həmin uşağın həftədə 15 saat hər hansı ödəniş etmədən məktəbəqədər təhsil müəssisəsinə getmək hüququ var. Məktəbəqədər təhsil müəssisəsi valideynlərin işlədiyi və ya təhsil aldığı vaxt ərzində sadəcə uşaqlara baxılan müəssisə deyil. Uşaq, onun valideyni hətta işləmədiyi və ya təhsil almadığı halda belə, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətlərində iştirakdan faydalana və inkişaf edə bilər.

Bələdiyyələr məktəblərə görə məsuliyyət daşıyır

Yaşadığınız bələdiyyə sığınacaq axtaran uşaqların və yeniyetmələrin bələdiyyədə yaşayan hər kəs kimi eyni şərtlər altında məktəbəqədər təhsil müəssisəsi və məktəbdən istifadə edə bilmələrini təmin etməyə görə məsuliyyət daşıyır.

Miqrasiya Agentliyi uşaqların valideynlərinin icazəsi olmadan sığınacaq axtaran uşaqlar haqqında məlumatları bələdiyyəyə təqdim edə bilməz. Siz Miqrasiya Agentliyinə razılıq verə bilərsiniz, o isə öz növbəsində uşağınızın adı, doğum tarixi, dili, doğulduğu ölkə və iş nömrəsi barədə məlumatları bələdiyyəyə göndərəcək. Siz həmçinin bələdiyyə ilə özünüz əlaqə saxlaya və onlara uşağınızın məktəbə və ya məktəbəqədər təhsil müəssisəsinə getməsini istədiyinizi bildirə bilərsiniz.

İsveçdə məktəblər və təhsil haqqında daha ətraflı oxuyun

http://www.informationsverige.se/Engelska/Barn-och-foraldrar/Pages/Skolan-i-Sverige.aspxexternal link (İngiliscə)

http://www.omsvenskaskolan.se/engelska/det-haer-aer-den-svenska-skolan/external link (İngiliscə)

Sığınacaq axtaran uşaqların hüquqları haqqında daha ətraflı oxuyun

İsveç dilini öyrənmək istəyən sığınacaq müraciətçilərinin nəzərinə

Əgər Isveçdə yaşama icazəniz və qeydiyyatınız varsa miqrantlar üçün nəzərdə tutulmuş SFI adlanan isveç dili kurslarından faydalana bilərsiniz. Əgər işinizə baxıldığı zaman ərzində isveç dilini öyrənmək arzusunda olarsınızsa isveç dilinin təlimi ilə bağlı dərnəklər təklif edən bir çox azad təşkilat və maarifləndirici birliklərə müraciət edə bilərsiniz

İnternetdə İsveç dilini  özü öyrənmək istəyənlər üçün bir çox proqramlar vardır. www.informationsverige.se. Saytında müxtəlif proqramlara linklər tapa bilərsiniz. Proqramların bir çoxu üçün internetə çıxış gərəkdir. Bütün proqramlar pulsuzdur.

”İsveç dilini öyrən” (Lära svenska) səhifəsində bütün linkləri tapa bilərsiniz (www.informationsverige.se – ingilis dilində)external link, opens in new window

Last updated: 9 May 2018

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.