AT-UND adlanan iş izni və əmək fəaliyyətinə olan hüquqlarınız haqqında

Om AT-UND och rätten att arbeta – azerbajdzjanska

Suallar və cavablar AT-UND adlanan iş izni və əmək fəaliyyətinə olan hüquqlarınız haqqında
  • Deportasiya haqda qərar çıxarıldıqda AT-UND iş izni almaq mümkündürmü?

    Nə qədər ki ölkəni tərk etməklə bağlı Miqrasiya xidməti ilə əməkdaşlıq edirsiz deportasiya ilə bağlı qərarın olmasına baxmayaraq AT-UND adlanan iş iznini ala bilərsiniz.

  • Şəxsiyyəti təsdiq edən sənədlərin olmadığı halda AT-UND iş izni almaq mümkündürmü?

    Bəli, əgər Miqrasiya xidməti şəxsiyyətinizi təsdiq etmək üçün digər şəkildə əməkdaşlıq etdiyinizi hesab edirsə.

  • Valideyn müşaiyəti olmadan gələn azyaşlılara əmək fəaliyyəti ilə məşğul olmaq üçün AT-UND iş izni almaq lazımdırmı?

    16 yaşdan yuxarı olan valideyn müşayiəti olmadan gələn azyaşlılardan Isveçdə əmək fəaliyyəti ilə məşğul olmaq üçün AT-UND iş izni tələb olunur. 16 yaşı tamam olmamış azyaşlılardan yüngül növlü əmək fəaliyyəti ilə məşğul olarkən, tətil zamanı praktika keçərkən və ayrı -ayrı tapşırıqları yerinə yetirilməsi üçün AT-UND iş izni tələb olunmur. Azyaşlının əmək fəaliyyəti ilə məşğul olması üçün qəyyumun icazəsi olmalıdır. Nəzərə alın ki, maaş və ya digər kompensasiyalar (məsələn hədiyyə kartı), LMA-ya əsasən aldığınız maddi yardıma təsir göstərə bilər.

  • Ancaq yay aylarında işləmək üçün necə, AT-UND iş izni tələb olunurmu?

    Bəli, 16 yaş tamam olubsa, tələb olunur. 16 yaş tamam olmadığı halda isə qəyyumun icazəsi olmalıdır.

  • İşə düzəlmək üçün Miqrasiya xidmətinin icazəsi tələb olunurmu?

    Xeyr.

Last updated: 2017-08-18

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.