Yaşamaq üçün yer

Boende – azerbajdzjanska

Sizin sığınacaq əldə etməyə dair müraciətiniz üzrə qərar verilməsini gözlədiyiniz müddətdə Miqrasiya agentliyi (Migrationsverket) sizə köməklik göstərə bilər. Siz həmçinin öz qalma yerinizi özünüz təşkil etməyi seçə bilərsiniz, məsələn qohumlarınızla və ya dostlarınızla qalmaq. Əgər qaldığınız yeri özünüz təşkil etməyi seçirsinizsə, sizinlə əlaqə saxlaya bilməsi üçün qaldığınız yerin ünvanını Miqrasiya agentliyinə təqdim edin.

Miqrasiya agentliyi tərəfindən sizə təmin edilən ev

Siz qərarı gözlədiyiniz müddətdə Miqrasiya agentliyi sizə qalmaq üçün müvəqqəti ev verəcək. Sizin pulunuz olmadığı halda, Miqrasiya agentliyi evin pulunu ödəyəcək.

Siz boş yer olan yerdə qalmalı olacaqsınız

Əgər ev tapmaq üçün Miqrasiya agentliyinin köməyindən yararlanmaq istəyirsinizsə, yaşayacağınız yeri özünüz seçməyəcəksiniz və boş ev olan yerə köçməyə hazır olmalısınız. Həmçinin qərarı gözlədiyiniz müddətdə daha çox müraciətçinin qalması üçün yer boşaltmaq məqsədi ilə qaldığınız evdən başqa bir evə köçməli ola bilərsiniz.

Siz otağınızı başqası ilə bölüşməli ola bilərsiniz

Miqrasiya agentliyinin evləri yalnız sığınacaq axtaranlar üçündür. Əgər sizə evdə yer təklif edilibsə, bu yer yalnız sizin üçün nəzərdə tutulub. Ev adətən digər insanlarla paylaşılan bir mənzildən ibarətdir. Ailə hər zaman ozləri üçün otaq əldə edəcək. Subay şəxslər eyni cinsli digər şəxslərlə bir otağı paylaşa bilərlər.

Əgər, hər hansı bir səbəbdən dolayı siz xüsusi olaraq sizı uyğunlaşdırılmış evə ehtiyacınız olarsa, bu barədə qəbul mərkəzi ilə danışın. Miqrasiya agentliyi evdə yaşayan hər bir kəsin özünü ev mühitində təhlükəsizlikdə hiss etməsinə zəmanət verəcək. Evdə yaşayan hər bir kəsin bir-birinə hörmət etməsi və dini, mədəni və cinsi orientasiyasından asılı olmayaraq bir birinə diqqət göstərməsi vacibdir.

LGTB (lezbian, qey, biseksual və transgender) olduğunuz və qalma yerinizə dair xüsusi ehtiyaclarınız olduğu halda bu haqda qəbul əməkdaşına mümkün qədər tez bir zamanda məlumat verin. Sizin üçün təhlükəsiz və doğru evi tapmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Sizə verilən evin müddəti başa çatır

Sizin departasiya və ya kənarlaşdırmanızla bağlı qərar verildiyi və bu qərar qüvvəyə mindiyi halda, yaxud da könüllü qalma üçün vaxtınız bitdiyi halda evi boşaltmalısınız. Bu yaşı 18-dən az olan uşaqları ilə yaşamayan böyüklərə aiddir.

Sizin öz eviniz

Əgər Miqrasiya agentliyinin tapdığı evdə yaşamaq istəməsəniz, öz evinizi özünüz tapa bilərsiniz. Bir çox insan sığınacaq əldə etməyə dair ərizələrinə cavab gözlədikləri müddətdə dostları və ya qohumları ilə qalmağı seçir. Əgər qaldığınız yeri özünüz təşkil etməyi seçirsinizsə, onun xərclərini özünüz ödəməlisiniz.

Əgər hər hansı bir səbəbdən dolayı artıq özünüz təşkil etdiyiniz evdə qala bilmirsinizsə, boş yer olan zaman Miqrasiya agentliyinin təmin etdiyi evə köçə bilərsiniz. Əlavə məlumat üçün qeydiyyata düşdüyünüz qəbul mərkəzinə yaxınlaşın.

Öz tapdığınız evdə, yaxud Miqrasiya agentliyinin təmin etdiyi evdə qalmanızdan asılı olmayaraq, Miqrasiya agentliyi hər zaman sizinlə əlaqə saxlaya bilməlidir. Gözləmə müddətində başqa evə köçdüyünüz halda qəbul mərkəzinizə öz yeni ünvanınızı bildirməyi unutmayın.

Qalma icazəsi aldığınız halda

Miqrasiya agentliyinin təmin etdiyi evdə qaldığınız halda qalma icazəsi aaldığınız zaman Miqrasiya agentliyi sizə yeni ev tapmaqda kömək edə bilər. Miqrasiya agentliyi sizə qalmaq üçün yeni ev tapana qıdır Miqrasiya agentliyinin sizə təmin etdiyi evdə qalmağa davam edə bilərsiniz. Əgər öz tapdığınız evdə yaşayırsınızsa və ya iş ilə bağlı olaraq qalma icazəsi alırsınızsa yeni evi özünüz tapmalısınız.

Daimi qalma icazəsi aldığınız halda nə olduğunu bilmək üçün ətraflı oxuyun

Məhdud müddətli qalma icazəsi aldığınız halda nə olduğunu bilmək üçün ətraflı oxuyun

Last updated: 24 August 2017

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.