The Swedish Migration Agency logotype

Yaşayış yeri

Boende – azerbajdzjanska

Sığınacaq məsələsində qərar gözləyərkən yaşamaq üçün qalacağınız bir yeriniz yoxdursa, Miqrasiya İdarəsi sizə kömək edə bilər. Ayrıca yaşayış yerini özünüz, məsələn qohumlarınız və ya dostlarınızla birlikdə təşkil etməyi də seçə bilərsiniz. Yaşayış yerini özünüz təşkil etsəniz, İsveç Miqrasiya İdarəsi sizinlə əlaqə qura bilməsi üçün ünvanınızı verməlisiniz.

Miqra­siya İdarəsində qalın

İsveç Miqrasiya İdarəsi bir qərar gözləyərkən müvəqqəti yaşayış yeri təklif edir. Miqrasiya İdarəsi, pulunuz yoxdursa, yaşayış yerin ücrətini ödəyəcəkdir.

Mənzil almaq hüququ başa çatır

Əgər rədd və ya deportasiya barədə qərar qəbul etmişsinizsə və qərar tətbiq olunmağa başlamışsa və ya könüllü getmə müddətiniz başa çatmışsa, yaşayış yerindən çıxmalısınız. Bu, böyüklər olaraq sizin və qəyyumu olduğu 18 yaşına çatmamış uşaqlarla yaşamayan kimseler üçün tətbiq olunur.

Uşaqlı ailələr İsveç Miqrasiya Dairəsinin müvəqqəti mənzilində qala bilər və İsveçdən ayrılana qədər və ya başqa bir səbəblə qəbul şöbəsindən çıxana qədər maddi dəstək hüququnu qoruya bilər. Rədd qərarınız qüvvəyə mindikdən sonra iş icazəsi üçün müraciət etsəniz, qəbul bölməsindən çıxacaqsınız və artıq maddi dəstək və ya mənzil məsələsində kömək almaq hüququnuz olmayacaq. Bu eyni şey sizinlə oturma izni üçün müraciət edən ailə üzvləriniz içün də gəçərlidir.

Miqrasiya İdarəsində qalmağınız barədə daha çox oxuyun

Müstəqil yaşayış yeri­nizdə qalın

Miqrasiya İdarəsinin yaşayış yerində yaşamaq istəmirsinizsə, özünüzdə bir ev tapa bilərsiniz. Bir çoxları sığınacaq müraciətinə cavab gözləyərkən dostları və ya qohumları ilə qalmağı seçirlər. Yaşayış yerinizi özünüz təşkil etməyi seçsəniz, özünüz yaşayış yeri xərcini ödəyeceksiniz.

Bir bələdiyyənin, İsveç Miqrasiya İdarəsinə sosial və iqtisadi problemləri olan bir bölgə olaraq bildirdiyi bir bölgəyə keçsəniz, gündəlik pul və xüsusi yardım almaq hüququnuzu itirə bilərsiniz.

Öz yaşayış yerinizdə yaşamaq haqqında daha çox oxuyun

Last updated: 7 January 2021

Was the information on this page helpful to you?