Yaşayış icazəsi kartı

Uppehållstillståndskort – azerbajdzjanska

Əgər sizə yaşayış icazəsi verilmişsə, İsveçdə yaşamağınıza icazə verilməsinin sübutu kimi sizə həmçinin yaşayış icazəsi kartı veriləcək. Kart barmaq izləriniz və fotoşəklinizi ehtiva edən kompüter çipi ilə təchiz edilmişdir. Dövlət idarələrinə və ya tibbi xidmət müəssisələrinə gedərkən, yaşayış icazəsi kartınız həmişə üzərinizdə olmalıdır.

Fotografi och fingeravtryck.

Fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi

Yaşayış icazəsi kartı alan hər kəsin fotoşəkli çəkilməlidir. Altı yaşdan kiçik uşaqların barmaq izlərinin götürülməsinə ehtiyac yoxdur. Fiziki səbəblərdən, məsələn daimi barmaq yaraları olduğuna görə barmaq izləri götürülə bilməyən şəxslərdən barmaq izlərinin götürülməsinə ehtiyac yoxdur.

Barmaq izləriniz və fotoşəkliniz digər heç bir yerdə deyil, yalnız kartın çip yaddaşında saxlanılır. Bu səbəbdən də, hər dəfə yeni yaşayış icazəsi kartı verilməsi zərurətində, yenidən fotoşəkliniz çəkilməli və barmaq izləriniz götürülməlidir. Yaşayış icazəsi kartlarının verilməsi müqabilində İcazə üçün müraciət haqqından savayı heç bir ödəniş tələb olunmur.

Əgər İsveçdən kənardasınızsa

Əgər İsveçə səyahət etmək üçün vizaya ehtiyacınız varsa, siz İsveç səfirliyinə və ya baş konsulluğuna getməlisiniz ki, fotoşəkliniz çəkilsin və barmaq izləriniz götürülsün. Ziyarət saatlarını öyrənmək üçün səfirlik və ya baş konsulluq ilə əlaqə saxlayın.

İsveçə səyahət etmək üçün hansı ölkələrin vətəndaşlarından viza tələb edilir (İngiliscə)external link, opens in new window

Sizə ən yaxın səfirlik və ya baş konsulluğu tapmaq üçün Swedenabroad.se saytına ziyarət edin (İngiliscə)external link, opens in new window

Əgər İsveçə səyahət etmək üçün sizə viza lazım deyilsə, İsveçdə fotoşəkliniz çəkiləcək və barmaq izləriniz götürüləcək. Yaşayış icazəsi aldıqdan və İsveçə gəldikdən sonra mümkün qədər qısa vaxtda Miqrasiya Agentliyinə ziyarət etməlisiniz.

Əgər İsveçdəsinizsə

Əgər İsveçdə olarkən yaşayış icazəsi üçün müraciət edirsinizsə, fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi üçün Miqrasiya Agentliyinə ziyarət etməlisiniz. Bu, həmçinin icazənizi uzatdıqda və ya sizə yeni yaşayış icazəsi kartı lazım olduqda tətbiq edilir.

Fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi üçün Miqrasiya Agentliyindən görüş vaxtı alın (İngiliscə)

Bizi harada tapa bilərsiniz (İngiliscə)

Əgər ünvanınızı dəyişirsinizsə

Əgər yaşayış icazəsi kartınızın evinizə göndərilməsini istəyirsinizsə, bizə ünvanınızı deməlisiniz. Digər ünvana köçdüyünüz halda, Miqrasiya Agentliyini ziyarət edərkən yeni ünvanınızı bildirə bilərsiniz. Əgər bir başqası ilə birlikdə yaşayırsınızsa və müvəqqəti poçt ünvanınız varsa, bizə deməyi unutmayın.

Uppehållstillståndskort.

Yaşayış icazəsi kartı hazır olduqda

Əgər fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi səfirlikdə və ya baş konsulluqda edilərsə, kartınızı onlardan alacaqsınız. Səfirlik və ya baş konsulluqdan kartın sizə onlar tərəfindən göndəriləcəyini və ya kartı götürmək üçün ora getməli olacağınızı soruşun. Sizə yaşayış icazəsinin verilməsi haqqında qərarı aldıqdan sonra, kartın hazırlanması və səfirliyə və ya baş konsulluğa göndərilməsi dörd həftə çəkə bilər.

Əgər fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi Miqrasiya Agentliyində edilərsə, kartınız bir həftə ərzində ev ünvanınıza göndəriləcək.

Yaşayış icazəsi kartınız haqqınızda qərar verildikdə, lakin yaşayış icazəsinin qüvvəyə minməsindən əvvəl üç aydan tez olmayaraq, hazırlanır.

Kartın hazırlanmasını və ya çatdırılmasını sürətləndirmək mümkün deyil.

Kartın ehtiva etdiyi məlumatlar

Yaşayış icazəsi kartı sizə hansı növ icazənin verildiyi, kartın etibarlılıq müddəti və s. haqqında məlumatları ehtiva edir. Şəxsi məlumatlarınız həmçinin kartda göstərilmişdir. Bəzi kartların arxasında “İşləmək icazəsi verilib” (“Får arbeta”) mətni yazılır. Bu, o halda olur ki, aldığınız qərarda, məsələn, sizə daimi yaşayış icazəsi verildikdə, işləmək hüququnuz olduğu birbaşa göstərilmir. Lakin əgər sizə İsveçdə işləmək hüququ verilərsə, qərarda sizin işləmək icazəniz olduğu deyiləcək və buna görə də kartın arxasında “İşləmək icazəsi verilib” yazısının olmasına ehtiyac yoxdur. Uşaqlar üçün mətn 16 yaşlarına çatdıqdan sonra əlavə edilir (şəraitə görə).

Kartınızdakı məlumatları yoxlayın

Yaşayış icazəsi kartınızdakı adın pasportunuzdakı ad ilə eyni olmasını həmişə yoxlayın. Əgər kartınızda adınız səhv yazılıbsa, yeni kart almaq üçün Miqrasiya Agentliyinə və ya səfirliyə ziyarət etməlisiniz. Pasportunuzu özünüzlə götürün.

Əgər adınızı dəyişirsinizsə, ilk növbədə, yeni adınızın qeydə alınması məqsədilə, əhali reyestri üçün cavabdehlik daşıyan Vergi Agentliyi ilə əlaqə saxlamalısınız. Sonra yeni yaşayış icazəsi kartı almaq üçün Miqrasiya Agentliyinə ziyarət etməlisiniz.

Väska.

Səyahət edərkən

Səyahət edərkən, kartınızı pasportunuzla birlikdə göstərməlisiniz. Kart ayrılıqda şəxsiyyəti təsdiq edən sənəd və ya səyahət sənədi kimi istifadə edilə bilməz.

Kartın qüvvədə olması

Sizə hər dəfə yeni və ya uzadılmış yaşayış icazəsi verildikdə, yeni yaşayış icazəsi kartı alacaqsınız. Kart icazə ilə eyni müddətdə qüvvədədir, lakin heç zaman beş ildən çox ola bilməz. Sizə yeni yaşayış icazəsi kartı lazım olduqda, yenidən fotoşəkliniz çəkilməli və barmaq izləriniz götürülməlidir.

Kartınız itirildikdə

Yaşayış icazəsi kartınız itirildikdə və ya oğurlandıqda, ilk növbədə bu barədə polisə xəbər verməlisiniz. Sonra yeni kart üçün fotoşəklinizin çəkilməsi və barmaq izlərinizin götürülməsi üçün Miqrasiya Agentliyinə ziyarət etməlisiniz. Polisə xəbər verdiyiniz gün və ya daha sonra poçtla aldığınız polis hesabatının surətini götürün.

Əgər kartınızı almamışsınızsa

Yaşayış icazəsi kartınızı uzun müddətdir gözləyirsiniz? Buna səbəb kartın Miqrasiya Agentliyinə geri qaytarılması ola bilər. Bu, ünvanınızın Miqrasiya Agentliyində düzgün göstərilmədiyi halda baş verə bilər.

Bu barədə hər hansı sualınız varsa, Miqrasiya Agentliyi ilə əlaqə saxlayın (İngiliscə)

Last updated: 2018-10-12

Was the information on this page helpful to you?

Thank you for helping us improve our website!

Thank you for helping us improve our website!

Tell us how we can make this page better*






If you wish to ask the Migration Agency a question you can find our contact details under the heading Contact us.